Məhkəmə qərarları › İş №3(066)-57/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-57/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-57/2025 28.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X2 xx.xx.2025-ci il tarixli, EQ 25538954 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: X3 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli, EQ 25538954 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 14 yanvar 2025-ci il tarixdə saat 10:34 radələrində idarə etdiyi “Hyundai” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilini Gəncə şəhəri Atatürk prospektində parklanma üçün nəzərdə tutulmuş yerdə saxlamaq istəyərkən həmin yerə kiminsə konus qoyaraq zəbt etdiyini görüb avtomobilini konusun qarşısında saxlamışdır. Həmin vaxt hansı qurum tərəfindən tərtib edilməsi məlum olmayan Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə ona elektron protokol tərtib edilərək 80 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Qərarda göstərilən şəkillərə baxdıqda şəkillərin təhlükəsiz kameraları vasitəsilə çəkilməsi, yəni xüsusi texniki vasitənin göstəriciləri ilə aşkar edilməməsi məlum olur. Şikayəti və iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-cimaddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətdən və əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokolda qeyd edilən xətanı X1 şəhəri, Atatürk prospektində törətmişdir. Odur ki, xətanın törədildiyi yer Gəncə şəhəri hesab olunur, həmin yer isə Göygöl Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı mövqeyə əsasən şikayətçi ilk növbədə inzibati xəta haqqında qərardan şikayəti xətanın törədildiyi yer üzrə verməli, sonradan vəsatətlə müraciət edərək yaşadığı yer üzrə göndərilməsini xahiş etməlidir. Hazırkı halda hesab edirəm ki, şikayət xətanın törədildiyi yer üzrə verilmədiyindən baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. - 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: X2 xx.xx.2025-ci il tarixli, EQ 25538954 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar