Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-79/2025 04.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi ilə, X3 məhkəmə iclas katibliyi, şikayət vermiş şəxs X1 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 25872556 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25872556 nömrəli inzibati xəta haqqında qərarla, X2 “MERCEDES BENZ VİTO” MİNİK markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 279 km-də 02 fevral 2025-ci il tarixdə, saat 18:22-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25872556 nömrəli inizbati tənbeh vermə haqqında qərarından Göygöl Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş X7 İdarəsinin radar cihazı vasitəsi ilə 02 fevral 2025-ci il tarixli EQ/25872556 saylı 50 manat cərimə olunmağıma dair qərarından narazıdır və həmin qərardan məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət vermişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, həmin 02 fevral 2025-ci il tarixli EQ/25872556 saylı qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə onun barəsində tətbiq olunmasına baxmayaraq, həmin qərar qanunsuzdur və ləğv olunmalıdır. 02 fevral 2025-ci il tarixli EQ 25872556 saylı protokol əsasızdır, ona görə ki, həmin tarixdə həmin ərazidən o keçərkən yol nişanında həmin ərazidə olan radarda yuxarı sürət saatda 90 km müəyyən edilmişdir və o da 90 km sürət həddini aşmamışdır. Bununla bağlı ərazinin foto şəkilini çəkib məhkəmə iclasında təqdim edə bilər və həqiqətən yol nişanında göstərilən sürət həddindən artıq sürət həddini aşmaması görünər. Əksinə aşağı sürətlə hərəkət etdiyi halda ona inzibati xətta haqqında qanunsuz olaraq, protokol tərtib edərək cərimə olunmasına dair qərar qəbul edilmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta hadisəsi yoxdur və inzibati xəta hadisəsi və əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında icraata xitam verilməli və inzibati xəta haqqında qərar dəğv olunmalıdır. Bir halda ki, o, M 2 E 60, AH5 Bakı-Ələt-Qazax-Giilüstan yolu 279 km sürət həddi saat 90 km sürət olan yerdən 86 km sürətlə keçmişsə ona inzibati xəta haqqında cərimə yazıla bilməz. Həmin protokol texniki cəhətdən səhv yazılmışdır və ya həmin radarın texniki avadanlığında nasazlıq olmuşdur. Ona görə də həmin texniki vasitə olan radarın texniki cəhətdən saz və yaxud da nasaz olmasına dair mütəxəssis rəyi alınması və işə əlavə edilməsi barədə vəsatət verir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin ona məxsus olan MERCEDES BENZ VİTO MİNİK markalı ** CJ *** dövlət nömrə nişanlı avtobilinə və ona dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə yazılmış, EQ 25872556 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun və qərarın, inzibati xəta hadisəsi olmadığına görə və inzibati xəta törətmədiyinə görə, əməlimdə inzibati xəta tərkibi olmadığına görə həmin inzibati xəta üzrə qəbul olunmuş qərarın tamamilə ləğv edilib və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını və onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin nümayəmdəsi, 8-ci tağımının Yol-Patrul Xidməti inspektoru Nümayəndə izahatında bildirdi ki, X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Mercedes-Benz” Vito Minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60km müəyyən edilmiş sürət həddini aşdığından barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Avtomobilin sürəti patrul avtomobilində olan xüsusi texniki vasitə ilə ölçülmüşdür. Həmin texniki vasitə özü kilometrajı və sürəti tənzimləyir ona müdaxilə etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmamasını, X2 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25872556 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 328.2ci maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarda olan foto görüntülərdən görünür ki, X2 idarə etdiyi MERCEDES BENZ VİTO MİNİK markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 279 km-də ərazidəki sürət limiti saatda 60 km olmasına baxmayaraq N.Niftəliyevin idarə etdiyi avtomobilin faktiki sürəti 86 km olmuşdur. İşdə olan videogörüntüyə və foto şəkillərə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilən zaman məlum olmuşdur ki, inzibati xətanın törədildiyi ərazi Bakı-Ələt- Qazax-Gürcüstan yolunun 280-ci kilometrliyidir və ərazidə sürət həddi 60 kmdir. Niyaməddin Niftəliyev həmin ərazidə sürət həddini aşaraq avtomobilini 86 km sürətlə idarə etmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərarda xətanın yeri Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 279-cu kilometrliyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X2 idarə etdiyi MERCEDES BENZ VİTO MİNİK markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 280-ci kilometrliyində müəyyən edilmiş hərəkət sürətini 26 km/saat həddində aşaraq Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində göstərilən inzibati xətanı törətmiş, xx.xx.2025–ci il tarixli EQ 25872556 saylı inzibati xəta haqqında iş üzrə qərarla 50 manat inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar xüsusi texniki vasitələrin köməyi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 İXM-in 328.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməli və DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25872556 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytinantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25872556 saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-79/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-79/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver