Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-610/2025 06.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi və Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Göygöl rayonu, Nadel kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Göygöl rayonu, Nadel kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X2 böyük məsləhətçi-müfəttişi Nümayəndə tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə İXMnin 262.1.2-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs Göygöl rayonu Nadel kəndi ərazisindən keçən Qoşqar çayının yatağından su obyektinin istifadəsinə və mühafizəsinə nəzarət orqanı ilə razılaşmış sənəd olmadan xx.xx.2025-ci il tarixdə ekskovator vasitəsilə qanunsuz qazıntı apararaq qumçınqıl balans daşları götürmüşdür. Bununla da, İXM-in 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X2 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, 17 dekabr 2025-ci il tarixdə sərəncam əsasında əraziyə baxış keçirilərkən Göygöl rayonu Nadel kəndi ərazisindən keçən Qoşqar çayının mühafizə zonasından və yatağından traktor vasitəsilə qum-çınqıl balans daşlarının qazılaraq götürülməsi aşkar edilmişdir. Araşdırma zamanı həmin işlərin Şəxs tərəfindən edilməsi məlum olmuş və onun barəsində sənədlər toplanılaraq protokol tərtib edilmişdir. İnzibati protokol su obyektinin tutulmasına görə tərtib edilmişdir. Qazıntı işləri su mühafizə zonasında və su yatağında olmuşdur. Su qanunvericiliyinin tələbləri pozulmuşdur. Çınqıl çıxarılarkən su obyektinin təbii vəziyyətini korlamışdır. Su obyekti müvəqqəti olaraq üç-dörd saat tutularaq qazıntı işləri aparılmışdır. Həmin yerdən iki maşın çınqıl götürülmüşdür. Sonra isə gətirib yerinə qaytarmış və ərazini düzləşdirmişdir. Həmin qazıntı işləri çayın yatağında edilmişdir. Bu səbəbdən hesab edirik ki, su obyektlərinin özbaşına tutulmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşə materiallarına əlavə olunmuş Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X2 böyük məsləhətçi-müfəttişi Nümayəndə tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Göygöl rayonu Nadel kəndi ərazisindən keçən Qoşqar çayının yatağından su obyektinin istifadəsinə və mühafizəsinə nəzarət orqanı ilə razılaşmış sənəd olmadan xx.xx.2025-ci il tarixdə ekskovator vasitəsilə qanunsuz qazıntı apararaq qum-çınqıl balans daşları götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli 0021 saylı sərəncamı əsasında keçirilən nəzarət tədbirləri zamanı Göygöl rayonu Nadel kəndi ərazisindən keçən Qoşqar çayının yatağı ekskovator vasitəsilə qazılaraq xammal götürülməsi halı aşkar edilmişdir. Araşdırma zamanı Qoşqar çayının yatağından xammal götürülməsi halı Göygöl rayonu Nadel kəndində yaşayan Şəxs tərəfindən həyata keçirilməsi, həmçinin Şəxs idarə etdiyi ekskovator vasitəsilə aparılmış qazıntı işləri nəticəsində əldə edilmiş çınqıl-balans daşlarının, Səbuhi Məmmədovun idarə etdiyi “ZİL” markalı nəqliyyat vasitəsilə sözügedən ərazidən daşındığı məlum olmuşdur. Məsələ ilə bağlı Şəxs və Səbuhi Məmmədovun izahatı alınmışdır. Şəxs izahatında bildirmişdir ki, yaşadığı fərdi yaşayış evinin həyətində saxlanılmış qohumu Faiq adlı şəxsə məxsus olan ekskovatoru götürüb Qoşqar çayının yatağından öz fərdi yaşayış evinin tikintisi üçün çınqıl-balans yığdığını və topladığı materialı Məmmədov Səbuhinin idarə etdiyi “ZİL” markalı nəqliyyat vasitəsilə ərazidən daşınmasını bildirmişdir. Şəxs izahatında topladığı çınqıl-balansın daşınması üçün X11 çayının yatağına özü tərəfindən çağırıldığını bildirmişdir. Ekskovator vasitəsilə toplanmış çınqıl-balansın ərazidən daşınması üçün Qoşqar çayının yatağına dəvət edilmiş “ZİL” markalı nəqliyyat vasitəsinin sürücüsü izahatında sözügedən əraziyə Şəxs dəvəti ilə gəldiyini və özünə məxsus olan nəqliyyat vasitəsi ilə çayın yatağından qazılaraq toplanmış çınqıl-balansı Şəxs evinə aparmasını, bunun qarşılığında 15 manat məbləğində pul alacağını bildirmişdir. Şəxs Qoşqar çayının yatağından çınqıl-balansın toplanması üçün istifadə etdiyi ekskovatorun sənədləri tələb olunsada, o ekskovatorun sənədlərinin mövcud olmamasını bildirmişdir. Beləliklə Qoşqar çayının yatağından su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət orqanından icazə sənədləri almadan qazıntı işləri aparılıb çınqıl balans götürülməsi nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinin su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 22-ci bəndinin 5-ci abzasının, həmçinin Yerin Təki haqqında Azərbaycan Respublikası Qanununun 10-cu, 27-ci və 46-cı maddələrinin tələbləri pozulmuşdur. Akta Şəxs və S.Məmmədovun izahatları və ərazidə çəkilmiş fotoşəkillər əlavə olunur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 262.1.2ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Yerin Təki haqqında Azərbaycan Respublikası Qanununun 10-cü maddəsinə görə Yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlərin texniki layihəsi və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlandıqdan, ona müəyyən olunmuş qaydada dövlət ekspertizasının müsbət rəyi alındıqdan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırıldıqdan sonra dağ-mədən ayırmasının dəqiqləşdirilmiş hüdudlarını müəyyənləşdirən sənədlər (sahənin hüdudlarının koordinatlar cədvəli, planı və səciyyəvi kəsilişlər) dağ-mədən ayırması statusuna daxil edilir və onun ayrılmaz tərkib hissəsi sayılır. Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinə geoloji və hidrogeoloji əsaslandırma məlumatları da əlavə edilməlidir. Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. Bu sahədə fəaliyyət zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. Bu sahədə fəaliyyətə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur. Geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə dağ-mədən ayırması statusunun verilməsi tələb olunmur. Bu sahələrə bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geoloji ayırma statusu verilir. Geoloji öyrənilmə üçün verilən yer təki sahəsinin hüdudları daxilində, eyni zamanda yer təkinin bir neçə istifadəçisi müəyyən olunmuş qaydada iş apara bilər. Onların qarşılıqlı münasibətləri yerin təki istifadəyə verilərkən xüsusi razılıqda müəyyən edilir. Dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin qanunun 27-ci maddəsinə görə Yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlər dövlət uçotuna və dövlət qeydiyyatına alınır. Dövlət uçotu və dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vahid sistem üzrə aparılır. Dövlət qeydiyyatı olmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır. Həmin qanunun 46-cı maddəsinə görə Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar: yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa; yerin təkindən özbaşına istifadə edilərsə; yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa; yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə; geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa; faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa; yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə; yeraltı suların müşahidə quyuları, markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə; yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa; ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə; yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə; yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və xüsusi razılıq və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməzsə. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, su obyektlərinin özbaşına tutulması və istifadə edilməsi müəyyən edilsin. İş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Göygöl rayonu Nadel kəndi ərazisindən keçən Qoşqar çayının yatağından ekskovator vasitəsilə iki maşın qum-çınqıl balans daşları götürmüş, sonra həmin torpağı qaytarıb yerinə qoymaqla əvvəlki vəziyyətə qaytarmışdır. Lakin, inzibati orqan tərəfindən onun barəsində inzibati protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə, yəni su obyektlərinin özbaşına tutulması kimi qiymətləndirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə inzibati icraat başlamaq səlahiyyəti Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı X3 aid edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Şəxs əməlində İXM-nin 262.1.2-ci maddəsi ilə inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-610/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-610/2025
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver