Məhkəmə qərarları › İş №3(066)-583/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-583/2025

20.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-583/2025 20.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci Rusiya Federasiyası, Rostov vilayəti, Morozov rayonu, Step kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın saxlanması üçün 120 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 18 mart 2019-cu ildə icraata daxil olmuşdur. Həmin tarixdədə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Daha sonra Göygöl Rayon Məhkəməsinin 2(066)-1224/2020 saylı, 19 oktyabr 2020 tarixli icra vərəqəsinə əsasən Şəxs tutulan 120 manat sabit pul məbləğində aliment artırılaraq Zərərçəkmiş şəxs xeyrinə 130 manat məbləğində təyin edilmişdir. Həmçinin Goranboy rayon məhkəməsinin 2(045)-689/2025 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın saxlanması üçün 140 manat sabit pul məbləğində aliment alınaraq X3 xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Hər 3 icra sənədi tərəfindən bir icraatda birləşdirilmişdir. Borclu tərəfindən qismən ödənişlər aparılsada borcun tam şəkildə ödənilməsi təmin edilməmişdir. Borclunun əmlak və gəlir vəziyyəti yoxlanılmış, lakin tələbin yönələ biləcəyi hər hansı gəlir və əmlak aşkar edilməmişdir. Əlavə olaraq bildirdi ki, Göygöl Rayon Məhkəməsinin icra sənədi üzrə borc məbləği 5140 manat, Goranboy Rayon Məhkəməsinin icra sənədi üzrə isə borc məbləği 2940 manat təşkil edir. Borclu tərəfindən ilin əvvəli qismən ödənişlər edilmiş, lakin 2025-ci ilin may ayından etibarən heç bir ödəniş edilməmişdir. Məhkəmə tərəfindən vaxt verilməsinə baxamayaraq tərəflər arasında razılıq əldə edilməmiş və borclu tərəfindən borcdan heç bir ödəniş edilməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inizbati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir. İşləmədiyi üçün may ayından bu günə heç bir ödəniş etməmişdir. Yanvar ayından 60-80 manat aylıq ödənişlər etmişdir. Əlbə-əl 4 ay bundan əvvəl ödəniş etmişdir. Əlavə olaraq bildirdi ki, 50 qəpiklik “Astra” filtirsiz siqaret çəkir. Telefon işlətmir. 3-cü dəfə evlənməmişdir. Hazırda çobanlıq edir və maaşı aldıqda aliment borcundan ödəniş edəcəkdir. Hazırda borcundan ödəniş edə bilmir. Bir həftə vaxt verilərsə borcundan 400 manat ödəniş edə bilər. Yayda iş olanda işləmiş, lakin evdə tək işləyən o olduğundan ödəniş edə bilməmişdir. Onun beş uşağı var. Məhkəmə tərəfindən ona vaxt verilməsinə baxmayaraq, maaşını almadığından borcundan heç bir ödəniş edə bilməmişdir. Məhkəməyə yalan demiş və gəlməmiş, bu səbəbdən heç bir xahişi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tələbkarlar məhkəmə icalsına gəlməmiş, məhkəmə tələbkarların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu və barəsində inzibati icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X2 inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-309/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 1 uşağın saxlanılması üçün 120 manat, Göygöl Rayon Məhkəməsinin 2(066)-1224/2020 nömrəli, xx.xx.2020-cu il tarixli icra sənədinə əsasən 130 manat, Goranboy Rayon Məhkəməsinin 2(045)-689/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanılması üçün 140 manat aliment alınıb X4 ödənilməlidir. Göygöl Rayon Məhkəməsinin icra sənədi üzrə 5140 manat, Goranboy Rayon Məhkəməsinin icra sənədi üzrə isə 2940 manat aliment borcu var. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-309/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay sabit məbləğdə 120 manat aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “icraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-309/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-1224/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs iddiaçı İsayeva (Qurbanova) Samirə Mamed qızının xeyrinə tutulan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “icraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1224/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 2(045)-689/2022 nömrəli, xx.xx.2022-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022ci il tarixdən başalayaraq cavabdeh Şəxs iddiaçı X3 xeyrinə hər ay 140 (yüz qırx) manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-689/2022 nömrəli, xx.xx.2022cu il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş “icra sənədlərinin bir icraatda birləşdirilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(066)-1224/2020 saylı xx.xx.2020-ci il tarixli və Goranboy Rayon Məhkəməsinin 2(045)-689/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(066)-503/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-309/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay sabit məbləğdə 120 manat aliment tutulması qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1224/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs iddiaçı İsayeva (Qurbanova) Samirə Mamed qızının xeyrinə tutulan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmçinin Goranboy Rayon Məhkəməsinin 2(045)- 689/2022 nömrəli, xx.xx.2022-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başalayaraq cavabdeh Şəxs iddiaçı X3 xeyrinə hər ay 140 (yüz qırx) manat məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli qərarla Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(066)-1224/2020 saylı xx.xx.2020-ci il tarixli və Goranboy Rayon Məhkəməsinin 2(045)-689/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Hər üç icra sənədi üzrə icraat başlanılmış və borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Hazırda Göygöl Rayon Məhkəməsinin icra sənədi üzrə borc məbləği 5140 manat, Goranboy Rayon Məhkəməsinin icra sənədi üzrə isə borc məbləği 2940 manat təşkil edir. Borcluya məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq borcundan heç bir ödəniş etməmiş, bununla belə məhkəmə çağrışlarına gəlməyərək barəsində məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarların şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:15-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar