Məhkəmə qərarları › İş №3(066)-595/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-595/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-595/2025 08.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X2 barəsində qəbul edilmiş TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin mümkünlüyünə dair məsələyə, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, şikayətini təmin edib sürücülük vəsiqəsinin olduğu halda onuda əlavə cərimə kimi əsas götürülərək Samux şəhər DYPİ-nin polis serjantı X5 tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli İnzibati protokolu əsasında qəbul etdiyi TP ******* nömrəli, 28 iyul 2025ci il qərarını əməlində sürücülük vəsiqəsi olmadan idarə etmə yalnış olduğuna görə 332.3 maddəsilə bağlı inzibati xəta olmadığına əsas gətirərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmiş, ərizəsinə xx.xx.2025-ci il tarixli, TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı əlavə etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Şikayətdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan **-SN-*** dövlət qeydiyyat nişanlı JEEP WRANGLER minik markalı avtomobil ilə Samux rayonu istiqamətində hərəkətdə olarakən yol patrul xidməti inspektoru Polis serjantı X5 onu qanunsuz və əsassız olaraq saxlamış barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib etmişdir. xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli qərar qəbul olunmuş və qərarda göstərilmişdir ki, o hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, nəqliyyat vasitəsini idarə etmək hüuqu məhdudlaşdırlmış şəxs olduğunu əsas gətirərək İXM 327.1-cı ,332.3-cü maddələrini pozulduğunu iddia edərək 400 manat məbləğində cərimə olunmuşdur. İşdə olan materiallara baxaraq hesab edirəm ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətdən və əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında inzibati tənbeh vermə haqda qərarda qeyd edilən xətanın X2 Samux rayonu, Aznixi qəsəbəsi ərazisində törədilməsi göstərilmiş və inzibati xəta Samux şəhər DYPİ-nin polis serjantı X5 tərəfindən aşkar edilmiş və səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqda qərar qəbul edilmişdir. Belə olan halda hesab olunur ki, xətanın törədildiyi yer və inzibati tənbeh vermə haqda qərar qəbul etmiş hüquqi şəxsin ünvanı Samux rayonu hesab olunur, həmin yer isə Göygöl Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı mövqeyə əsasən şikayətçi ilk növbədə inzibati xəta haqqında qərardan şikayəti xətanın törədildiyi yer üzrə verməli, sonradan vəsatətlə müraciət edərək yaşadığı yer üzrə göndərilməsini xahiş edəbilər. Hazırkı halda məhkəmə qeyd edir ki, şikayətçi ərizəsində yaşayış yerini ünvan 2 ünvanında yaşamasını göstərmiş, şikayət xətanın törədildiyi yer üzrə və ya şikayətçinin yaşadığı yer üzrə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Bununla belə X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətini təmin edib sürücülük vəsiqəsinin olduğu halda onuda əlavə cərimə kimi əsas götürülərək Samux şəhər DYPİ-nin polis serjantı X5 tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli İnzibati protokolu əsasında qəbul etdiyi TP ******* nömrəli, 28 iyul 2025ci il qərarını əməlində sürücülük vəsiqəsi olmadan idarə etmə yalnış olduğuna görə 332.3 maddəsilə bağlı inzibati xəta olmadığına əsas gətirərək qərarın ləğv edilməsini xahiş etsə də, şikayətin giriş hissəsində Samux şəhər DYPİ-nin inizbati xəta haqqında TP ******* nömrəli, 28 iyul 2025-ci il tarixli qərarından şikayət etməsini göstərsə də, 28 iyul 2025-ci il tarixli qərarın surətini şikayətinə əlavə etməmişdir. Bundan əlavə şikayətin dəlillərində barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli qərar qəbul edilməsini bildirməklə qeyri-müəyyənlik yaratmışdır. Şərh edilənlərə əsasən hesab edirəm ki, yuxarıda göstərilən çatışmazlıqlar olduğundan, şikayətin dəlilləri və xahiş etdi hissəsi qeyri-müəyyən olduğundan və şikayətə qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəmədə baxılması mümkün görünmədiyindən, X2 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmədə baxılması mümkün olmadığı üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40. 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: X2 TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: Rəşad Mustafayev İş № 3(066)-595/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PRОTОKОL 08 dekabr 2025-ci il Göygöl şəhəri Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X2 barəsində inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxışa hazırlanması məsələsinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:35-də başladım. X2 TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması haqqında qərardad çıxartdım. Prosessual hərəkəti saat 17:45-də qurtardım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar