Məhkəmə qərarları › İş №3(066)-580/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-580/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-580/2023 14.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin sahə rəisi, X4 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 14 dekabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 03 iyul 2023-cü il tarixdə, şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs1, X2 və Zərərçəkmiş şəxs3 Elburus qızını döyərək fiziki ağrı yetirmişdir . Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilmədiyini, bu işin qərəzli aparıldığını, onları vurmadığını, yalan danışdıqlarını və əməlindən peşiman olmadığını bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 göstərmişdir ki, onlar həyətdə oturub söhbət edərkən Şəxs söhbətin üstünə gələrək söhbəti səhf başa düşüb onların üzünə əsəbi baxıb evinə getdiyini və sonradan anasını və xalasını gətirərək Vüsaləni döydüklərini və həmçinin onların evinə daş atdıqlarını bildirdi. Onlar Vüsaləni qorumaq üçün yaxınlaşdıqda Vüsaləni buraxıb ona hücum edərək döydüklərini bildirdi. Qızı Zərərçəkmiş şəxs2 köməyə gəldikdə,qızına xəsarətlər yetirdiklərini, bədəninin göm-göy olduğunu bildirərək təqsirləndirilən Şəxs şikayətçi olduğunu və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs azyaşlı X5 göstərmişdir ki, Şəxs onların üzərinə maşını sürdüyünü, evlərini daş- qalaq etdiyini ansını döydüyünü, onun isə gözünə zərər dəydiyini bildirərək Şəxs şikayətçi olduğunu və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Göygöl rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, zərərçəkmiş şəxslərin ifadələri və protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 oktyabr 2023-cü il tarixli qərarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Göygöl RPŞ-nin İB-nin baş müstəntiqi Röyal Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başalanması rədd edilməklə bərabər, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon RPŞ-nin sahə rəisi İsmət Məmmədov tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 03 iyul 2023-cü il tarixdə,şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs1, X2 və Zərərçəkmiş şəxs3 Elburus qızını döyərək fiziki ağrı yetirmişdir Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə Göygöl rayon PŞ-nin sahə rəisi İ.Məmmədov tərəfindən tərtib edilmiş protokola, Göygöl RPŞ-nin İB-nin baş müstəntiqi Röyal Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara, iş üzrə zərəçəkənlərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdikləri izahatlara əsasən X3 inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Məhkəmə N.Balayevin əməlindən peşiman olmasını, ilk dəfə inzibati xəta törətməsini, ailəsinin bərpa edilməsini istəməsini, müharibə iştirakçısı olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-580/2023 14 dekabr 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küç 93 Şəxs Göygöl şəhəri M.F.Axundov küç ev 50 Zərərçəkmiş şəxs1 Göygöl şəhəri M.F.Axundov küç ev 55 Zərərçəkmiş şəxs3 Elburus qızına Göygöl şəhəri M.F.Axundov küç ev 48 Göygöl Rayon Məhkəməsinin 3(066)-580/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti « » vərəq. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar