Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-70/2025 04.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Qabaqtəpə Ə/D, Pirverdilər kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Xəqani kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232- 1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Göygöl rayonu Xəqani kəndində küçədə keçmiş əri Zərərçəkmiş şəxs döymüşdür. Bununla da onun tərəfindən İXM-in 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Göygöl rayonu Xəqani kəndində küçədə keçmiş əri Zərərçəkmiş şəxs məxsus VAZ-21011 markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobili daşla vuraraq Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da onun tərəfindən İXM-in 232-1-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə protokolların məzmununa uyğun izahat verərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilmir. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında qızını məktəbdən gətirmək üçün gedərkən yolda Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili onun üzərinə sürərək avtomobillə onu vurmaq istəmişdir. O qaçaraq qonşunun darvazasından içəri girmişdir. Sonra o məktəbə gedib çatanadək uşaq məktəbdən çıxmışdır. O qayıdarkən evin yaxınlığında Zərərçəkmiş şəxs onun qarşısını kəsərək nalayiq ifadələr demişdir. O yerdən daş götürüb Anara atarkən Anar əli ilə daşı tutmuşdur. Sonra onun qardaşı Yaşar gələrkən Anar maşınını qardaşının üsdünə sürmüşdür. Yaşar əli ilə Anarı vurmuşdur. O hər dəfə Anara daş atanda Anar daşı əli ilə tutmuş, atdığı daşlar yalnız Anarın maşınına dəymişdir. Maddi imkanı olmadığından cərimə ödəyə bilməyəcəyini nəzərə alaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində uşağı görmək üçün məktəbə getmişdir. Uşağı görəndə ondan çantasını aparmaq üçün verməsini isdəmişdir. O isə lazım olmadığını demişdir. Daha sonra o avtomobilə minərək getmişdir. Yolda Zərintac onun avtomobilini daşlamışdır. Daha sonra Zərintacın qardaşı Yaşar onu nalayiq ifadələrlə təhqir edərək onu əli ilə vurmuşdur. Zərintac onu döyməmişdir. Yalnız daşla onu vurarkən o daşı əli ilə tutmuşdur. Zərintac onun avtomobilinə daşla vurması nəticəsində ona 250 manat məbləğində ziyan dəymişdir. O Şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından onun barəsində İXMnin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən X4 və Şəxs əməlində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən X4 və Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində, nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından göstərilən xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən X4 barəsində İXMnin 157-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti İTB-yə göndərilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Şəxs barəsində İXM- nin 157 və 232- 1-ci maddələri ilə inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti İTB-yə göndərilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən X2 və X3 hadisə vaxtı Zərərçəkmiş şəxs vurmaları öz təsdiqini tapmadığından onlar barəsində cinayət təqibi başlanması rədd edilməsi, qərarın surətinin Göygöl rayon prokurorluğuna və şikayətçilərə göndərilməsi və rədd materialının saxlanılması üçün Göygöl RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı Şəxs atdığı daşlar Zərərçəkmiş şəxs dəyməmiş yalnız onun avtomobilinə dəyərək ona maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə hadisənin sübut kimi yalnız təhqiqatçının cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarını göstərmiş, özü isə heç bir inzibati araşdırma aparmayaraq, tərəflərin izahatlarını belə almamış və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə protokol tərtib etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakteri məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibatidelikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qaişi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin, zərərçəkmiş səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə «cinayət işinin başlanması haqqında» qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki iş üzrə sübut qismində yalnız təhqiqatçının qərarı çıxış etmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs (Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə) bununla bağlı ətraflı araşdırma aparmamış və yalnız təhqiqatçının qərarı əsas götürülərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs vurulmuş ziyanın bir misli məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib vurulmuş ziyanın bir misli miqdarında, yəni 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-70/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-70/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver