Məhkəmə qərarları › İş №3(066)-566/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-566/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-566/2023 08.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, R.Qasımov küçəsi, 1-dön., ev 1-də yaşayan Şəxs (AZE ********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən (bundan sonra Göygöl RPŞ) daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində inzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, o, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onun 400 (dörd yüz) manat əmlakını talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Göygöl rayon polis şöbəsinin X2 polis sahə rəisi X9 məruzə edərək bildirdi ki, Şəxs "VAZ-21074 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili cəmi 1800 (min səkkiz yüz) manat pul verməklə Zərərçəkmiş şəxs almış, Zərərçəkmiş şəxs isə həmin avtomobili X1 2200 (iki min iki yüz) manat verməklə almış, B.Ramazanov isə qeyd olunan avtomobili sahibi olan X3 1700 (min yeddi yüz) manat verib almaqla ümumi dəyəri olan 7.400 manat pulu hər ay 300 manatdan olmaqla ödəməli olmuşdur. Lakin həmin 7400 manat puldan Bəxtiyar Ramazanov 1700 manat ödəmiş, sonra isə Zərərçəkmiş şəxs ilkin ödəniş kimi 2200 manata sataraq M.Hüseynova vermiş olduğu 1700 manat pulu almış, Zərərçəkmiş şəxs isə həmin avtomobili ilkin ödəniş kimi 1800 manata Şəxs sataraq vermiş olduğu 2200 manat pulun 400 manatını ala bilməmişdir. Şəxs avtomobili aldıqdan sonra bir daha Zərərçəkmiş şəxs ilə əlaqə saxlamamış, avtomobilin hər ay ödənilməli olduğu pulu ödəməmiş və avtomobili ehtiyyat hissələrinə bölərək satmaqla Calal Calalliya 400 (dörd yüz) manat, avtomobilin mülkiyyətçisi Məmməd Hüseynova isə 6.000 (altı min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Şikayətlə əlaqədar Göygöl RPŞ-nin TB-də araşdırma aparılmış, aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs dəymiş 400 manat maddi ziyanla bağlı Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Göygöl rayon polis şöbəsində inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tənbehin seçilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edilən epizod üzrə özünü təqsirli bilməyərək heç kimi aldatmadığını bildirdi və qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 227ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati iş mаteriаllarına əlаvə edilmiş Göygöl rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs dəymiş 400 manat maddi ziyanla bağlı Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü qərarın surəti Göygöl rayon polis şöbəsinin İTB-yə göndərilmişdir. Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, vət. Şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onun 400 (dörd yüz) manat əmlakını talamışdır. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Eyni zamanda həmin maddədə qeyd edilir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək dələduzluq yolu ilə onun 400 (dörd yüz) manat əmlakını talamışdır. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin izаhаtına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və o, törətdiyi inzibati xətalara görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаların xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində ictimai işlər tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 28.1-ci maddəsinə əsasən, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Həmçinin İXM-nin 144.2-ci maddəsində göstərilmişdir ki, inzibati həbs və ya ictimai işlər növündə tənbeh tətbiq etmə haqqında qərardan şikayət və ya protest verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 saat ictimai işlər tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nın 28.3-1-ci maddəsinin tələbinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsаsən və İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 160 (yüz altmış) saat müddətinə ictimai işlər tənbehi tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərаrın icrаsı Gəncə şəhər probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-566/2023 «08» dekabr 2023-cü il Göygöl rayon polis şöbəsinin rəisi cənab Zaur Nəsirova Göygöl Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 3(066)-566/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-566/2023 «08» dekabr 2023-cü il Şəxsə (Gəncə şəhəri, R.Qasımov küçəsi, 1-dön., ev 1) Surəti: Zərərçəkmiş şəxs (İsmayıllı rayonu, Mican kəndi) Göygöl Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 3(066)-566/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar