Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-61/2025 28.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyasının, Orenburq vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sütçülük və Tərəvəzçilik Sovxozu ərazisində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə2 izahatında bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-1286/2023 saylı icra sənədinə əsasən Şəxs 5476.24 manat kredit borcu tutularaq tələbkar "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Həmçinin Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)- 1282/2023 saylı icra sənədinə əsasən Şəxs 604.29 manat kredit borcu tutularaq tələbkar "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun icra sənədində göstərilən ünvanına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Sonradan borclu ilə telefon əlaqəsi saxlanılarkən məlum olmuşdur ki borcu Göygöl rayonu Qarabulaq kəndində yaşamır, hazırda Bakı şəhərində yaşayır. Borclu yaşayış yeri üzrə arayış təqdim edəcəyini bildirsədə heç bir sənəd təqdim etməmişdir. 02 dekabr 2024-cü il tarixdə Şəxs barəsində axtarış elan edilərək qərarın surəti icra olunması üçün Kəlbəcər Rayon Polis Şöbəsinə göndərilmişdir. Bu günkü tarixdə Şəxs icra şöbəsində olmuş izahatı alınaraq barəsində protokol tərtib edilmişdir. Borclu öhdəliyini tam yerinə yetirməmiş, protokol tərtib olunan tarixə borclunun 5330.73 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 2024-cü ilin iyul avqust aylarında icra məmuru ona zəng edərək icra sənədləri barədə məlumat verərək onu icra şöbəsinə dəvət etmişdir. Lakin gələ bilməmişdir. 25 yanvar 2024-cü il tarixdə 50 manat, 08 yanvar 2024-cü il tarixdə 50 manat, 01 avqust 2024-cü il tarixdə 100 manat, 05 noyabr 2024-cü il tarixdə 100 manat, 03 iyul 2024-cü il tarixdə 100 manat, 04 oktyabr 2024-cü il tarixdə 100 manat, 19 dekabr 2024-cü il tarixdə 50 manat və 03 sentyabr 2024-cü il tarixdə 100 manat olmaqla cəmi 650 manat ödəniş etmişdir. Hazırda o, borcundan 100 manat ödəmiş, 05 fevral 2025-ci il tarixədək 100 manat, qalıq borcunu isə hər ay 150 manat olmaqla hissə-hissə ödəməyi barədə tələbkarla razılıq əldə etmişdir. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə1 ərizə verərək izahatında bildirdi ki, Şəxs hazırda borcundan 100 manat ödəniş etmişdir. 04 fevral 2025-ci il tarixədək 100 manat, hər ayın əvvəlində isə borcundan 150 manat olmaqla ödəməsi barədə onunla razılığa gəlmişlər. Məhkəmədən borclunun barəsində olan hazırki inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-1286/2023 saylı icra sənədinə əsasən Şəxs 5476.24 manat kredit borcu tutularaq tələbkar "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Həmçinin Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)- 1282/2023 saylı icra sənədinə əsasən Şəxs 604.29 manat kredit borcu tutularaq tələbkar "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Həmin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunun tam şəkildə ödənilməsi üçün xəbardarlıq edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, borclu protokol tərtib edildikdən sonra cəmi 100 manat ödəmiş etmişdir. Bundan başqa tələbkarla borclu öz aralarında borcun hissə-hissə olmaqla növbəti aylarda ödənilməsi barədə razılığa gələrək inzibati işə xitam verilməsini xahiş etmişlər. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, tələbkarla aralarında razılığa gəlmişlər və 2025-ci ilin fevral ayının 5-nə kimi 100 manat və digər ayların əvvəlində isə 150 manat olmaqla borcundan ödəyəcəkdir. İşdə olan tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş ərizədən görünür ki, borclu Şəxs ilə borcun hissə-hissə ödənilməsi barədə aralarında razılığa gəlmişlər. Şəxs 2025-ci ilin fevral ayının 4-nə kimi 100 manat və digər ayların əvvəlində isə 150 manat olmaqla ödəməsinə etiraz etmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, borclu icra sənədi üzrə borcundən qismən ödənişlər etmiş, tələbkarın nümayəndəsi və borclu öz aralarında borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuş və borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-61/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-61/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver