Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-8/2025 22.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Balçılı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixə sürücü Şəxs idarə etdiyi Vaz 21065 minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Balçılı kəndi ərazisində üzü Göygöl şəhəri istiqamətində hərəkətdə olarkən manevr qaydalarını pozaraq yol kənarında olan ağaca dəyməklə yol nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs öz ehtiyatsızlığından yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərə vurmaya aid bədən xəsarəti almışdır. Sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, yəni manevr etmə qaydalarının pozulması, həmçinin 327.8, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətalarını törətmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə inzibati protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixə saat 17 radələrində sürücü Şəxs idarə etdiyi Vaz 21065 minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Balçılı kəndi ərazisində üzü Göygöl şəhəri istiqamətində hərəkətdə olarkən manevr qaydalarını pozaraq yol kənarında olan ağaca dəyməklə yol nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs öz ehtiyatsızlığından yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərə vurmaya aid bədən xəsarəti almışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Göygöl rayonu Balçılı kəndində özünə məxsus “Vaz-21065” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini ağaca çırpmışdır. Əlavə olaraq bildirdi ki, idarə etdiyi avtomobil ona məxsus olmuşdur. O, hadisə vaxtı sərxoş olmamışdır. Hadisə xx.xx.2024-cü il tarixdə, saat 5-6 aralığında baş vermişdir. Hadisə Göygöl rayonu Balçılı kəndinin içərisində olmuş və həmin vaxt avtomobildə özündən başqa sadəcə Zərərçəkmiş şəxs olmuşdur. O əvvəllər inzibati və cinayət məsuliyyətinə cəlb olunmamışdır. Özü son vaxtlar ümumiyyətlə inzibati xəta törətməmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü ildə baş vermiş hadisə ilə bağlı heç nəyi xatırlamır, sadəcə həmkəndlisi Şəxs avtomobilində əyləşdiyini xatırlayır. O, Şəxs ilə yaxındır. Hadisə olan günü Şəxs ilə hara getdiklərini, harada qəza etdiklərini xatırlamaır. Zərərçəkmiş şəxs Şəxs sarımtıl rəngdə 06 markalı avtomobili var. Şəxs hadisə vaxtı sərxoş olmamışdır. Hadisə zamanı yüngül xəsarət almış, başında və boynunda kiçik cızıqlar olmuşdur. Hadisə ilə bağlı Şəxs şikayətçi deyil. Baş vermiş hadisədən sonra Gəncə Özəldə 5-6 gün müddətinə müalicə almış, hazırda özünü yaxşı hiss edir, barəsində icraat aparılan şəxslə bağlı hər hansı şikayət və tələb yoxdur. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Göygöl-Balçılı yolunun Göygöl ravonu Balçılı kəndi ərazisində yolda baş vermişdir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun örtüyü asfalt örtükdən ibarət olmaqla hadisə baş verən anda quru vəziyyətdə olmuş, avtomobil yolunun asfalt örtüyünün səthi hamar olduğundan sürücülərin hərəkəti üçün heç bir maneə yoxdur. Avtomobil yolu iki tərəfli hərəkət yoludur. Hadisə baş vermiş yer yaşayıs sahəsinə aiddir. Baxış zamanı müəyyən olundu ki, sürücü Şəxs idarə etdiyi Vaz 21065 minik markalı markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl-Balçılı yolunun Göygöl rayonu Balçılı kəndindən keçən hissəsində Göygöl şəhəri istiqamətində hərəkətdə olarkən manevr qaydalanı pozaraq yol kənarında olan ağaca dəyməklə yol nəqliyyat hadisəsi törətmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 8.4 metrdir, tormoz izi yoxdur. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülmədi. Baxış sutkanın gecə vaxtı, süni işıqlandırma şəraitində keçirildi. "Samsung" markalı rəqəmsal fotoaparatla şəkillər çəkildi, hadisə yerinin sxemi tərtib edilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1996-cı ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, onun Şəxs heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş BD 116704 seriyalı sürücülük vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək B1,B,C1,C kateqoriaylı nəqliyyat vasitələrinin idarə edilməsi hüququ verilmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 675 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi -bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən maraqlı şəxslərə dəymiş maddi ziyanla bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməsi və onlara qəbul edilmiş qərardan narazı qaldıqları halda Göygöl royon prokurorluğuna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış materialın arxivdə saxlanılması üçün Göygöl RPŞnin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirdərək, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-8/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-8/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver