Məhkəmə qərarları › İş №3(066)-600/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-600/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-600/2025 24.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.2004-cü ildə Göygöl rayonu Danayer kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göygöl rayonu Danayer kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hərbi vəzifəli şəxs olmaqla ilkin hərbi qeydiyyata alınmış fiziki şəxs Şəxs təkrar tibbi müayinədən keçməkdən boyun qaçıraraq Xidmətin Göygöl rayon şöbəsinə dəvət edilməsinə baxmayaraq sonuncu üzürlü səbəb olmadan müvafiq müayinəyə gəlməkdən imtina etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Göygöl Rayon Prokurorluğu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxsin və inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşə materiallarına əlavə olunmuş Göygöl Rayon Prokurorluğunun 06 dekabr 2025-ci il tarixli qərarına əsasən xx.xx.2004-cü ildə Göygöl rayonu Danayer kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göygöl rayonu Danayer kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati xətaq haqqında iş üzrə icraata başlanması barədə qərar qəbul edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-25/2- 40688/2025 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü Şəxs aprel 2025-ci il çağırışına cəlb edilməsi üçün təkrar tibbi müayinəyə cəlb edilmişdir. Hal hazırda tibbi müayinəsi davam etdirilir. Ailə vəziyyəti nəzərə alınaraq barəsində protokol tərtib edilməmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 606.3cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 606-cı maddəsinin Qeyd hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə, Şəxs sonradan tibbi müayinə (tibbi şəhadətləndirilmə) ilə əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməsini, təkrar tibbi müayinəyə cəlb edilməsini, mütləq və əlavə müayinələrdən keçməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 606.3-cü maddəsi ilə başlanılmış inzibati işə həmin maddənin qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad olunmalı və inzibati işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 48–50, 53, 606, 106, 112, 114, 117 və 128–130– cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə barəsində başlanılmış inzibati işə həmin maddənin qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad olunsun və inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar