Məhkəmə qərarları › İş №3(066)-542/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-542/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-542/2023 11.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, xx.xx.2000-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, “Evim Şahanə” adlı obyektin sahibi, Gəncə şəhəri, Bayan ev 148-də qeydiyyatda olan və yaşayan X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan X17 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X19 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı X17 protokoldan görünür ki, X13 xx.xx.2023-cü il tarixdə saat 10:00-da Göygöl rayonu, Quşqara kəndində yerləşən “Evim Şahanə” adlı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam yayımlamışdır. X1 Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində X17 iş üzrə icraat aparılan şəxs X9 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində X17 iş üzrə icraat aparılan şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsinin nümayəndəsi X10 izahatında göstərdi ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən “Evim Şahanə” obyektinin sahibkarı X13 açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan reklam yayımladığına görə xx.xx.2023-cü il tarixli, 1l-3-3/2-1376/2023 saylı yazılı göstəriş göndərilməsinə baxmayaraq yazılı göstərişə əməl etməmiş və xx.xx.2023-cü il tarixdə saat 10:00-da keçirilən yoxlamada açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan reklam yayımlamağa davam etdiyinə görə barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli X17 protokol tərtib olunmuşdur. Odur ki, X6 barəsində olan X17 protokola əsasən inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə X17 işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla X6 inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 428.7.3cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə X17 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolu və ona əvalə edilmiş materiallarını araşdırıb hesab edir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi xx.xx.2023cü il tarixli, MN ******* nömrəli protokolla və ona əlavə edilmiş sənədlərlə (xx.xx.2023-cü il tarixli, 1l-3-3/2-1376/2023 saylı yazılı göstərişlə, xx.xx.2023-cü il tarixli aktla və fotoşəkillə) sübuta yetirilir. İnzibati işin materiallarına əlavə edilmiş: Azərbaycan Respunlikasının Dövlət X16 Regional Reklam İdarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1l-3-3/2-1376/2023 saylı yazılı göstərişdən görünür ki, sahibkar X2 rayonu, Quşqara kəndində yerləşən “Evim Şahanə” adlı obyektdə açıq məkanda yayımladığı reklamla bağlı müvafiq icazə sənədinin alınması üçün hüquqi məsuliyyət barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli X19 İdarəsinin baş müfəttişləri – X7, X4, aparıcı müfəttiş X11 və aparıcı müfəttiş X8 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, “Evim Şahanə” obyektinin sahibkarı X13 xx.xx.2023-cü il tarixli, 11-3-3/2-1646/2023 saylı məktubla xx.xx.2023-cü il tarixdə, saat 10:00-da barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən X17 protokolun tərtib olunmasında iştirak etmək üçün X19 İdarəsinə dəvət olunsa da müvafiq protokolun rəsmiləşdirilməsində iştirak etməmişdir. Sahibkar tərəfindən fasad 4.90 kvm, ayrica dayaqlı 12 kvm ölçüdə reklam yayımlanmışdır. X17 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli X17 protkoldan görünür ki, X13 xx.xx.2023-cü il tarixdə saat 10:00-da Göygöl rayonu, Quşqara kəndində yerləşən “Evim Şahanə” adlı obyektdə açıq məkanda reklam yerləşdirmişdir. Bununla da X13 İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş X6 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 17-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta törətmiş X5 şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar