Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-559/2023 04.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə, 10 avqust 1980-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 04 dekabr 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 02 dekabr 2023-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Göygöl Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, 02 dekabr 2023-cü il tarixdə X4 DİN-nin 102 xidmətinə zəng edərək əri Şəxs onu döyməsini bildirmişdir. Məlumat əsasında Şəxs yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən ünvana getmişlər. Həmin vaxt Şəxs sərxoş halda yüksək səslə nəlayiq ifadələr işlətməsini görüb onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin gün arvadı Yeganə Qasımova ilə mübahisə etməsini, Yeganənin şikayəti əsasında polis əməkdaşlarının gəlməsini, əsəbi olduğundan polis əməkdaşlarına tabesizlik göstərməsini, hazırda əməlindən peşiman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X2 bildirmişdir ki, 02 dekabr 2023-cü il tarixdə X4 DİN-nin 102 xidmətinə zəng edərək əri Şəxs onu döyməsini bildirmişdir. Məlumat əsasında Şəxs yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən ünvana getmişlər. Həmin vaxt Şəxs sərxoş halda yüksək səslə nəlayiq ifadələr işlətməsini, arvadı Yeganə ilə mübahisə etməsini görüb onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Şəxs rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Göygöl Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə Göygöl Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola, barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdə olan 02 dekabr 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 02 dekabr 2023-cü il tarixdə, saat 15:20-də inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbsetmənin əvvəli 02 dekabr 2023-cü il tarixdən saat 15-20-dən hesablansın. Qərardan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-559/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-559/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver