Məhkəmə qərarları › İş №3(066)-73/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-73/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-73/2023 12.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Göygöl Rayon Məhkəməsinin 3(066)-73/2023 nömrəli inzibati xəta haqqında iş üzrə çıxarılmış 27 fevral 2023-cü il tarixli qərarının icrasına xitam verilməsinə dair vəsatətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon Polis Şöbəsindən daxil olmuş nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə «VAZ 21063 Minik » markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» qanunun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 40 (qırx) manat miqdarında cərimə olunması barədə EQ 10069967 nömrəli qərar çıxarılmışdır. Lakin, Şəxs barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün İXP ******* nömrəli protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, nəqliyyat vasitələrini idarə etmək hüququnu 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair 27 fevral 2023-cü il tarixli qərar qəbul etmişdir. X1 məhkəməyə vəsatət göndərərək barəsində qəbul edilmiş EQ 10933923 nömrəli inzibati xəta haqqında qərar üzrə yaranmış cəriməni və dəbbə pulunu ödədiyindən Göygöl Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 3(066)-82/2023 nömrəli inzibati xəta haqqında qərarının icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən X1 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək məhkəmənin 27 fevral 2023-cü il tarixli, 3(066)-82/2023 nömrəli inzibati xəta haqqında qərarının icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Şəxs vəsatətini və iş materiallarını nəzərə alaraq hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 3(066)-73/2023 nömrəli inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 27 fevral 2023-cü -ci il tarixli qərarının icrasına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023-ci il tarixdə tərtib olunmuş İXP seriyalı, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə «VAZ 21063 Minik » markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» qanunun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 40 (qırx) manat miqdarında cərimə olunması barədə EQ 10069967 nömrəli qərar çıxarılmışdır. Lakin, Şəxs barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün İXP ******* nömrəli protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir.Vəsatətə əlavə olunmuş ödəniz qəbzindən görünür ki, Şəxs tərəfindən inzibati xəta haqqında EQ 10069967 nömrəli qərar üzrə 64 (altmış dörd) manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.2.5-ci maddəsinin tələbinə görə barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyinə görə Göygöl Rayon Məhkəməsinin 3(066)-73/2023 nömrəli inzibati xəta haqqında iş üzrə çıxarılmış 27 fevral 2023-cü il tarixli qərarın icrasına xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 152.5-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: xx.xx.1996-cı ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl rayonu Topalhəsənli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə təyin olunmuş cəriməni və cəriməyə hesablanmış dəbbə pulunu ödədiyi üçün Göygöl Rayon Məhkəməsinin 3(066)-73/2023 nömrəli inzibati xəta haqqında iş üzrə çıxarılmış 27 fevral 2023-cü il tarixli qərarın icrasına xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar