Məhkəmə qərarları › İş №3(066)-66/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-66/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-66/2025 13.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin RMİ-nin vəzifəli şəxsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, atası X1 rayonu Üçtəpə kəndində qeydiyyatda olub, faktiki Gəncə şəhəri Məhsəti (Sevinc) qəsəbəsində yaşayır. Özü Qazaxstan Respublikası vətəndaşıdır. Atasının yanına gəldiyi vaxt Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Gəncə RMİ-nin inspektoru X9 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1ci maddəsi ilə 04 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin RMİ-nin vəzifəli şəxsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilməsi barədə 04 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş 04 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar qanunsuz və əsassız tərtib edilmişdir. Belə ki, atası X5 Azərbaycan Respublikasının vətəndaşı olduğu halda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Gəncə RMİ-si, MN ******* nömrəli qərar qəbul edərək onu 400 manat məbləğində cərimə etmişdir. Qanunvericiliyin tələblərinə əsasən valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşı olduğu təqdirdə həmin şəxsin Azərbaycan ərazi hüdudlarında yaşamaq hüququ vardır. Bundan başqa qanunvericiliyin tələbinə əsasən valideynlərdən biri Azərbaycan vətəndaşı olduğu təqdirdə şəxsin istəyinə əsasən vətəndaşlıq verilir. Vətandaşlıq almaq üçün Asan Xidmət Mərkəzinə müraciət etdikdə atasının ona atalıq vermədiyindən vətəndaşlıq verilə bilməməsini bildirilmişdir. X13 atalığın müəyyən edilməsi barədə müraciət ünvanlamışdır. Müraciəti məqbul hesab edildiyindən və atası Soltan Hünbətov razılıq verdiyindən atalığın müəyyən edilməsi barədə şəhadətnamə əldə etmişdir. Bu səbəbdən ona yazılmış inzibati xəta haqsız yerə olmuşdur. Həmçinin həmin qərar 04 dekabr 2024-cü il tarixdə qəbul edilsədə onun ünvanına cərimənin ödənilməsi barədə rəsmi bildiriş göndərilməmiş və həmin cərimədən xəbərsiz olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs X6 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında dindirilən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə1 bildirdi ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunu və əsaslıdır. Həmçinin qanunvericilikdə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Sikayət vermiş şəxsə qərarın surəti 04 dekabr 2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmiş və bu barədə X6 qərarın surətini alması barədə qeyd yazaraq imza etmiş və qərarda göstərilən cərimə məbləğini ödəmişdir. Lakin, həmin qərardan şikayət vermə müddəti bitdikdən sonra məhkəməyə şikayət etmişdir. Odur ki, şikayətin geri qaytarılmasını və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Gəncə RMİ-nin inspektoru X9 tərəfindən tərtib edilmiş 04 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 şəhəri Sevinc qəsəbəsində 20 mart 2023-cü il tarixdən olma və yaşama hüququ verən sənədlər olmadan yaşamışdır. Bu əməl uzanan inzibati xətaya münasibətdə xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində aşkar edilmişdir. Bu səbəndən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Gəncə RMİ-nin rəisi X10 tərəfindən qəbul edilmiş 04 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 şəhəri Sevinc qəsəbəsində 20 mart 2023-cü il tarixdən olma və yaşama hüququ verən sənədlər olmadan yaşadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə inzibati xəta törətmişdir və həmin maddə ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İşdə olan X6 adından yazılmış qeyddən görünür ki, X6 04 dekabr 2024-cü il tarixdə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1.-ci maddəsinin tələbinə görə, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2.-ci maddəsinə tələbinə görə, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3.-cü maddəsinə tələbinə görə, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. X6 məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərardan şikayət vermə müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, X6 şikayət ərizəsində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini almamasını və ona təyin edilmiş cərimədən məlumatının olmamasını bildirsədə işdə olan əlyazmadan görünür ki, X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini 04 dekabr 2024cü il tarixdə almışdır və həmin qərardan narazı qaldığı halda müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməli olduğu halda şikayət vermə müddətini ötürməklə yəni 60 gün sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh verilməsi barədə qərardan qanunla müəyyən edilmiş müddət ötürülməklə şikayət verilmiş və ötürülmüş müddətin bərpası barədə vəsatət şikayətə əlavə edilməmişdir. Şikayət vermə müddəti bərpa edilmədən verilmiş şikayətə baxılması qeyri mümkündür. Odur ki, şikayət ona əlavə edilməli olan sənədlər əlavə edilmədiyindən, onu vermiş şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106-111, 126, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar