Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-569/2023 22.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X3 iclas katibliyi, şikayətçi X1 iştirаkı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin poli polkovnik leytenantı X6 xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17546267 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17499393 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X4 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polkovnik leytenantı X5 xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17546267 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17499393 saylı inzibati tənbeh vermə haqqında qərarları ilə X4 İXM-in 327.8 və 346.1-ci maddələri ilə təqsirli bilinib, cəmi 1300 (bir min üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X4 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polkovnik leytenantı X6 onun barəsində olan xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı, xx.xx.2023cü il tarixli, EQ 17981005 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17546267 saylı və xx.xx.2023cü il tarixli, EQ 17499393 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və törətdiyi inzibati xətalara görə nəzərdə tutulmuş maddələrin sanksiyası həddində cərimə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. 2023-cü ilin oktyabrnoyabr aylarında müxtəlif vaxtlarda avtomobillə dayanma-durma qaydalarını və yolda müəyyən edilmiş hərəkət sürətini 10 km/saata qədər pozmuşdur. Buna dair barəsində elektron qərarlar tərtib olunmuş və tərətdiyi əməldən dəfələrlə artıq hesablanmaqla cərimə olunmuşdur. İXM-nin 328.1-ci maddəsinin sanksiyasında 10 manat cərimə nəzərdə tutulduğu halda müxtəlif vaxtlarda hər dəfə 300 manat, İXM-nin 346.1-cı maddəsinin sanksiyasında 40 manat nəzərdə tutulduğu halda müxtəlif vaxtlarda 100 manat və 300 manat cərimə olunmuşdur. Odur ki, DİN BDYPİ-nin polkovnik leytenantı X6 onun barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17546267 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17499393 saylı inzibati tənbeh vermə haqqında qərarlar qanunsuz, əsassız olduğu üçün ləğv edilməli və onun törətdiyi inzibati xətalara görə qeyd edilən maddələrin sanksiyası həddində cərimə olunması barədə qərarlar çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə qərarlarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şikayətçi X4 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməsini, barəsində əsasssız olaraq verilmiş qərarların ləğv edilməsini və törətdiyi inzibati xətalara görə nəzərdə tutulmuş maddələrin sanksiyası həddində cərimə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı, xx.xx.2023cü il tarixli, EQ 17546267 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17499393 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün göndərilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarların surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan X4 xx.xx.2023-cü il tarixdə, saat 23:40-də “Toyota Prius (Hibrid) minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sabunçu-Zabrat-Kürdəxanı yolu Oxaaay çay evinin qarşısı Kürdəxanı istiqamətində idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşdığına görə İXM-in 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 300 manat, Sabunçu-Zabrat-Kürdəxanı yolu kanalüstü yolla kəsişmə Zabrat istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşdığına görə İXM-in 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 300 manat məbləğində inzibati cərimə edilmişdir. DİN Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan X4 xx.xx.2023-cü il tarixdə, saat 16:20-də “Toyota Prius (Hibrid) minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində idarə edərkən dayanma və durma qaydalarını pozmaqla İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati cərimə edilmişdir. DİN Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17546267 saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan X4 xx.xx.2023-cü il tarixdə, saat 04:02-də “Toyota Prius (Hibrid) minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi - Q.Qarayev prospektinin kəsişməsi, körpü ist.-də idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşmaqla İXM-in 328.1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati cərimə edilmişdir. DİN Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17499393 saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan X4 xx.xx.2023-cü il tarixdə, saat 12:53-də “Toyota Prius (Hibrid) minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində idarə edərkən dayanma və durma qaydalarını pozmaqla İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polkovnik leytenantı X5 xx.xx.2023-cü il tarxili, EQ 18013902 saylı qərarına əsasən İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat xx.xx.2023-cü il tarxili, 18013906 saylı qərarına əsasən İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat, xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı qərarına əsasən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat, xx.xx.2023-cü il tarixli, EQ 17546267 saylı qərarına əsasən İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat və xx.xx.2023-cü il tarixli, EQ 17499393 saylı qərarına əsasən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan X4 məhkəməyə şikayət verərək barəsində olan qeyd edilən inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və törətdiyi inzibati xətalara görə nəzərdə tutulmuş maddələrin sanksiyası həddində cərimə olunmasını xahiş etmişdir. İXM-nin 328.1-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. İXM-nin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırır. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.1.5-ci maddəsinə əsasən, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdən isə müəyyən edilir ki, xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17546267 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17499393 saylı inzibati tənbeh vermə haqqında qərarlarda X1 müxtəlif vaxtlarda yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşması və dayanma və ya durma qaydalarını pozması göstərilsə də qeyd edilən qayda pozuntusu ilə bağlı 10 manat və 20 manat cərimə olunmalı olduğu halda 100 və 300 manat məbləğlərində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, yenidən araşdırma zamanı X4 müxtəlif vaxtlarda həqiqətən də yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmışdırsa və dayanma və ya durma qaydalarını pozmuşdursa, onun müvafiq olaraq İXM-nin 328.1 və 346.1-ci maddələrinin sanksiyası həddində, yəni İXM-nin 328.1-ci maddəsi ilə 10 manat və İXM-nin 346.1-ci maddəsi ilə 20 manat cərimə edilməsi araşdırılmalıdır. Odur ki, işə yenidən baxılan zaman yuxarıda göstərilmiş hallar araşdırılaraq qərar qəbul edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X1 100 manat və 300 manat məbləğində cərimə edilmləsi ilə bağlı təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X1 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin X4 barəsində İXM-nin 328.1-ci və 346.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17546267 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17499393 saylı qərarları ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün iş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilməlidir. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsаsən və İXM-nin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin X1 İXM-nin 328.1-ci və 346.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17546267 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17499393 saylı elektron qərarları ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-569/2023 «22» dekabr 2023-cü il X2 ünvan: (Göygöl rayonu, Çaykənd kəndi) surəti: Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə ünvan: (Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi, 4) Göygöl Rayon Məhkəməsinin 3(066)-569/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “___” vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-569/2023 «07» yanvar 2024-cü il Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə ünvan: (Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi, 4) Göygöl Rayon Məhkəməsinin 3(066)-569/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-569/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-569/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver