Məhkəmə qərarları › İş №3(066)-67/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-67/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-67/2025 17.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinin 2-ci kurs tələbəsi, məhkum olunmamış, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon Polis Şöbəsinin YNH inspektoru, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Həmin protokolun tərtib edilməsinə əsas kimi, 02 yanvar 2025-ci il tarixdə Şəxs Ramiz oğlu idarə etdiyi “Kia Sorento” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl şəhəri A.Hacıyev küçəsi ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozaraq qarşısında hərəkətdə olan və sola dönmə siqnalını işə salaraq sola dönməkdə olan “VAZ 21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönməsinə diqqət etməyərək idarə etməni itirərək “Kia Sorento” markalı avtomobilin ön sağ hissəsi “VAZ 21011” markalı avtomobilin arxa sol yük hissəsinə dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı “VAZ 21011” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 boyun nahiyyəsinin yumşaq toxumalarının əzniyi, onun idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 sağ gözaltı nahiyyəsinin yarası, arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs4 sağ gözaltı nahiyyəsinin yarası, eləcədə arxa sərnişin oturacağında əyləşmiş digər sərnişin Zərərçəkmiş şəxs3 sol bayır topuq oynağı nahiyyəsinin yumşaq toxumalarının əzniyi xəsarətləri ilə müşayiət edilən yüngül bədən xəsarətləri almışlar. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon Polis Şöbəsinin YNH inspektoru, polis baş leytenantı Nümayəndə ifadəsində göstərdi ki, 02 yanvar 2025-ci il tarixdə, saat 15 radələrində Şəxs idarə etdiyi “Kia Sorento” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl şəhəri A.Hacıyev küçəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “VAZ 21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü geriyə manevr etmək üçün sürətini azaltdıqda Şəxs onunla düzgün ara məsafəsi saxlamadığından həmin avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “VAZ 21011” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, onun idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2, arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs4, eləcədə arxa sərnişin oturacağında əyləşmiş digər sərnişin Zərərçəkmiş şəxs3 yüngül bədən xəsarətləri almışlar. Məhkəmədən inzibati iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 02 yanvar 2025-ci il tarixdə atasına məxsus etibarnamə ilə idarə etdiyi “Kia Sorento” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl şəhəri A.Hacıyev küçəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “VAZ 21011” markalı avtomobil geriyə dönmək üçün manevr edən zaman həmin avtomobillə düzgün ara məsafəsi saxlamadığından onunla toqquşmuşdur. Hadisə zamanı kimin xəsarət almasını bilmir. Zərərçəkənlərə dəymiş ziyan sığorta tərəfindən ödəniləcəkdir. Ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə Göygöl şəhəri Aydın Hacıyev küçəsində Göygöl RMX-na yaxın ərazidə baş vermişdir. Yol asfalt örtükdən ibarət olmaqla hadisə baş verən anda quru vəziyyətdə olmuş, asfalt örtüyünün səthi hamar olduğundan sürücülərin hərəkəti üçün heç bir maneə yoxdur. Avtomobil yolu iki tərəfli hərəkət yoludur. Baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs Ramiz oğlu etibarnamə ilə idarə etdiyi atasına məxsus “Kia Sorento” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl şəhəri A.Hacıyev küçəsi ilə düzünə Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman qarşıdan sola dönmə siqnalını işə salaraq sola dönməkdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə diqqət etməyərək idarə etməni itirmiş və nəticədə “Kia Sorento” markalı avtomobilin ön sağ hissəsi “VAZ 21011” markalı avtomobilin sol arxa hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 7.50 matrdir, tormoz izi yoxdur. Məhkəmə-tibbi ekspertinin xx.xx.2025-cü tarixli 01 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-boyun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2025-cü tarixli 02 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ diz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2025-cü tarixli 08 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ gözaltı nahiyyəsinin yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2025-cü tarixli 09 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol bayır topuq oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 02 yanvar 2025-ci il tarixli, 31/2025 nömrəli aktdan görünür ki, sürücü Şəxs yol nəqliyyat hadisəsi törədən zaman avtomobili ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 02 yanvar 2025-ci il tarixli, 33/2025 nömrəli aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi baş verən zaman avtomobili ayıq vəziyyətdə idarə etmişdir. İşdə olan BD217661 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Şəxs məxsusdur və BC kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən onun tələbə olmasını və heç bir yerdə işləməməsini, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, vurulmuş zərərin ödənilməsi və barışıq olması barədə sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibаti tənbehin təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar