Məhkəmə qərarları › İş №3(066)-524/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-524/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-524/2023 13.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iclas katibliyi ilə, X3 Göygöl rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı protokoldan verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinə X3 barəsində olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayətini belə əsaslandırmışdır ki, Göygöl rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən X3 xx.xx.2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində X5 döyməklə İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmşdir. O, X5 heç vaxtı döyməmişdir. Bunu təsdiq edən şahid də yoxdur. Həmin tarixdə Üçtəpə kəndində olan icra məmurları onun X5 döyməsini görmədiklərini bildirirlər. Necə ola bilər ki, onun Ülvi Tağıyevi vurmasını ancaq polis əməkdaşları görmüşdür. Bu bir daha polis əməkdaşlarının ona qarşı qərəzli olaraq barəsində İXM-nin 157-ci maddəsində qeyd edilmiş inzibati xətanı törəməsi ilə bağlı inzibati protokol təritib etdiklərini sübut edir. Ona görə də hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsassız olduğu üçün ləğv edilməli və iş üzrə inzibati icraata inzibati xəta hadisəsi olmadığı üçün xitam verilməlidir. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, X3 barəsində Göygöl rayon polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı protokol tərtib edilmişdir. və həmin protokol əsasında qərar çıxarılmış, həmin qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Odur ki, X3 özünün barəsində olan inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Göygöl rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 11 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı protokoldan verdiyi şikayət icraata qəbul edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _________________________________________________ ___________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-524/2023 «13» noyabr 2023-cü il X4 ünvan: Gəncə şəhəri,Gülüstan qəsəbəsi, ev 33, mənzil 6 Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(066)-524/2023 nömrəli qərardadının surəti və digər sənədlər Sizə göndərilir. Qoşma: qərardadın surəti və digər sənədlər, cəmi: “ “ vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar