Məhkəmə qərarları › İş №3(066)-76/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-76/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-76/2025 05.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Qabaqtəpə Ə/D, Pirverdilər kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Xəqani kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024–cü il tarixdə saat 19 radələrində aralarında yaranmış mübahisə zamanı Göygöl rayonu Xəqani kənd ərazisində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə izahatında bildirdi ki, Şəxs xx.xx.2024–cü il tarixdə saat 19 radələrində aralarında yaranmış mübahisə zamanı Göygöl rayonu Xəqani kənd ərazisində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, bundan sonra tərəfindən xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onu vurmuş bu səbəbdən o da Anarı vurmuşdur. O, Zərərçəkmiş şəxs vurmuşdur. xx.xx.2024-cü il tarixdə axşam o, evdə olan zaman küçədə oynayan azyaşlı uşaqları onun yanına gələrək Anarın bacısı Zərintacla mübahisə etdiyini və maşını Zərintacın üzərinə sürdüyünü demişlər. O, evin qarşısına çıxarkən Anar özünə məxsus olan idarə etdiyi avtomobili onun üzərinə sürmüş və o, kənara çəkilərək avtomobilin sol arxa qapısına bir dəfə təpik vurmuşdur. Bundan sonra Anar avtomobili onların evinin qarşısında saxlayaraq çölə çıxmışdır. O, avtomobildən çölə çıxarkən onlar əlbəyaxa olmuşlar. O Anarı vurmuşdur. Lakin onun özündə heç bir xəsarət olmamışdır. Əlavə olaraq bildirdi ki, hadisə axşam saatlarında təxminən 6-7 radələrində olmuşdur. Anar daim onların evinin qarşısından keçir və söyüb təhqir edir. Daim avtomobili bacısını üzərinə sürür və onun anasına və bacısına nalayiq ifadələr işlədir. Bununla bağlı dəfərlələ tərəflərindən polisə müraciət edilmişdir. Zərərəçəkmiş şəxs olanlarla bağlı onu məcbur etmişdir. Belə ki, Anar onun anasına və bacısına qarşı nalayiq ifadələr işlədir və gələrək onun bacısını narahat edir. CD diskdə olan görüntülərlə bağlı demək istədiyi bir şey yoxdur. Kamera onların evinin kamerasıdır. Ona vaxt verilərsə də zərərçəkmişlə razılığa gələ bilməz. Belə ki, o zərərçəkmiş şəxslə barışmayacaq. Bundan əvvəl zərərəçəkmiş şəxs 50 dəfə onun ailəsini təhqir etmişdir. Məhkəmə ona 10 il iş versə belə o zərərçəkmiş şəxsdən üzr istəyəsi deyil. Zərərçəkmiş şəxs onun bacısı ilə dalaşmaya bilər, lakin maşını daim onun üzərinə sürür. Əməlindən peşimançalığı var, lakin zərərçəkmişdən heç bir üzrxahlığı yoxdur. Zərərçəkmiş şəxs onu dalaşmağa və vurmağa məcbur etmişdir. Odur ki, onun məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs söylədiklərinin hər biri yalandır. Belə ki, zərərçəkmiş şəxsin anası və bacısı onu gördükdə ona nalayiq ifadələr işlədir və o da bu səbəbdən onlara nalayiq ifadələr işlətmişdir. O zərərçəkmiş şəxsin bacısı Zərintacla üç il bir yerdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o, özünə məxsus olan VAZ-21011 markalı **-BA-*** dövlət qeydiyyat nömrəli avtomobillə Göygöl rayon Xəqani kəndində olarkən Zərintac yaşadığı evin qarşısından keçən zaman keçmiş qaynı Şəxs ona məlum olmayan səbəblərdən evdən çölə çıxaraq onun avtomobilinə tərəf qaçmağa başlamışdır. Bu zaman o, dava etməkdən yayınmaq üçün uzaqlaşmaq istədikdə onun avtomobilinin sol arxa qapısına təpiklə vuraraq arxasınca söyüş söymüş və o, buna görə dayanaraq avtomobildən yerə düşmüşdür. Həmin vaxt o Yaşarı vurmamış, lakin Yaşar onun qulağına və başına yumruqla çox sayda vurmuşdur. Hazırda o zərərçəkmiş şəxsi bağışlamamışdır və onlar arasında barışıq əldə olunmamışdır. Məhkəmədən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs səhfini anlaması üçün vaxt verilməsini istədiyini, daha sonra isə məhkəmədən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs həbs edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş CD diskdə olan video görüntülərdən Zərərçəkmiş şəxs VAZ-21011 markalı **-BA-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs evdən çıxaraq avtomobilə tərəf yaxınlaşaraq onun qarşısına çıxması, avtomobil onun yanından keçərkən Şəxs Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə təpiklə vurması, bundan sonra Zərərçəkmiş şəxs avtomobili saxlaması və Şəxs onun üzərinə gedərək Zərərçəkmiş şəxs baş və bədənin müxtəlif nahiyyələrinə yumruqla vurması müəyyən olunur. İnzibati xəta haqqında protokola əlavə olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025–ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Şəxs və X1 əməlində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Şəxs və X1 əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində, nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından göstərilən xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti İTB-yə göndərilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən X1 barəsində İXM- nin 157 və 232-1ci maddələri ilə inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti İTB-yə göndərilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən X3 və X4 hadisə vaxtı Zərərçəkmiş şəxs vurmaları öz təsdiqini tapmadığından onlar barəsində cinayət təqibi başlanması rədd edilməsi, qərarın surətinin Göygöl rayon prokurorluğuna və şikayətçilərə göndərilməsi və rədd materialının saxlanılması üçün Göygöl RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 575 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol qulaq sırğalığının səthi yarası - bərk küt aşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakterlidir, inzibati material üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən inzibati xəta haqda material üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini və onun yaşını, maddi vəziyyətini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamasını və inzibati xətanı digər şəxslərin və azyaşlı uşaqların gözü qarşında törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərаrın icrаsı Göygöl RPŞ-nin X5 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar