Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-78/2025 06.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə, zərərçəkmi şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Xanlar rayonu, Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(066)-414/2023 nömrəli qərarı ilə İXM-nin 510-cu maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilmiş, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Göygöl rayon Topalhəsənli kəndində anası Zərərçəkmiş şəxs söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 22 yanvar 2025-ci il tarixdə sərxoş vəziyyətdə Göygöl rayonu Topalhəsənli kəndində yaşayan anası Zərərçəkmiş şəxs yaşadığı evə gedərək anasını söyüb təhqir etmişdir. Həmin vaxt orda olan şəxslər Eşqini kənarlaşdırmışlar. Daha sonra Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs İXM 510-cu maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əməlindən peşimandır. Anası ilə onun evi 50-60 metr məsafədə yerləşir. Həmin gün qardaşı oğlu ilə qardaşının kürəkəni anasının məhləsində yer əkirdilər. O getmişdir ki, onlara desin işlərini qurtarandan sonra onunda yerini əksinlər. Günorta vaxtı olduğundan yemək yemək üçün evə getmişdir. Evdə spirtli içki qəbul etmişdir. Sonra anası evinə gəlmişdir. İçkili olduğundan özündə olmamış, anasının evində onu nalayiq ifadələrlə təhqir etmişdir. Bir daha belə hallara yol verməyəcəyinə söz verərək anasından onu bağışlamasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2018-ci ildən iki oğlu onu öz evindən qovmuşlar. Daha sonra o məhkəmə qərarı ilə evini geri almışdır. Hər iki oğlunun mülk paylarını vermişdir. Torpaq sahəsi və ev bölünmüşdür. Digər oğlunun yoldaşına onun evində yaşamaq hüququ verilmiş o da kompensasiya verməklə onu evindən çıxartmışdır. 7 ildir ki hər iki oğlu onu təhqir edirlər. Dəfələrlə polisə şikayətlər etmişdir. 22 yanvar 2025-ci il tarixdə o fəhlələr gətirərək məhlədə işlətmişdir. Oğlu Şəxsda məhlədə olmuşdur. Eşqində məhlədə işləmişdir. Saat 16 radələrində məhlədə işləyənlər, nəvəsi və oğlunun kürəkəni yemək yeyərkən oğlu Eşqində gəlmişdir. O da oturaraq onlarla yemək yemişdir. Eşqin süfrədə oturarkən “bura mənim dədəmin evidi mən kimi istəsəm burdan çıxardaram” demişdir. Həmin vaxt o atasının rəhmətə getməsini evin varisi özü olmasını bildirmişdir. Eşqin onu vurmaq isdəyərkən orda olan kürəkəni və nəvəsi Eşqinin qolundan tutaraq çölə aparmışlar. Daha sonra Eşqin nalayiq ifadələrlə onu söyüb təhqir etmişdir. Eşqin dəfələrlə sərxoş halda onu nalayiq ifadələrlə təhqir etmişdir. Şəxs bağışlamır o, əvvəl inzibati cərimə edildiyindən onun həbs edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3(066)-414/2023 nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və zərərçəkmişin ifadələri və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs törətdiyi inzibаti xətаnın xаrаkterini nəzərə аlаrаq məhkəmə hesаb edir ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Оdur ki, məhkəmə törədilmiş inzibаti xətаnın xаrаkterini, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxsin şəxsiyyətini, onun əvvəllərdə dəfələrlə inzibati tənbeh edilməsini və işin digər hаllаrını nəzərə аlаrаq Şəxs оğlunun Аzərbаycаn Respublikаsı İXM-in 510-cu mаddəsi ilə təqsirli bilərək həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulan inzibаti həbs növündə tənbeh edilməsini məqsədə müvаfiq hesаb edir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməlidır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl RPŞ-nin X2 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-78/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-78/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver