Məhkəmə qərarları › İş №3(066)-75/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-75/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-75/2025 04.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Gəncə şəhəri, Nizami rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Şəxs barəsində Göygöl RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən tərtib olunmuş 04 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 04 fevral 2025-ci il tarixdə Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xətanın törədilməsi ilə bağlı protokolu tərtib etmiş Nümayəndə məhkəmə iclası zamanı bildirdi ki, 2024-cü ilin avqust ayının 8-də Şəxs Zərərçəkmiş şəxs evinə gedib, onun evinin pəncərələrini qıraraq 1270 (bir min iki yüz yetmiş) manat dəyərində maddi ziyan vurmuşdur. Hazırda Şəxs dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şəxs 2024cü ilin avqust ayının 8-də onların evinin aynalarını sındırmış, evin dam örtüyünü və darvazalarını daşlamışdır. O da şikayət ərizəsi vermişdir. İnzibati xətanı törədən şəxs ona 1270 (bir min iki yüz yetmiş) manat məbləğində ziyan vurmuşdur. Hazırda inzibati xətanı törədən şəxs ona vurmuş olduğu zərəri ödəmişdir, bu səbəbdən Şəxs ilə barışmış, hazırda ona qarşı şikayət və tələbi yoxdur, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə təqsirli bilir. O, 2024cü ilin avqust ayının 8-də əsəbi halda zərəçəkmiş şəxsin qaldığı evə gedərək sözügedən əməli törətmişdir. Hazırda vurduğu zərərin əvəzini ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfində verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödədiyindən onunla barışmışdır, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan Zərərçəkmiş şəxs tərəfində verilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona dəymiş ziyanı tam ödədiyindən ondan heç bir şikayəti və tələbi yoxdur, inzibati işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəyərək zərər çəkmiş şəxslə barışdığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar