Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-605/2025 17.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X1 xx.xx.2025-ci il tarixli, EQ 32244141 nömrəli inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ 32244141 saylı protokolun ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalər Məcəlləsinin 61.1.6.-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 126.1. -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd edilən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbindən göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest verilməsi və onlara baxılması qaydaları tənzimlənmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32244141 nömrəli protokolun ləğv edilməsini xahiş etsə də, qanunvericilikdə protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin inzibati tənbeh vermə haqqında qərarın surəti şikayətə əlavə etməmiş, şikayət əsaslandırlmamış və şikayətdə qərarın ləğv edilməsini xahiş etməmişdir. Şikayətinə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilməsi barədə sms mətnindən çıxarış əlavə etmişdir. Həmin çıxarışda isə qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinin və ya onun hansı şöbələrinin və hansı əməkdaşı tərəfindən qəbul edilməsini və qərarın qəbul edilməsinə əsas olmuş halları, qərarı qəbul etmiş orqanı və vəzifəli şəxsi müəyyən etmək və məhkəməyə çağrılmalı şəxslərin dairəsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Göründüyü kimi, inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət nəzərdə tutulmamışdır. Bundan əlavə şikayətdə inzibati tənbeh vermə haqda qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsi tərəfindən qəbul edilməsini bildirməklə qeyri-müəyyənlik yaratmışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar şikayətə əlavə edilmədiyindən qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin və ya onun şöbələrinin hansı əməkdaşı tərəfindən qəbul edilməsini və qərarın qəbul edilməsinə əsas olmuş halları müəyyən etmək və məhkəməyə dəvət etmək mümkün deyildir. Şərh edilənlərə əsasən hesab edirəm ki, göstərilən çatışmazlıqlar olduğundan və şikayətə qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəmədə baxılması mümkün görünmədiyindən, X1 inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə şikayətinə məhkəmədə baxılması mümkün olmadığı üçün geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldım: X2 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 32244141 saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv olunmasına dair şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: Rəşad Mustafayev İş № 3(066)-605/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il tarixdə Göygöl şəhərində Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32244141 saylı inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayət üzrə inzibati materialın baxılmağa hazırlanmasına baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 14:30-da başladım. İnzibati xəta haqqında materialı araşdırarkən müəyyən etdim ki, material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur, X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32244141 nömrəli protokolun ləğv edilməsini xahiş etsə də, qanunvericilikdə protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin inzibati tənbeh vermə haqqında qərarın surəti şikayətə əlavə etməmişdir. Şikayətinə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilməsi barədə çıxarış əlavə etmişdir. Həmin çıxarışda isə qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinin və ya onun şöbələrinin hansı əməkdaşı tərəfindən qəbul edilməsini və qərarın qəbul edilməsinə əsas olmuş halları müəyyən etmək və məhkəməyə çağrılmalı şəxslərin dairəsini müəyyən etmək mümkün deyildir. Ona görə də inzibati xəta barədə protokoldan verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul etdim. Prosessual hərəkəti saat 14:45-də qurtardım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-605/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-605/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver