Məhkəmə qərarları › İş №3(066)-80/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-80/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-80/2025 11.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1, tələbkarlar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göygöl Rayon Məhkəməsinin 3(066)-102/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı mаddəsi ilə təqsirli bilininib, 350 (üç yüz əlli) manat məbləğində inzibаti cərimə edilən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-478/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 180 (bir yüz səksən) manat pul alınıb Zərərçəkmiş şəxs2 verilməlidir. İcra sənədi 09 iyun 2021-ci il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmçinin Göygöl Rayon Məhkəməsinin 2(066)-872/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 703 (yeddi yüz üç) manat məbləində pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi 06 yanvar 2021-ci il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Borclu Zərərçəkmiş şəxs2 olan borcundan 100 manat ödəniş etmiş 80 manat borcu qalmışdır. "xxxx" MMC-yə olan borcundan isə heç bir ödəniş etməmişdir. Borcluya rəsmi qaydada tələbin kpönüllü icrası barədə bildiriş verilməklə vaxt verilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, Rusiyada olmuş 2022-ci ildə qayıtmışdır. Maddi imkanı olmadığından ödəniş edə bilməmişdir, aylıq 50 manat olmaqla ödəniş edə bilər. Protokolun təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında dindirilən tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, borcun tam şəkildə ödənilməsini tələb edir. Borcun hissə-hissə ödənilməsinə razı deyil. Belə ki, borclu beş il müddətində borcundan heç bir ödəniş etməmişdir. Hissəhissə ödəmək fikri olsaydı bu müddət ərzində ödənişlər edərdi. Ona dəfələrlə məlumat verilməsinə baxmayaraq borcunu ödəməmişdir. Borcun tam şəkildə ödənilməsini isdəyir, əks halda onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək bildirdi ki, tələbkar olduğu icra sənədinin icrası ilə bağlı Şəxs ona borclu olduğu 80 manat pulu bağışlayır və həmin pulun ödənilməsini isdəmir. Həmin borca görə tərtib edilmiş protokola xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-478/2021 nömrəli, 05 may 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 180 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs2 ödənməlidir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-872/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 703 manat alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-478/2021 nömrəli, 05 may 2021-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 180 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs2 ödənilməli və Göygöl Rayon Məhkəməsinin 2(066)-872/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 703 manat alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəxs 80 manat Vəli Qocayevə 703 manat isə "xxxx" MMC-yə borcu qalmış və borcundan heç bir ödəniş etməyəcəyini bildirmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-478/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2021ci il tarixdə icraat başlanmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-872/2020 nömrəli, 16 noyabr 2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraat başlanmışdır. İşdə olan 2(066)-478/2021 nömrəli, 07.062021-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, tələbkar olduğu məhkəmə qərarının icrası ilə bağlı Şəxs ona olan qalıq 80 manat məbləğindəki borcunu bağışlayır və həmin pulun ona ödənilməsindən imtina edir. Həmin borca görə tərtib edilmiş inzibati protokola xitam verilməsini xahiş edir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-478/2021 nömrəli və 2(066)-872/2020 nömrəli icra sənədləri Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində hər iki icra sənədi üzrə icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs 2(066)-872/2020 saylı icra sənədi üzrə hazırda 703 manat borcu vardır. Borclunun izahatı alınarkən maddi imkanı olmadığından borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:15-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar