Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-538/2023 23.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Göygöl rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Göygöl rayon Polis Şöbəsindən daxil olmuş 23 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şərifov X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Azərbacyan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində inzibati tənbeh növü kimi inzibati həbs nəzərdə tutulduğu halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim olunmamışdır və bu səbəbdən də inzibati xəta haqqında material natamam olduğundan ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində göstərilir ki, təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim işə baxılmağa hazırlanması zamanı qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 109.1.6-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Göygöl rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair material ona əlavə edilmiş sənədlərlə birlikdə Göygöl rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardan 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-538/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-538/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver