Məhkəmə qərarları › İş №3(066)-7/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-7/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-7/2025 21.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə, Zərərçəkmiş şəxs2 və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Goranboy rayonu, Qurbanzadə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Qurbanzadə kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu, Almədədi kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində sürücü Şəxs idarə etdiyi Vaz 2107 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Almədədli kəndi ərazisindən Gəncə-Şəmkir yoluna çıxarkən Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, Gəncə-Şəmkir yolunda üzü Şəmkir istiqamətində əsas yolda hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Opel Astra markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs öz ehtiyatsızlığından yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı arvadı Zərərçəkmiş şəxs2 dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərə vurmaya aid bədən xəsarəti almışdır. Sürcü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, yəni yolayrıcını keçmə qayadalarının pozulması, həmçinin 327.8, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətalarını törətmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə inzibati protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində sürücü Şəxs idarə etdiyi Vaz 2107 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Almədədli kəndi ərazisindən Gəncə-Şəmkir yoluna çıxarkən Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, Gəncə-Şəmkir yolunda üzü Şəmkir istiqamətində əsas yolda hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Opel Astra markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs öz ehtiyatsızlığından yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı arvadı Zərərçəkmiş şəxs2 dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərə vurmaya aid bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, onun maşını köhnə maşın olmaqla, o, hər gün yoldaşı Zərərçəkmiş şəxs2 evdən götürüb işə aparmışdır. Hadisə baş verən günü hava biraz çiskinli olmuş və yola xətalı şəkildə girmişdir, bu səbəblə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə aeroportdan gəlib keçərkən Quşqara yolunda baş vermişdir. Əlavə olaraq bildirdi ki, o quşqara yoldundan kəntdən gəlmişdir. Avtomobildə yoldaşı olmuşdur. Hadisə 18 oktyabr 2024-cü ildə baş vermişdir. Hadisədən sonra vurduğu avtomobili təmir etdirmiş və onunla barışıq əldə etmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobildə olan yoldaşı Zərərçəkmiş şəxs2 hadisə nəticəsində başından yüngül xəsarət almışdır. Hazırda hər iki zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkmədən cərimə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun əridir. Şəxs ilə o səhər 07:30 radələrində işə gedərkən, hava çiskinli olmuş. Aeroport yolunda əsas yola çıxmışlar və həmin əsnada opel markalı avtomobil onlar olduqları avtomobilə dəymişdir. 18 oktyabr 2024-cü ildə baş vermiş həmin hadisə nəticəsində başından müxtəlif xəsarətlər almışdır. Hazırda Şəxs hər hansı şikayəti yoxdur. X2 cərimə cəzası təyin edilməsini və cəza məbləği ilə bağlı güzəşt olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə icalsının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Onunla telefon vasitəsilə zəng əlaqə saxlanılarkən, onun barəsində inzibati icraat aparılan şəxs Şəxs hər hansı şikayət və tələbnin olmamasını yoxdur. İşə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Gəncə-Şəmkir yolunun Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Baxış zamanı təhlükəsizlik kamerasına baxıldı və müəyyən olundu ki, Vaz 2107 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil Göygöl rayonu Almədədli kəndi ərazisindən Gəncə-Şəmkir yoluna çıxarkən Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla həmin yolda üzü Şəmkir istiqamətində əsas yolda hərəkətdə olan Opel Astra markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baxış zamanı müəyyən olundu ki, yolnəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 11.4 metrdir, tormoz izi yoxdur. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülməmişdir. Baxış sutkanın gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş, “Samsung” markalı rəqəmsal fotoaparatla şəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1963-cü ildə Goranboy rayonunda anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayətləri və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş BD112727 seriyalı sürücülük vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək B1,B,C1,C kateqoriaylı nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 630 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində alın nahiyyəsinin yarası, hər iki göz nahiyyəsinin hematoması, burun nahiyyəsinin sıyrığı -bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli qəbzindən görünür X3 ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Zərərçəkmiş şəxs1 barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, qəbul edilmiş qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi və onlara qəbul edilmiş qərardan narazı qaldıqları halda Göygöl rayon prokurorluğuna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış material arxivdə saxlanılması üçün Göygöl RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirərək, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar