Məhkəmə qərarları › İş №3(066)-607/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-607/2025

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-607/2025 03.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə iştirakı ilə, "xxxx" MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X3 əmək müfəttişi X15 tərəfindən "xxxx" MMC-nin barəsində xx.xx.2025-ci il tarixdə İXM-nin 539.3-cü maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, vətəndaş X8 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə görə "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-81606/2025 nömrəli məktub ünvanlanmasına baxmayaraq məktubda qeyd olunan sənədlər natamam təqdim edilmişdir. Bununla da, İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X6 dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onlar tələb olunan sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X5 təqdim etmişlər. Həmin sənədlər "xxxx" MMC-nin mühasibi Aysel xanım tərəfindən Əmək müfəttişliyinin əməkdaşı İlahə xanımın whatsapp nömrəsinə və email hesabına göndərilmiş, daha sonra onunla əlaqə saxlanılarkən əlavə sənədlərə ehtiyac olmamasını bildirmişdir. Odur ki, "xxxx" MMC-nin barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirdi ki, "xxxx" MMC-də mühasib işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X6 tərəfindən "xxxx" MMC-nə məktub ünvanlanmışdır. O, həmin vaxt əmək müfəttişliyinin əməkdaşı İlahə adlı xanımla telefon vasitəsilə əlaqə saxlamışdır. İlahə xanım ona bildirmişdir ki, Təbriz Həsənovun işi ilə bağlı onlara sənədlər lazımdır. O, Təbriz Həsənovun işi ilə bağlı bütün sənədləri hazırlayıb İlahə xanımın verdiyi Əmək Müfəttişliyi Xidmətinin X3 rəsmi email ünvanına göndərmişdir. İlahə xanım ona bildirmişdir ki, sənədlər onlara 05 noyabr 2025-ci tarixədək göndərilməlidir. O, 27 oktyabr 2025-ci il tarixdə bütün sənədləri göndərmişdir. 31 oktyabr 2025-ci il tarixdə isə bütün sənədləri İlahə xanımın whatsapp nömrəsinə göndərmişdir. Daha sonra isə 03 noyabr 2025-ci il tarixdə onunla telefonla danışdıqda işin yekunlaşıb-yekunlaşmamasını və sənədləri yenidən əlbəəl gətirib təqdim etmələrinə ehtiyac olub-olmamasını soruşmuşdur. İlahə xanım isə ona göndərdiyi skan edilmiş sənədlərin kifayət olmasını, başqa formada göndərilməsinə ehtiyac olmamasını bildirmişdir. Onlara bildiriş göndərilmiş və İlahə xanım tərəfindən onlara deyilmişdir ki, əgər bir ay müddətində sənədləri onlara göndərsələr şərti yazılmış cərimə tətbiq edilməyəcək, sənədləri göndərməsələr cərimə tətbiq ediləcəkdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə və şahidi dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X3 26 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda, vətəndaş X8 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-81606/2025 nömrəli məktub göndərilsə də, qeyd olunan sənədlər natamam təqdim olunmuşdur. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2-81606/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X6 tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin direktoru Nümayəndə məktub göndərilərək vətəndaş X8 müraciətinə münasibət bildirilməsi və Təbriz Həsənova aid əmək müqaviləsinin surətinin (elektron əmək müqaviləsi olmadığı təqdirdə), əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlərin (xitam əmri, işçinin ərizəsi), iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son üç ay üzrə), son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində X18 Xidmətinin X5 təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X6 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-81606/2025 nömrəli məktub 14 sentyabr 2025-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 22 sentyabr 2025-ci il tarixli, 03/25 nömrəli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən X8 əmək müqaviləsinə dair çıxarışı və ərizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X5 göndərilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayonu Bəhrəmbağ qəsəbə sakini X17 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona verilməli olan 100 (bir yüz) manat məbləğində pulu "xxxx" MMC-dən almış və bununla bağlı heç bir tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 19 sentyabr 2025-ci il tarixli, 3-17-5/2-84292/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X6 tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin direktoru Nümayəndə məktub göndərilərək vətəndaş X4 haqq-hesabının ödənilməməsi ilə əlaqədar inzibati xəta əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması üçün xx.xx.2025-ci il tarixdə, saat 11:00-da X18 Xidmətinin X5 dəvət edilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X6 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-842292/2025 nömrəli məktub 28 sentyabr 2025-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X6 tərəfindən "xxxx" MMC-nin barəsində 26 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan "xxxx" MMC-yə məxsus elektron poçt ünvanından çıxarılmış çıxarışdan görünür ki, "xxxx" MMC-yə məxsus mailto:uctepetemizkend@gmail.comElektron ünvan 1 elektron poçtu vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X3 mailto:demx_ganja@sosial.gov.azElektron ünvan 2 elektron poç ünvanına xx.xx.2025-ci il tarixdə sənədlər göndərilmişdir. İşdə olan “Whatsapp” yazışmasından çıxarışdan görünür ki, "xxxx" MMC-nin mühasibi Aysel İsggəndərova tərəfindən 31 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X3 əməkdaşı İlahə xanımın “Whatsapp” nömrəsinə X13 məxsus sənədlər göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X3 İlahə adlı əməkdaşı tərəfindən "xxxx" MMC-nin mühasibi Aysel İsggəndərovaya göndərilmiş səs yazısına baxış keçirilərkən sənədlərin email ünvanına göndərilməsini və həmin sənədlərin kifayət etməsini, əlavə sənəd lazım olarsa deyəcəyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X6 tərəfindən məhkəmənin xx.xx.2026-cı il tarixli, 3(066)- 607/2025 nömrəli məktubuna verilmiş cavabda qeyd edilmişdir ki, vətəndaş X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – Cəmiyyət) son haqq-hesabının ödənilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X6ndə baxılmışdır. Müraciətlə əlaqədar məlumatların əldə edilməsi məqsədilə tələb olunan zəruri sənədlərin təqdim edilməsi ilə bağlı tərəflərindən Cəmiyyətin rəhbərliyinə icrası məcburi xx.xx.2025-ci il tarixli 3-17-5/2- 81606/2025 nömrəli sorğu məktubu göndərilmişdir. Lakin, cəmiyyət tərəfindən tələb olunan sənədlərdən, vətəndaşın müraciəti ilə bağlı cavab məktubu və elektron əmək müqaviləsi barədə məlumat təqdim edilmiş, digər tələb olunan zəruri sənədlər (iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son üç ay üzrə), son haqqhesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti) natamam təqdim edildiyindən vətəndaşın müraciətinə baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsində (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə) nəzərdə tutulmuş xəta törədilmişdir. Lakin, cəmiyyətin direktoru Nümayəndə tərəfindən X8 müraciəti ilə əlaqədar tələb olunan sənədlərin surəti inzibati xəta haqqında iş üzrə icraat başlanıldıqdan sonra tam olaraq Şöbənin elektron poçt ünvanına (Elektron ünvan 2) təqdim edilmiş, törədilmiş hüquqpozma aradan qaldırılmışdır. Beləliklə, İnzibati xətalar Məcəlləsinin 539.3-cü maddəsinə uyğun olaraq qəbul edilən inzibati xəta haqqında şərti qərar qüvvəyə minməmişdir. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X16 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X6 tərəfindən xx.xx.2025-ci il tarixdə hüquqi şəxs "xxxx" MMC-yə sənədlərin təqdim edilməsi üçün sorğu göndərilmişdir. Həmin sorğuya əsasən hüquqi şəxs tərəfindən müvafiq sənədlər əvvəl xx.xx.2025-ci il tarixli, 03/25 nömrəli məktubla, daha sonra isə rəsmi elektron poçt ünvanı və whatsapp vasitəsilə (protokol tərtib etmiş şəxs X9) protokol tərtib edən orqana göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin direktoru Nümayəndə məktub göndərilərək vətəndaş X4 haqq-hesabının ödənilməməsi ilə əlaqədar inzibati xəta əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması üçün xx.xx.2025-ci il tarixdə, saat 11:00-da X18 Xidmətinin X5 dəvət edilmişdir. Həmin məktub "xxxx" MMC tərəfindən 28 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş, lakin inzibati xəta törətmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan, həmçinin həmin sənədlərdə natamamlığın nədə ifadə olunması, hüquqi şəxsdə mövcud olub lakin göndərilməyən sənədlərin olub-olmamasının, hüquqi şəxsdən asılı olan və ya olmayan səbəblərdən təqdim edilib-edilməməsini araşdırılmadan xx.xx.2025-ci il tarixdə birbaşa protokol tərtib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bununla yanaşı məhkəmə qeyd edir ki, hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, hüquqi şəxs "xxxx" MMC-nin barəsində MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol 26 sentyabr 2025-ci il tarixdə tərtib edilmişdir. Lakin ilk olaraq qeyd edilməlidir ki, ilk dəfə inzibati iş natamam məhkəməyə daxil olduğu üçün geri qaytarılmış, daha sonra "xxxx" MMC-nin göstərdiyi dəlillərə münasibət bildirilməsi üçün məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinin X5 məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, inzibati işə baxılma müddəti keçmişdir. Ona görə də "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda "xxxx" MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsi ilə inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar