Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-68/2025 28.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi ilə, X1 məhkəmə iclas katibliyi, şikayət vermiş şəxs X3 və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı Nümayəndə iştirakları ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər X9 Şöbəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarla, X5 “VAZ 21074” MİNİK markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Süleyman Rəhimov küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər X9 Şöbəsinin polis mayoru X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inizbati tənbeh vermə haqqında qərarından Göygöl Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində "VAZ-2107" markalı, ** HU *** dövlət nömrə nişanlı minik avtomobili var. O özünə məxsus avtomobili idarə edərkən xx.xx.2025-ci il tarixdə, saat 12:09 radələrində Gəncə şəhəri ərazisində Gəncə şəhər DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılmış və inspektor tərəfindən ona avtomobilə əlavə avadanlıq quraşdırılması bildirilmişdir. O hansı avadanlığın quraşdırılmasını soruşanda inspektor tərəfindən arxa pəncərəyə pərdə çəkildiyini bildirmiş, o qeyd olunan avadanlığın qanunvericiliyin tələbinə uyğun olduğunu bildirmişdir. Buna baxmayaraq qanunsuz və əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilib və qeyd olunan protokol əsasında da inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 150 manat məbləğində cərimə olunmuşdur. Onu da qeyd edir ki, o avtomobilə heç bir əlavə avadanlıq quraşdırmamış, yalnız avtomobilin arxa şüşəsində pərdə olub və buna da qanunvericilik heç bir qadağa qoymayıb. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, 2025-ci ilin yanvar ayının 11-də Gəncə şəhərində olarkən Gəncə şəhər DYPŞ-nin əməkdaşları onun arxasınca gələrək avtomobilini saxlatmışlar. Onun sənədlərinə baxdıqdan sonra ona avtomobilin duracağa aparılmasını bildirmişlər. O nə səbəbə avtomobilinin duracağa aparılmasını soruşduqda ona avtomobilə qadağan edilmiş örtüklər çəkilməsini bildirmişdir. Onun avtomobilin arxa ban şüşəsində pərdə olmuşdur. O həmin vaxt Nazirlər Kabinetinin qərarını onlara bildirərək avtomobilində olan pərdəyə icazənin olmasını bildirmişdir. Sonra ona polis əməkdaşı avtomobilin duracağa getməli olmasını bildirmişdir. O polis əməkdaşına avtomobilində heç bir qayda pozuntusu olmamasını deyib avtomobilində olan pərdəni çıxarmışdır. Bir qədər sonra pərdəni götürüb yol kənarına atmışdır. Həmin vaxt onun barəsində heç bir protokol tərtib edilməmişdir. 23 yanvar 2025-ci ildə ona poçt vasitəsilə bildiriş gəldikdən sonra 150 manat məbləğində cərimə edilməsini bilmişdir. 2017-ci ildən avtomobili alarkən həmin pərdə avtomobildə olmuşdur. Şikayətinin təmin olunmasını və onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı Nümayəndə izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində Gəncə şəhəri Süleyman Rəhimov küçəsində VAZ-21074 markalı avtomobilə qustar üsulla hazırlanmış pərdə olmasına görə saxlamışlar. Həmin vaxt vətəndaşa yaxınlaşaraq pozuntunu aradan qaldırmayacağı halda avtomobilin duracağa aparılacağını bildirmişlər. Bu zaman vətəndaş pozuntunun yerində aradan qaldıracağını bildirdi. Sonra avtomobildə olan pərdəni çıxardıb yolun kənarına tulladı. Onlar vətəndaşa yolu zibilləməməsini, pərdəni götürməsini və barəsində tərtib edilmiş protokola tanış olaraq bir nüsxəsini götürməsini demişlər. Bu zaman vətəndaş protokolla tanış olmağa ehtiyac olmamasını, yazıb göndərmələrini onlara bildirmişdir. Onlar həmin pərdəni küçədən özləri ilə götürüb şöbəyə təhvil vermişlər və üzərinə avtomobilin sahibinə dair məlumatları qeyd etmişlər. Hazırda həmin pərdəni məhkəməyə gətirmişlər və həmin pərdənin kənarları katinka məftil olmaqla avtomobilə bərkidilməsi mümkün olmamaqla qüstar üsulla hazırlanmışdır. İnzibati tənbeh vermə haqqında protokol tərtib edilmiş, vətəndaşa məlumat verildikdən sonra isə qərar qanuna uyğun olaraq qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmamasını, X5 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində 11 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında polis əməkdaşı tərəfindən təqdim edilmiş və üzərində qeyd aparılmış, X3 idarə etdiyi VAZ-21074 markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş bir ədəd pərdədən görünür ki, həmin pərdə zavod istehsalı olmamaqla kənarları dəmir məftildəndir və avtomobilə bərkidilməsi üçün üzərində heç bir əlavə hissəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli qərarının 2.1.4.-ci bəndində göstərilmişdir ki, pərdə – perimetr boyu plastik və ya metal elementə bərkidilmiş parça materiallı aksesuardır. Pərdə yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb-bağlanan da ola bilər Həmin qərarın 3.5.-ci bəndinə əsasən, Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır. Həmin qərarın 3.7-ci bəndində göstərilmişdir ki, avtomobilə örtüklərin çəkilməsi (quraşdırılması) zamanı yol hərəkəti iştirakçılarına xəsarət yetirə və hərəkət üçün təhlükə yarada bilən amillərə yol verilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları və məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X5 idarə etdiyi “VAZ 21074" minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa ban şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkmişdir. Bununla da X5 Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsində göstərilən inzibati xətanı törətmiş, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarla 150 manat inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 İXM-in 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməli və Gəncə şəhər X9 Şöbəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər X9 Şöbəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə olan inzibati tənbeh vermə haqda qərarı qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-68/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-68/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver