Məhkəmə qərarları › İş №3(066)-598/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-598/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-598/2025 10.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Göygöl rayonu, Balçılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" QSC-də yol dəyişən işləyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, A.Fərzəliyev qəsəbəsində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025–ci il tarixdə Göygöl rayonu A.Fərzəliyev qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yoldaşı Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarətlər yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə izahatında bildirdi ki, iş üzrə zərərçəkmiş şəxsin dəfələrlə Şəxslə bağlı müraciəti olmuş, sonuncu dəfə isə zərərçəkmiş şəxsin valideyini ona zəng vuraraq qızının döyülməsini bildirmiş, o isə onlara döyülmə faktı ilə bağlı təhqiqata müraciət edilmələrini bildirmiş, bundan sonra isə təhqiqat şöbəsində onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və o isə bu gün Şəxs barəsində protokol tərtib edərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərmişdir. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan sonuncu dava-dalaş xx.xx.2025-ci il tarixdə baş vermişdir. Tərəflər arasında dəfələrlə mübahisə olur. 5 ay bundan qabaq onların araşdırılmasını aparmış, həmçinin bir dəfə də Qaşqay döymə ilə bağlı yoldaşının ondan şikayətinin olmamasını bildirib onu aldatmışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə A.Fərzəliyev qəsəbəsində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs axşam saatlarında balaca övladına yazı yazdırmış, yekə uşaqları isə səs-küy saldıqlarından onlara təhqiramiz qaydada ifadə ilə çölə çıxmalarını demiş, bundan sonra yekə uşaqları çölə çıxmış, həmin vaxt o uzanıqlı vəziyyətdə telefona baxmış, Zərərçəkmiş şəxs ona tərəf çönərək söyünclə niyə uzanmasını çölə çıxmasını bildirmiş, o isə Zərərçəkmiş şəxs niyə söyünclə danışmasını bildirmiş və aralarında mübahisə yaranmış, bundan sonra o balaca uşağını götürüb getmək istəyərkən Zərərçəkmiş şəxs onun üzərinə gəlmiş və uşağı verməsini istəmiş, o isə Zərərçəkmiş şəxs itələmiş, bundan sonra təkrar onun üzərinə gəlmiş və onu qapıya itələmiş və çevrildikdə Zərərçəkmiş şəxs başı qapının küncünə dəymiş və qanamışdır. O Zərərçəkmiş şəxs su vermiş və başına buz qoymuşdur. Bundan sonra Zərərçəkmiş şəxs anasıgil zəng vurmuş və evə gəlmişlər, hadisənin səhəri gün isə Zərərçəkmiş şəxs Abbas Səhət xəstəxanasına aparmışdır. Hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. Xəstəxandan sonra onlar öz evlərinə qayıtmış və aralarında hər hansı sözsöhbət olmamışdır. Bundan 3-4 gün sonra onu qonaq çağırdıqlarından balaca övladı ilə qonaqlığa getmiş, həmin vaxt böyük oğlu ona zəng vuraraq anasının getməsini bildirmiş, o isə oğluna telefonu mikrafona qoymasını bildirmiş və telefondan Ayşənə getməməsini, ayıb olmasını, özünün gəldiyini bildirmiş və gəldikdə isə artıq Ayşənin getməsini görmüşdür. Həmin vaxt balaca oğlunu da götürüb Ayşənin qapısına getmiş və gəlməsini bildirmiş, həmin vaxt Ayşənin əmisi onun üzərinə cumub dartışdırmış, lakin aralarında hər hansı dava olmamış, uşaqlarından balaca Ayşənin yanında qalmış, digər iki övladını götürüb gəlmiş, daha sonra isə ortancıl uşağı da anasının yanına getmişdir. Əlavə olaraq bildirdi ki, onların 5,12 və 15 yaşlarında 3 uşaqları var. Onların arasında olan söz-shöhbət uşaqların səs-küy etməsi səbəbindən olmuşdur və təxminən 1 aydır ki ayrı yaşayırlar. O səhv etdiyini Ayşənin özünə də demişdir. O və yoldaşı Ayşən itələşmişlər. Ayşən ona onun telefonla oynamasının acıq gəlməsini və ona söyünclə çölə çıxmasını bildirmişdir. Ayşən onu uşaq qucağında tutmuş və ondan uşağı ona verib getməsini istəmiş, o isə uşağı vermədikdə onun üzərinə hücum çəkmiş, həmin vaxt Ayşənin başından itələmiş və çöndükdə başı qapının tininə dəymişdir. Uşaqlardan ikisi onunla getmək istəmiş, daha sonra isə ortancıl uşağı anası ilə getmək istəməsini bildirmişdir. Səhv etmişdir və ailəsi onun üçün müqəddəsdir. Məhkəmədən cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs evə gələn zaman daim onların arasında dava baş verir. Belə ki Qaşqay hər dəfə evə gedəndə evin təmizliyi, uşaqlar və.s səbəblərdən əsassız dava çıxarır. Hadisə günü uşaqları ilə oturmuş və bulku bişirmişdir. Vaxtı olduğu üçün balaca uşağının dərslərini hazırlatmış və həmin vaxt əri Qaşqay evə gəlmişdir. O balca uşağının böyük uşağını döyməsini görmüş, həmin vaxt o balaca oğlu Tunara elə etməməsini bildirmiş, lakin əri Qaşqay Tunara vurmasını demiş, o isə uşağı elə öyrətməməsini bildirmişdir. Ümumiyyətlə Qaşqay uşaqlara düzgün tərbiyyə vermir. Onların böyük uşaqlarının göznüdə açqi vardır. Qaşqay həmin uşaqlarına çayış və psix deyərək müraciət edir, bu isə ona xoş təsir etmir. Qaşqay daim uşaqlara görə onu döyür. Hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə Qaşqay özü yumruqla başından vurmuşdur. Evdə kamera vardır və həmin kamereda görüntüləri də vardır. Mübahisə edən zaman Qaşqay böyük və ortancıl uşaqlarını vurmuş, onlar isə digər otağa keçmişdir. Bundan sonra isə o balaca uşağına dərs yazdırarkən ona “er.....ni” və digər nalayiq ifadələr işlətmiş, o isə imkanı varsa kiriməsini uşağın dərsini yazdırmasını bildirmişdir. Həmin vaxtadək 3 aydır ki onlar bir-birlərini dindirmirlər. Bu zaman Qaşqay onun üzərinə hücum etmiş, həmin vaxt o stolda oturmuş vəziyyətdə olmuş və Qaşqay onun başından dəfələrlə yumruqla vurmuş, daha sonra isə gedib bıçaq götürmüşdür. Həmin vaxt balaca uşağı qorxmuş, ona yapışmış və şalvarına idrarını etmiş, o isə Qaşqaya yalvarmış və bıçağı yerinə qoymasını istəmişdir. Bundan sonra Qaşqay bıçağı yerinə qoymuş və gələrək Tunarı qucağına almış və Tunara getməsini, bu səfər onu meyit etməsini bildirmişdir. Həmin vaxt Qaşqay onun mətbəxdən çölə çıxmasını qoymamışdır. O aşağı əyilib uşağını qucağına almaq istəyərkən, Qaşqay telefonu cibinə qoyaraq onun başından yumruqla vurmuş və o zərbənin gücündən pəncərənin yanına düşmüşdür. Bundan sonra Qaşqay onun üzərində oturmuşdur. Həmin vaxt onu anasına çatdırmasını bildirmiş, Qaşqay bundan sonra ona yardım etmiş və onu çölə çıxarmışdır. Bundan əvvəl də dəfələrlə Qaşqay onu döymüşdür. Onun problemi olması səbəbindən Qaşqay onu həkimə aparmışdır. Uşaqları və o Qaşqayın əlindən bezmişdir. Əlavə olaraq bildirdi ki, hadisə vaxt evdə onlardan və uşaqlarından başqa heç kəs olmamışdır. Hazırda barışmaq niyyəti yoxdur. Qaşqay dumbuzla onun alnından vurmuş və zərbənin nəticəsində onun alnı şişmişdir. Həmin vaxt o zərbənin gücündən arxaya getmiş dirsəyi isə paltaryuyan maşına dəymişdir. Qaşqay onu xx.xx.2025-ci il tarixdə gecə vurmuşdur. Onlar ekspertizaya hadisənin səhəri günü getmişlər. xx.xx.2025-ci il tarixdə o atası evinə gəlmişdir. Onların arasında olan dava və qeyd etdikləri hadisə xx.xx.2025-ci il tarixdən 3010.2025-ci il tarixə keçən gecə baş vermiş, həmin tarixdən sonra Qaşqay onu vurmamış və xx.xx.2025-ci il tarixdə isə o valideyinlərinin yanına getmişdir. Qaşqay övladlarını düzgün tərbiyyə etmir və ailəsinə baxmır. Qaşqay əvvəlcə evdə yanıq kartofu onun başının üstündə durub məcbur yedizdirmişdir ki, birdə yandırmasın. Uşaqlar atalarını istəmir. Belə ki, Qaşqay Hüseyn adlı uşağını döymüş və onun telefonunu əlindən almışdır. 16 ildir ki, onlar arasında olan hazırkı mübahisə davam edir və Qaşqay daim onu döyür. Hazırda barışmaq istəmir. Uşaqlara o özü baxacaqdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs həbs edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025–ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/2256 saylı toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin əlamətləri yaranmadığından həmin fakt üzrə cinayət işinin başlanamsının rədd edilməsi, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Göygöl rayon Polis Şöbəsinin İTB-nə göndərilməsi, qərarın surətinin nəzarət və məlumat üçün Göygöl rayon prokurorluğuna göndərilməsi, qərarın surətinin maraqlı tərəflərə göndərilməsi və ona qərardan narazı olduqda prokurora, məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və materialın saxlanması üçün Göygöl rayon PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 531 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın nahiyyəsinin sıyrığı, hər iki bazu, sağ dirsək, sol said nahiyyələrinin qançırları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs hadisəni təsədüfən baş verməsi barədə dəlilləri özünü müdafiə xarakterlidir, inzibati material üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən inzibati xəta haqda material üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini və onun yaşını, maddi vəziyyətini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamasını və inzibati xətanı digər şəxslərin və azyaşlı uşaqların gözü qarşında törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:45-dən hesablansın. Qərаrın icrаsı Göygöl RPŞ-nin X2 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar