Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-525/2023 14.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X2 Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4 məhkəməyə şikayət verərək Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında prtokolu, bunun əsasında çıxarılmış xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını əsassız olduğu üçün ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Daha sonra, X4 ərizə ilə məhkəməyə müraciət edərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardar edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni və iş materiallarına əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X4 ərizə ilə məhkəməyə müraciət edərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, X4 işə baxılmasını tələb etmədiyindən Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən və İXM-nin 109, 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X3 izah edilsin ki, o, yenidən qanunla müəyyən edilmiş qaydada seçiminə görə - yaşayış yeri üzrə (Gəncə Şəhər Məhkəməsinə) və hadisənin baş verdiyi yer üzrə məhkəməyə müraciət edə bilər. Qərаrdadın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №3(066)-525/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-525/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver