Məhkəmə qərarları › İş №3(066)-587/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-587/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-587/2025 23.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Abdullazadə Rəşad Elçin oğlunun katibliyi, Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X2 məsləhətçi-müfəttişi X9 tərəfindən Şəxs MMC-nin barəsində xx.xx.2025-ci il tarixdə İXMnin 262.2.3-cü maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən avto yuma məntəqəsində formalaşan tullantı sularının xx.xx.2025-ci il tarixədək quyuya, oradan isə daşaraq təyinatsız olaraq əraziyə axıdılması aşkar edilmişdir. Bununla da, İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X2 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Göygöl rayonu Quşqara kəndinin ərazisində yerləşən Şəxs MMC-nə məxsus “Lukoyl” yanacaqdoldurma məntəqəsinin tullantı suları quyuya axıdılmış və baxımsızlıq nəticəsində quyu dolub daşaraq əraziyə su əraziyə axmışdır. Həmin fakt bölmənin əməkdaşları tərəfindən aşkar edilmişdir. Araşdırma aparılarkən Şəxs MMC-nin təmsilçisi Rüxsarə Mirzəyeva rəsmi qaydada dəvət edilməsinə baxmayaraq inzibati protokolun tərtib edilməsində iştirak etməmişdir. İlkin araşdırma zamanı növbə rəisindən məlumat götürmüşlər. Protokol tərtib edildikdən sonra Şəxs MMC -nin qanunu təmsilçisi Rüxsarə Mirzəyevanın etibarnamə üzrə nümayəndəsi Firdovsi Mirzəyev bölməyə gələrək izahat vermişdir ki, müəyyən bir vaxt baxımsızlıq nəticəsində həmin sular daşaraq əraziyə axmışdır. Onlar xx.xx.2025-ci il tarixdə inzibati xətanı aşkar etmişlər. Şəxsi müəyyən etmək mümkün olmadığı üçün qərardad yazılıb dəvət edilmişdir ki, sənədləri əldə etsinlər. 17 oktyabr 2025-ci il tarixdə isə inzibati xəta haqqında protokol tərtib etmişlər. İnzibati xəta haqqında protokolu müdafiə edərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs MMC İXMnin 262.2.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X2 məsləhətçi-müfəttişi X9 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən avto yuma məntəqəsində formalaşan tullantı sularının xx.xx.2025-ci il tarixədək quyuya, oradan isə daşaraq təyinatsız olaraq əraziyə axıdılması aşkar edilmişdir. İşdə olan Şəxs MMC-nin qanuni təmsilçisi X3 etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən verilmiş izahatda bildirmişdir ki, Göygöl rayonu Quşqara kəndi ərazisində Qoşqarçayının sağ sahilində yerləşən “Lukoil” YDM-ni (Şəxs MMC) etibarnamə əsasında idarə edir. Səhhəti ilə bağlı bir müddət YDM-nin fəaliyyətinə nəzarət edə bilməmişdir. Ona görə də obyektdə formalaşan tullantı suları düzgün idarə edilməmişdir. Obyektin fəaliyyəti zamanı formalaşan tullantı suları ərazidə yerləşən quyuya oradan isə daşaraq təyinatsız olaraq çöl əraziyə ətraf-mühitə axıdılmışdır. Bu qanun pozuntusu 10 saylı X2 əməkdaşları tərəfindən aşkar olunduqdan sonra bununla bağlı təxminən 10 gün bundan əvvəl lazımı tədbirləri görmüşlər və qanun pozuntusu yaradan halları aradan qaldırmışlar. Hal-hazırda obyektin tullantı suları düzgün idarə olunur. İşdə olan foto şəkillərə baxış keçirərkən Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən avto yuma məntəqəsində formalaşan tullantı sularının yaxınlıqdakı açıq əraziyə axıdılması məlum olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli 0013 saylı sərəncamı əsasında keçirilən nəzarət tədbirləri zamanı Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən Qoşqarçay çayının sağ sahilində fəaliyyət göstərən avtoyuma məntəqəsində formalaşan tullantı sularının məntəqənin yaxınlığında yerləşən quyuya, oradan isə daşaraq təyinatsız olaraq Qoşqarçayın sağ sahil mühafizə zonasına, əraziyə axıdılması müəyyən olunmuşdur. Aşkar edilmiş faktla bağlı aparılmış şifahi sorğu zamanı özünü yanacaqdoldurma məntəqəsinin növbə rəisi kimi təqdim edən Samir adlı şəxs obyektə aid bəzi məlumatları əks etdirən kassa çeki təqdim etmişdir. Təqdim olunmuş kassa çekində yanacaq doldurma məntəqəsinin sahibinin Şəxs MMC olduğun qeyd olunmuşdur. Samir adlı şəxs tərəfindən cəmiyyətin rəhbərliyi haqqında əlavə məlumat verilməmişdir. Cəmiyyətin rəhbərliyi ilə əlaqə saxlanılması mümkün olmadığından araşdırma yerinə dəvət edilməsi, iş üçün əhəmiyyət kəsb edən digər sənədlərin əldə olunması (obyektə aid torpağın mülküyyət sənədləri, obyektin rəhbərinə aid sənədlər və s.) mümkün olmamışdır. Beləliklə Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində formalaşan tullantı sularının məntəqənin yaxınlığında yerləşən quyuya, oradan isə daşaraq təyinatsız olaraq Qoşqarçayın sağ sahil mühafizə zonasına əraziyə axıdılması nəticəsində Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyeniya və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzam daşınması və zərərsizləşdirilməsi” qaydalarının tələbləri pozulmuşdur. Akta ərazidə çəkilmiş fotoşəkillər, videoçəkiliş CD disk və ərazinin situasiya planı əlavə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 262.2.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Göygöl rayonu Quşqara kəndində yerləşən Şəxs MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində fəaliyyət göstərən avtoyuma məntəqəsində formalaşan tullantı suların xx.xx.2025-ci il tarixədək quyuya oradan isə daşaraq əraziyə təyinatsız axıdılaraq İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İXM-nin 76.1 -ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21 -ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə Şəxs MMC-nə məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılanın hüquqi şəxs hesab edilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC İXM-nin 262.2.3-ci maddəsi ilə təqsirli bilinib, barəsində aşağı həddə cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar