Məhkəmə qərarları › İş №3(066)-571/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-571/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-571/2023 22.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı, xx.xx.2023-cü il tarixli, EQ17546267 saylı və xx.xx.2023-cü il tarixli, RQ 17499393 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X2 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı, xx.xx.2023-cü il tarixli, EQ17546267 saylı və xx.xx.2023-cü il tarixli, RQ 17499393 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarxili, EQ 18013902 və 18013906 saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarların surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan X2 xx.xx.2023-cü il tarixdə, saat 23:38-də “Toyota Prius (Hibrid) minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sabunçu-Zabrat-Kürdəxanı yolu Oxaaay çay evinin qarşısı Kürdəxanı istiqamətində xx.xx.2023-cü il tarixdə, saat 23:40-da yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşmaqla İXM-in 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 300 manat, Sabunçu-Zabrat-Kürdəxanı yolu kanalüstü yolla kəsişmə Zabrat istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşmaqla İXM-in 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati cərimə edilmişdir. DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17981005 saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan X2 xx.xx.2023-cü il tarixdə, saat 16:20-də “Toyota Prius (Hibrid) minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayonun dairəsində idarə edərkən dayanma və durma qaydalarını pozmaqla İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati cərimə edilmişdir. DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17546267 saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan X2 xx.xx.2023-cü il tarixdə, saat 04:02-də “Toyota Prius (Hibrid) minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi - Q.Qarayev prospektinin kəsişməsi, körpü ist.-də idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşmaqla İXM-in 328.1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati cərimə edilmişdir. DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, RQ 17499393 saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan X2 xx.xx.2023-cü il tarixdə, saat 12:53-də “Toyota Prius (Hibrid) minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində dairəsində idarə edərkən dayanma və durma qaydalarını pozmaqla İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati cərimə edilmişdir. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: X1 Azərbaycan Respublikası İXM-nin 328.1 və 346.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(066)-569/2023 saylı, 3(066)-570/2023 saylı, 3(066)- 571/2023 saylı və 3(066)-572/2023 saylı inzibati işlər 3(066)-569/2023 saylı inzibati işə birləşdirilərək bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar