Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-574/2025 09.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, xx.xx.1996-cı ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ofisiant işləyən, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hərbi vəzifəli şəxs olmaqla ilkin hərbi qeydiyyata alınmış fiziki şəxs Şəxs təkrar tibbi müayinədən keçməkdən boyun qaçıraraq Xidmətin Göygöl rayon şöbəsinə dəvət edilməsinə baxmayaraq sonuncu üzürlü səbəb olmadan müvafiq müayinəyə gəlməkdən imtina etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə bildirdi ki, oğlu Şəxs Polşada olduğu üçün tibbi müayinənin vaxtını bilməmişdir. Onu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsindən çağırarkən o məlumat vermişdir ki, oğlu Polşadadır ayın sonunadək gələcəkdir. Oğlu gələrkən dərhal prokurorluğa gedib izahat vermişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsi tərəfindən oğlu 300 manat cərimə edilmişdir. Onlar cəriməni ödəyib qəbzi təqdim etmişlər. Sonra oğlunu müayinəyə göndərmişlər gedib müayinədən keçmişdir. Oğlunun gözü zəifdir və mədəsində xəstəlik var. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Göygöl Rayon Prokurorluğu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxsin və inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşə materiallarına əlavə olunmuş Göygöl Rayon Prokurorluğunun 20 noyabr 2025-ci il tarixli qərarına əsasən xx.xx.1996-cı il tarixdə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ofisiant işləyən, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati xətaq haqqında iş üzrə icraata başlanması barədə qərar qəbul edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-25/2- 35246/2025 nömrəli məktubunda bildirilmişdir ki, Göygöl rayonu Üçtəpə kənd sakini xx.xx.1996-cı il təvəllüdlü Şəxs xx.xx.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş qərarla xəstəliklər cədvəlinin İ qr. 33b və 34c maddəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli Qərarı) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 5-124/2-360/2025 nömrəli məktubunda Göygöl rayonu Üçtəpə kənd sakini xx.xx.1996-cı il təvəllüdlü Şəxs iyul 2025-ci il çağırışına cəlb edilməsi üçün təkrar tibbi müayinəyə cəlb edilmişdir. Təkrar tibbi müayinədən boyun qaçırdığına görə Şəxs xx.xx.2025-ci il tarixdə İXM-nin 606.3-cü maddəsinə əsasən inzibati xəta haqqında qərar qəbul edilmişdir. Hal-hazırda tibbi müayinəsinin davam etdirildiyi bildirilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 606.3cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 5-124/2-360/2025 nömrəli məktubundan göründüyü kimi, eyni inzibati xəta ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində xx.xx.2025-ci il tarixdə İXM-nin 606.3-cü maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Lakin, eyni fakt ilə bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə material baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni fakta görə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati tənbeh edildiyindən eyni fakta görə Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-574/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-574/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver