Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-619/2025 22.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X11 Xidmətinin 10 saylı X3 nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və nümayəndəsi (qardaşı) Nümayəndə3 iştirakları ilə, xx.xx.1994–cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X11 Xidmətinin 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X11 Xidmətinin 10 saylı X3 böyük məsləhətçi-müfəttişi Nümayəndə1 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə İXMnin 264.0.3-cü maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Göygöl rayonu Üçtəpə kəndi ərazisindən keçən Xanarx kanalının mühafizə zonasında Şəxs tərəfindən xx.xx.2025-ci il tarixədək su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan qanunsuz tikinti işləri aparılmışdır. Bununla da, İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X11 Xidmətinin 10 saylı X3 nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, X18 İstismarı İdarəsi tərəfindən daxil olmuş məktub əsasında əraziyə baxış keçirilmişdir. Hansı ki həmin məktubda mövzu ondan ibarət olmuşdur ki, Xanarx kanalının mühafizə zonasında heç bir mühafizə qaydaları tələb olunmadan tikinti işlərinin aparılması olmuşdur. Araşdırma aparılmış və müəyyən edilmişdir ki, onlar aşkar edilən zaman tikintinin dam örtüyü olmamış, xarici divarları isə 3 mişar daşı hündürlüyündə aparılmışdır. Tikinti aparan şəxs tapılmış və özünə də izah edilmişdir ki, kanalın mühafizə zonası 5 metr təşkil edir. Ümumi məsələ ondan ibarətdir ki, kanalın mühafizə zonasını pozmaqla yaxın formada tikinti aparılanda balans verici orqan təmizləmə və qəza işləri zamanı öz funksiyasını yerinə yetirə bilmir. Həmçinin suyun səviyyəsi qalxarsa tikinti aparn şəxsin əmlakına da ziyan vurur. Əlavə olaraq bildirdi ki, Xanarxı kanalı uzun müddətdir çəkilib. Həmin küçədə su kanalının mühafizə zonasında başqa köhnə tikililər vardır. Afina adlı xanım öz mülkiyyətində olan torpaqda tikinti işi aparsa da əvvəlcə onun barəsində tərtib olunmuş protokol əsasında cərimə edilmişdir. Şəxs öz mülkiyyətində olan torpaq sahəsinin ətrafında hasar çəkə bilməz ən azı mühafizə zonası gözlənilməlidir. 56 saylı qərarda göstərilmişdir ki 5 metr mühafizə zonasında tikinti işi aparıla bilməz. Eyni zamanda foto şəkillərdən də görünür ki, evin hasarı tam çəkilib 0 metr mühafizə zonası, 1.40 metrdən sonra isə evin başqa bir divarı başlayır və mühafizə zonası gözlənilməyib. Torpaq sahəsi 70 kvm təşkil edir. Şəxs mülkiyyətində olan torpağında 5 metr mühafizə zonasını gözləməli idi. Protokolu tərtib etmişlər və hazırda protokolun təmin edilməsini istəyirlər. Çünki tikinti işləri hər hansı bir icazə sənədi alınmadan aparılmış, memarlıqdan belə icazə verilməmişdir. Kanal X22 İsitismarı İdarəsinin balansındadır və onlardan da 5 metr mühafizə zonasının gözlənilməklə tikinti işlərinin aparılması bildirilmişdir. Hal-hazırda da 56 saylı qərarın tələbi pozulmuş və buna əsasında protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inizbati xəta haqqında iş üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o öz sənədinə əsasən tikintisini aparmış və heç bir qeyri-qanuni iş görməmişdir. Protokol tərtib etmiş orqanının məhkəməyə verə biləcəyi şəxs o deyildir. Belə ki, o torpağı ona dövlət satmışdır və protokol tərtib etmiş orqan icra hakimiyyətini məhkəməyə verməlidir. Onun torpağı 70 kvm-dir və o tikintini həmin ərazidə aparmış və həmin ərazidən kənara çıxmamışdır. Əlavə olaraq bildirdi ki, onun tikinti üçün icazəsi vardır. Tikintini öz torpağında aparmışdır və icra hakimiyyətindən razılıq almışdır. Layihəni icra hakimiyyətinə təqdim etmişdir. O qeyri qanuni heç bir iş görməmişdir. Bu səbəbdən məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi (qardaşı) Nümayəndə3 izahatında göstərdi ki, onlar elektron portala həmin layihəni vurmuşlar və tikintini qeyd olunan layihə ilə tikmişlər. Onların video görüntüləri vardır ki, onlardan başqa həmin kanal boyu heç kəs 5 m yer saxlamadan boyaboy tikinti işləri aparmışlar. Onlardan sonra hansı ki bir ay sonra tikintiyə başlayan insanlar vardır. Onların sağ və solu həmçinin kanal boyu ərazidə tikintilər vardır. Əlavə olaraq bildirdi ki, onların tikintisi ilə kanal arasında 2.40 m məsafə vardır sadəcə olaraq tək qat kubiklə evin pəncərəsinin görülməməsi üçün zaborlanmışdır. İsmayıl Əvəzovun icazə kağızı vardır. Həmin kanalın üzərində onlardan başqa şəxslərin evləri vardır. Onlar 2025-ci ilin iyun ayında hasar çəkmişlər. Evin eni 6 metrdir. Onlar elektron portal vasitəsi ilə tikdikləri layihəni vurmuşlar və onu çağıraraq İsmayılla razılaşmasını istəmişlər. Konsititusiya ilə mülkiyyət hüququ toxunulmazdır və onlar öz mülkiyyətində olan torpaqda tikinti aparmışlar. Hər kəsə məlumdur ki, Konsititusiya qanunları nazirlər kabinetinin qərarlarından alidir. Bu səbəbdən məhkəmədən Konsititusiya qanunlarına uyğun olaraq ədalətli qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su X8 Su Meliorasiya Xidməti X23 X22 Sistemlərinin İstismarı İdarəsi tərəfindən Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X15 Xidməti 10 saylı X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-2-25/2- 367/2025 saylı məktubdan görünür ki, 18 sentyabr 2025-ci il 3-53-1-10/2-360/2025 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, X22 Sistemlərinin İstismarı İdarəsinin balansında 1469.30 km uzunluğunda suvarma kanalları mövcuddur. Bu kanalların 620.2 km-i tam yararsızdır və silgiyə dayanıbdır. Bildirmək istəyirlər ki, balansda olan 1-ci dərəcəli Xan arx kanalının ümumi uzunluğu 17.4 km olmaqla suburaxma qabiliyyəti 3.0 m3/saniyədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının 12 nömrəli bəndinə əsasən Xan arx kanalının su mühafizə zonasının minumum eni 5 metr qəbul edilir. Balansda olan Xanlar arxı, Ərəbli arxı, Xan arxnın qolu, Balçılı arxı, Bəhrambağ arxı, Ortalıq arxı, Şahsevən arxı, Molla Osman arxı, Yazın düzü arxları ümumi uzunluqları 157.8 km olmaqla 2-ci dərəcəli kanallardır və onların suburaxma qabiliyyəti 2m3/saniyə arasında dəyişdiyi üçün su mühafizə zonasının minumum eni 5 metr qəbul edilmişdir. Balansda olan 3-cü dərəcəli kanallar olan Çaylı, R.Məmmədov, Qaryağdı, Qələbə, O.Abbasov, M.Rəsulzadə, Dozular, 8 mart, Kökəltmə, S.Vurğun, Nərimanov, Heyvandarlıq kanallarının bir qismi tam yarasızdır və silgiyə dayanmış, digər kanalların isə ümumi suburaxma qabiliyyəti 1.2m3/saniyə olmaqla, su mühafizə zonasının minumum eni 5 metr-dir. X22 Sistemləri İstismarı İdarəsinin balansında olan Gəncəçayın ümumi uzunuğu 99 km olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının 8 nömrəli bəndinə əsasən mühafizə zonasının minumum eni 200 metr, Qoşqarçayın ümumi uzunluğu 76 km olmaqla mühafizə zonasının minumum eni 200 metr, Kürəkçayın ümumi uzunluğu 186 km olmaqla mühafizə zonasının minumum eni 300 metr qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su X8 Su Meliorasiya Xidməti X23 X22 Sistemlərinin İstismarı İdarəsi tərəfindən Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X15 Xidməti 10 saylı X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-2-25/2- 377/2025 saylı məktubdan görünür ki, aparılmış manitorinq zamanı X22 Sistemlərinin İstismarı İdarəsinin balansında olan Xanarx kanalının Göygöl rayonu Üçtəpə kəndindən keçən hissəsində kanalın mühafizə zolağına düşən ərazidə vətəndaş X10 məxsus olan torpaq sahəsində tikintinin inşa olunduğu müəyyən edilmişdir. Vətəndaşla fərdi qaydada söhbət aparılmış, zəruri sənədlərini təqdim etməsi tələb edilsə də lakin, vətəndaş sənədlərini təqdim etməkdən imtina etmişdir. Vətəndaş Şəxs X22 Sistemlərinin İstismarı İdarəsinin balansında olan Xanarx kanalının Göygöl rayonu Üçtəpə kəndindən keçən hissəsində kanalın mühafizə zolağına düşən ərazidə özünə məxsus olan torpaq sahəsində inşa etdiyi qanunsuz tikinti ilə əlaqədar olaraq məsələyə münasibət bildirilməsi və bu barədə tədbir görülməsi xahiş olunmuşdur. İşə materiallarına əlavə olunmuş Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X11 Xidmətinin 10 saylı X3 böyük məsləhətçi-müfəttişi Nümayəndə1 tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Göygöl rayonu Üçtəpə kəndi ərazisindən keçən Xanarx kanalının mühafizə zonasında Şəxs tərəfindən xx.xx.2025-ci il tarixədək su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan qanunsuz tikinti işləri aparılmışdır. Bununla da, İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 10 saylı X4 26 sentyabr 2025-ci il tarixində X22 Sistemlərinin İstismarı İdarəsindən ünvanlanmış Xanarx kanalının Göygöl rayonu Üçtəpə kəndindən keçən hissəsində kanalın mühafizə zolağına düşən ərazidə vətəndaş X10 məxsus olan torpaq sahəsində tikintinin inşa olunduğu müəyyən edilmişdir məzmunlu və 3-53-2-25/2-377/2025 №-li məktubuna əsasən sözü gedən əraziyə baxış keçirilmiş, baxış zamanı Göygöl rayonu Üçtəpə kəndi ərazisindən keçən və X22 Sistemlərinin İstismarı İdarəsinin balansında olan Xanarx kanalının (Xanarx kanalının mühafizə zonasının Göygöl SMSİİ-dən daxil olmuş 3-53-2- 25/2-367-2025 №-li məktubda 5 m təşkil etdiyi bildirilmişdir) mühafizə zonasında yarım tikilinin inşa edilməsi aşkar edilmişdir. Araşdırma zamanı Göygöl rayon Üçtəpə kənd icra nümayəndəliyindən tikinti işlərini aparan şəxsləri müəyyən etmək üçün əlaqə nömrəsi alınmış (***-***-**-**) əldə edilmiş mobil əlaqə nömrəsi ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və özünü tikinti işlərini aparan şəxsin qardaşı kimi təqdim edən şəxs Sadiq adlı şəxs sözü gedən əraziyə dəvət edilmiş, onun iştirakı ilə əraziyə baxış keçirilmiş, Sadiq adlı şəxs tikinti işlərinin bacısı Şəxs tərəfindən aparıldığını bildirimişdir. Əraziyə tərəflərindən baxış keçirilən zaman tikinti işlərinin aparıldığı torpaq sahəsinin sağ və sol cinahından kanala birləşdirilmiş şəkildə olmaqla 3 (üç) mişar daşı hündürlüyündə hasar çəkildiyi və əlavə olaraq torpaq sahəsinin içərisində tikinti işlərinin aparılması üçün beton bünövrə töküldüyü, həmin bünövrənin Xanarx kanalının mühafizə zonasına düşüdüyü müəyyən olunmuşdur. Məsələ ilə əlaqədar Şəxs qardaşı Sadiq ilə bərabər bölməyə gələrək tikinti aparılan torpaq sahəsinin və öz şəxsiyyətini təsdiq edən sənədləri təsdiq etdi və öz torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi üçün tikinti işlərinin aparıldığını, inşa edilməkdə olan fərdi yaşayış evinin ona məxsus olduğunu bildirmişdir. Şəxs Xanarx kanalının mühafizə zonasında tikinti işlərinin aparılmasına görə su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqan ilə razılaşdırılmış layihə sənədinin təqdim olunması tələb edilsə də o, bu razılaşdırılmış layihə sənədinin alınmadığını bildirmiş, həmçinin Xanarx kanalının mühafizə zonasında tikinti işlərinin aparılması ilə bağlı yazılı izahat verməyəcini bildirmişdir. Beləliklə Xanarx kanalının mühafizə zonasında Şəxs tərəfindənsu obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqan ilə razılaşdırılmış layihə sənədləri olmadan tikinti işlərinin aparılması nəticəsində Azərbaycan Respublikasının Su Məcəlləsinin 82-ci və 103-cü maddələrinin, Su təhcizatı və tullantı suları haqqında AR-nın qanununun 70-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş su mühafizə zonaları onların sahil mühafizə zolaqlarının ölçülməsinin sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının tələblərini pozmuşdur. Akta Göygöl SMİİ-dən daxil olmuş məktub, ərazidən çəkilmiş fotoşəkillər və ərazinin situasiya planı əlavə olunur. Akt 2 nüxsə tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********41 olan çıxarışdan görünür ki, Göygöl rayonu, Üçtəpə kəndi (Yeni qaydalarla: AZ 2016, ünvan 6 ünvanında yerləşən 0,007 ha yaşayış məntəqəsi torpaq sahəsi Şəxs xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 5-47/2-72/2026 saylı sorğuya cavab məktubundan görünür ki, Şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yaşayış məntəqələrinin torpaqlarına aid 70 kv.m torpaq sahəsində elektron portal vasitəsilə Xanarx kanalının 5 metr mühafizə zonası saxlanılaraq 25.1 kv.m bir yaşayış otağının tikintisinə icazə verilmiş və həmin tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli **********41 nömrəli çıxarışına əsasən Şəxs mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir. İş materiallarına əlavə edilmiş Foto şəkillərdən, həmçinin CD-diskdə olan video görüntülərdən görünür ki, Göygöl rayonu Üçtəpə kəndi ərazisindən keçən Xanarx kanalının kənarında çox sayda köhnə və yeni evlər tikilmiş, hətda kanalın üzərində də tikinti aparılmışdır. Həmçinin qeyd olunan görüntülərdə su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının sərhədlərinin müvafiq su qoruyucu nişanlarla müəyyənləşdirilməsi müəyyən edilmir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 264.0.3cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsinə dair Qaydaların 3-cü bəndində göstərilmişdir ki, su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir. Həmin Qaydaların 17-ci bəndinə əsasən su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının sərhədləri su mühafizə zonalarının layihələrində dəqiqləşdirilir. İnzibati orqan tərəfindən məhkəməyə belə layihə təqdim edilməmiş, inzibati xəta haqqında protokol da həmin layihə əsasında tərtib edilməmişdir. Həmin Qaydaların 18-ci bəndinə əsasən su obyektlərinin su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının layihələşdirilməsi üzrə sifarişçi funksiyaları, bu layihələrin müəyyən olunmuş qaydada təsdiq edilməsi, habelə su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının sərhədlərinin yerlərdə müvafiq su qoruyucu nişanlarla müəyyənləşdirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 19-21-ci bəndlərinə əsasən su mühafizə zonalarının layihələşdirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq edilmiş normativmetodik sənədlərə əsasən həyata keçirilir. Su mühafizə zonalarının layihələri tərtib və təsdiq edilənədək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının minimal ölçülərini müəyyən edir, onlar şəhərlərin və digər yaşayış yerlərinin baş planlarına köçürülür. Su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının sərhədlərinin müəyyən edilməsi və onların hüdudlarında istifadə rejiminin təyin edilməsi barədə əhali müəyyən olunmuş qaydada məlumatlandırılır. Həmin Qaydaların 26-cı bəndinə əsasən Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağan qoymur. Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X11 Xidmətinin 10 saylı X6 su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının minimal ölçülərini müəyyən etməsi, onları şəhərlərin və digər yaşayış yerlərinin baş planlarına köçürülməsini təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir. Eyni zamanda su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının sərhədlərinin müəyyən edilməsi və onların hüdudlarında istifadə rejiminin təyin edilməsi barədə əhalini, o cümlədən tikinti aparan şəxsi müəyyən olunmuş qaydada məlumatlandırmasına dair sübutlar da təqdim edilməmişdir. Bütün bunlar müəyyən edilmədən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinə də ziddir. Məhkəmə Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X11 Xidmətinin 10 saylı X3 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında vermiş olduğu izahatında şəxsin öz mülkiyyətində olan torpaq sahəsinin ətrafında hasar çəkə bilməz ən azı mühafizə zonası gözlənilməlidir, 56 saylı qərarda göstərilmişdir ki 5 metr mühafizə zonasında tikinti işi aparıla bilməz kimi söylədikləri barədə dəlillərini əsassız və tərəflərindən tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə xarakterli hesab edərək, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, protokol tərtib etmiş şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, iş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********41 olan çıxarışdan görünür ki, Göygöl rayonu, Üçtəpə kəndi (Yeni qaydalarla: AZ 2016, ünvan 6 ünvanında yerləşən 0,007 ha yaşayış məntəqəsi torpaq sahəsi Şəxs xüsusi mülkiyyətindədir. Həmçinin iş materiallarına əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 5-47/2-72/2026 saylı sorğuya cavab məktubundan görünür ki, Şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yaşayış məntəqələrinin torpaqlarına aid 70 kv.m torpaq sahəsində elektron portal vasitəsilə 25.1 kv.m bir yaşayış otağının tikintisinə icazə verilmiş və həmin tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli **********41 nömrəli çıxarışına əsasən Şəxs mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir. Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni zamanda, Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsində müəyyən edilmişdir ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1.-ci maddəsinə əsasən Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: 11.1.1. layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; 11.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. Həmin Məcəllənin 11.3.-ci maddəsinə əsasən Bu Məcəllənin 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulanlar istisna olmaqla, 11.3.5. tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatı və ya təbiət hadisələrindən (daşqından) qorunmaya təhlükə yaradarsa tikinti niyyətinin həyata keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 79.1.3.-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikintisinə icazə tələb olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən inzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli X17 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Qərarında müəyyən etdiyi hüquqi mövqeyinə görə İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi iş materialları ilə təsdiq edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən inşa edilmiş tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli **********41 nömrəli çıxarışına əsasən Şəxs mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir və tikinti layihəsinə əsasən tikintiyə başlanılması barədə müvafiq icra hakimiyyətindən icazə almışdır. Həmçinin sözügedən xanarxının kənarında olan tikililərdə mühafizə zonasının tələbləri gözlənilməmiş, mühafizə zonalarının və sahil mühafizə zolaqlarının minimal ölçüləri müəyyən edilməmiş, şəhərlərin və digər yaşayış yerlərinin baş planlarına köçürülməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, sözügedən xanarxının su mühafizəsi zonasına aid olacağı halda həmin ərazi xüsusi mülkiyyətə verilə bilməzdi. Lakin qeyd edilən xanarxının kənarı boyunca və üzərində yaşayış evləri tikilmişdir. Bununla da müəyyən edilir ki, sözügedən xanarxının mühafizə zolaqlarının minimal ölçüləri müəyyən edilməmiş, şəhərlərin və digər yaşayış yerlərinin baş planlarına köçürülmiş, mühafizə zonası nəzərdə tutulmamışdır. Şəxs mülkiyyətində olan torpaq sahəsində tikinti və kənarlarının daş hasarla bağlaması qeyd edilən inzibati xətanın törədilməsi olaraq qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Şəxs əməlində İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-619/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-619/2025
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver