Məhkəmə qərarları › İş №3(066)-55/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-55/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-55/2025 24.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1, tələbkar Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Nümayəndə2 iştirakları ilə, xx.xx.1976-cı ildə Göygöl rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göygöl rayonu, Çaylı kəndində kəndində qeydiyyatda olmaqla, Gəncə şəhərində kirayədə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Notariat ofisinin 8İ-1285 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs 1200 manat borc pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-1361/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1550 (min beş yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun 35.50 manatı alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Sözügedən icra sənədləri Göygöl RİPŞ-yə daxil olmuş və onun tərəfindən Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Sözügedən icra sənədləri xx.xx.2024-cü il tarixdə onun tərəfindən bir icraatda birləşdirilmişdir. Şəxs hər iki icra sənədi üzrə hazırda 2785 manat borcu vardır. Borclunun izahatı alınarkən borclu işləmədiyi üçün borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, borclu bu günədək borcundan heç bir ödəniş etməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir. Lakin imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Onun imkanları olmadığı üçün o bu müddət ərzində borcunu ödəyə bilməmişdir. Onun başında və mədəsində xəstəliyi olduğundan borcunu ödəyə bilməmişdir. O gündəliyə gedir və günü 15 manata işləyir. O tələbkara yazda heyvanına getməsini və ya kartını göndərsə ayda 50 manat ödəniş edə biləcəyini bildirmişdir. O 1 aydır ki ağrıyır və bu səbəbdən yatmışdır. Əlavə olaraq bildirdi ki, o hər gün 2 manat dəyərində siqaret çəkir. Onun günahı olmamış, Arzu onun oğlunu çobanlıq üçün aparmışdır. Arzu onun oğluna pul vermiş, lakin Arzu ilə dalaşmış o onun oğluna qeyri etik ifadələr işlətmiş və bundan sonra oğlu geri qayıtmışdır. Notariusa onu aldadaraq aparmışlar, o orada pul almamışdır. Müharibə vaxtı oğlu xəstəxanada olmuş, həmin vaxtı ona oğlunun gəlməməsini, gedib onun pulunu götürməsini demişlər. O isə həmin vaxt müharibədə iştirak edənlərə verilən 1200-1500 manat olan pulu başa düşmüşdür. Məsələ də həmin haqq-hesabdır, o başqa pul almamışdır. Həmin pulu da özləri alıb, özləri götürüblər, o pulun üzünü də görməmişdir, sadəcə ona qol çəkdirmişlər. O məhkəmə qətnaməsindən və icra sənədlərindən narazıdır. Borcla bağlı onun barəsində olan məhkəmə qərarlarından şikayət etməyi üçün vəkil tutmağa maddi imkanı olmamışdır. O, tələbkara onun heyvanına getməsini təklif etmiş. Lakin həmin ərəfələrdə başqasının heyvanına baxdığı üçün gedə bilməmişdir. Ona 2 gün vaxt verilərsə 50 manat ödəyə bilər. Onun mədəsində 7 aydır ki, xərçəng var. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Nümayəndə2 çıxışında göstərdi ki, Şəxs borcunu ödəmək istəməsini, yaşını və xətləyinin nəzərə alınaraq ona və borcundan ödəniş etməsi üçün 2-3 gün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclas zalında tələbkar Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, 2023-cü il yanvar ayında Şəxs 1500 manat məbləğində pul vermişdir. O həmin məbləği Şəxs heyvana getməsi üçün vermişdir. Şəxs onların kəndindən olan İlham adlı şəxsin yanında işləmiş. Əmsi oğlu Kamran ona xəbər etmişdi ki, Eldəniz işlədiyi həmin yerdən çıxmaq istəyir və yer axtarır. Onlara həmin vaxtı işçi lazım olmuş, o Eldənizə yaxınlaşıb ona işçi lazım olmasını bildirmişdir. Eldəniz isə ona İlhama 1500 manat borcu olmasını bildirmişdir. O 1500 manat borc puıl götürərək Eldənizə vermiş və ona gedib borcunu bağlamasını bildirmişdir. O pulu götürüb getmiş, daha sonra isə İlhamala razılaşdığından pulun 1300 manatını əmisi oğlu Kamrana qaytarmış, lakin 200 manatını qaytarmamışdır. O Eldənizə zəng edib 200 manatı soruşduqda o pulunun olmamasını və pulu verəcəyini bildirmişdir. Eldəniz daha sonra ondan əlavə pul istəmiş və qoyuna gələcəyini bildirmiş, o isə Eldənizə onu aldatmamasını əgər gələcəksə pul verəcəyini bildirmişdir. Eldəniz ona oğlunu göndərməsini, özünün isə 10 gün müddətində işlərini yoluna qoyacağını bildirmiş və ona təkrar 1350 manat pul vermişdir. O əmisi oğlu Kamrana zəng vurub evlərindən 1350 manat pul götürüb aparıb Eldənizə verməsini bildirmişdir. Kamran Gəncə də Yevlax avtovağzalının yanında ona 1350 manat vermişdir. Bu günədək pulu qaytarmamışlar. Fevralın 6-sı əmisi oğlu Kamran Eldənizin oğlunu fermaya gətirmişdir. O heyvanları saydıqda heyvanlardan bir başının əksik olmasını görmüş və heyvanı axtarmağa başlamışdır. Heyvanın tələf olmasını görmüş, daha sonra digər çoban ona zəng vuraraq birinin də tələf olmasını bildirmişdir. Həmin gün yəni, 15 fevralda o qayıdanda Eldənizin oğlu Samirin uzanıb telefonla oynamasını, heyvanların isə sahibsiz qalmasını görmüş, o Samirə iradını bildirdikdə isə Samir ona onun elə işləməsini, əgər istəmirsə çıxıb gedəcəyini bildirmiş və çıxıb getmişdir. Eldəniz ondan aldığı pulu qaytarmamış və yazda gəlib onun heyvanına baxmamışdır. Eldənizin barəsində əvvəlcə protokol tərtib edildikdə o borcunu boynuna almış və ona ayda 100 amanat ödəyəcəyini bildirmiş, bundan sonra onlar arasında razılıq əldə edilmiş və prtokola xitam verilmişdir. O, borcun tam şəkildə ödənməsini, əks təqdirdə borclunun barəsində qanuni tədbir görülməsini edilməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Notariat ofisinin 8İ-1285 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinin sürətindən görünür ki, borclu Şəxs 1200 manat borc pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənməlidir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-1361/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin sürətindən görünür ki, cavabdeh Şəxs 1550 (min beş yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun 35.50 manatı alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Notariat ofisinin 8İ-1285 saylı, xx.xx.2022-ci il tarixli sənədinə əsasən Şəxs 1225 manat pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Göygöl Rayon Məhkəməsinin 2(066)- 1361/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1585,50 manat alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Şəxs hər iki icra sənədi üzrə 2810,50 manat borcu ödəyə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Notariat ofisinin 8İ-1285 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraat başlanmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarilxi icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1361/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarilxi icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Notariat ofisi tərəfindən verilmiş 8İ-1285 saylı, xx.xx.2022-ci il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-1361/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Notariat ofisinin 8İ-1285 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs 1200 manat borc pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-1361/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1550 (min beş yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun 35.50 manatı alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Sözügedən icra sənədləri Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Sözügedən icra sənədləri xx.xx.2024-cü il tarixdə bir icraatda birləşdirilmişdir. Şəxs hər iki icra sənədi üzrə hazırda 2785 manat borcu vardır. Borclunun izahatı alınarkən borclu işləmədiyi üçün borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarların şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar