Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-63/2025 31.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İİİ qurup əlil, məhkum olunmuş və hazırda barəsində Göygöl RPŞ-də CM-nin 177-ci maddəsi ilə cinayət işinin istintaqı aparılan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Göygöl şəhəri, M.Müşfiq küçəsi, ev 6 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində rayon polis şöbəsinin inzibati binasında ictimai qaydaları pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Göygöl RPŞnin İstintaq Bölməsində Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsi ilə olan cinayət işi üzrə rayon polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsində özünə məxsus şəxsi əşyaları götürərkən, əməliyyat müvəkkillərinin yanında agresivlik nümayiş etdirərək, onlarla mübahisə etmiş və nalayiq ifadələr etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o şüphəli şəxs kimi saxlanılanda üzərində olan remeni və sepi alınmış, daha sonra evə gəlib xx.xx.2025-ci il tarixdə həmin əşyaları götürmək üçün yenidən rayon polis şöbəsinə gəlmiş və 3-cü mərtəbəyə yaxınlaşmış, əşyalarını sakit şəkildə götürmüş, o polis əməkdaşlarına onun şübhəli şəxs qismində saxlanılarkən söyünc söymələrinin düzgün olmamasını bildirmiş, bundan sonra mübahisə çıxmış, polis əməkdaşları ona heç kəsin söymədiyini bildirmiş, o isə söyünc olmasa onun burda nə işi olmasını bildirmişdir. Onun əşyaları götürdüyü polis ona söyməmişdir. Lakin o şüphəli şəxs olarkən saxlanılanda hər hansı polis əməkdaşı tərəfindən varyox söyüncü edildiyindən bu onun şəxsiyyətinə təsir etmişdir. Əlavə olaraq bildirdi ki, o əşyalarını götürərkən orada söyünc olmamışdır. Ona həmin vaxt heç bir söyünc söyülməməsi bildirilmiş, o isə ona söyünc söyüldüyünü bildirmiş və mübahisə yaranmışdır. O orada qışıqırıb söyünc söyməsini xatırlamır. Himayəsində az yaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid ifadəsində bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə axşam radələrində Göygöl RPŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlətmiş, o onu nizam intizama dəvət etsə də Şəxs buna məhəl qoymadan öz qanunsuz hərəkətlərini davam etdirmiş, bundan sonra isə o bununla bağlı raportla müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs öz əşyalarını götürmək üçün Polis Şöbəsinə gəlmişdir. O saxlanılarkən ona söyünc söyüldüyünü bildirmiş, o isə ona söyünc söyülmədiyini bildirərək ona kimin söyüş söyməsini soruşmuş, lakin Şəxs ucadan danışaraq nalayiq söyünclər işlətməyə başlamışdır. O ilk öncə onu nizam intizama dəvət etmiş və ondan əşyalarını götürüb çıxıb getməsini istəmiş, o ilk öncə çıxıb getmək istəmiş lakin sonra geri qaydaraq qanunsuz hərəkətlərinə davam edərək inzibati binada kolidorunda ucadan nalayiq ifadələr işlətmişdir. Bundan sonra onun isə onun tərərfindən Şəxs qanunsuz hərəkətlərinə görə raport tərtib edilmiş və o İTB-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində rayon polis şöbəsinin inzibati binasında ictimai qaydaları pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və İXMnin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 18:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon X2 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-63/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-63/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver