Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-562/2023 21.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində X6 iş üzrə icraat aparılan Şəxs X8 Cəmiyyətinin sədri X2 iştirakları ilə, 03 iyun 1951-ci ildə, Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Şəxs X8 Cəmiyyətinin sədri vəzifəsində işləyən, Göygöl şəhəri, F.Əmirov küçəsi ev 1-də qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə olan X6 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2023-cü il tarixli, EP № ******* saylı X6 protokoldan görünür ki, Şəxs X8 Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2023cü il tarixli, 6-1-26/2-6940/2023 nömrəli məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. X3” X8 Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə iclasının dindirilən Şəxs X8 Cəmiyyətinin sədri X4 X6 protokola etiraz etdiyini, ilk dəfədir onlardan belə hesabat tələb edilməsini, hesabat blanklarının verilməməsini bu səbəbdən hesabat verə bilməməsini bildirərək barəsində tərtib edilmiş protokolun icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X6 protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə X6 protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X6 işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs X8 Cəmiyyətinin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 428.7.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə X6 xx.xx.2023-cü il tarixli, EP № ******* nömrəli protokolu və ona əvalə edilmiş materiallarını araşdırıb hesab edir ki, Şəxs X8 Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi xx.xx.2023-cü il tarixli, EP № ******* nömrəli protokolla və ona əlavə edilmiş sənədlərlə (xx.xx.2023-cü il tarixli, 6-1-26/2-6940/2023 saylı məktubla) sübuta yetirilir. İnzibati işin materiallarına əlavə edilmiş: Azərbaycan Respunlikasının Mərkəzi Bankı tərəfindən Şəxs X8 Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-1-26/2-6940/2023 saylı məktubdan görünür ki, Şəxs X8 Cəmiyyəti 2022-ci ilə dair emitentin illik hesabatını 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. X6 xx.xx.2023-cü il tarixli, EP № ******* nömrəli protkoldan görünür ki, Şəxs X8 Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-6940/2023 saylı məktubu ilə tələb edilən 2022-ci ilə dair emitentin illik hesabatını məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla da Şəxs X8 Cəmiyyəti İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs X8 Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs X8 Cəmiyyətinin barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs X8 Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Sədrlik edən: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-562/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-562/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver