Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-86/2025 17.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs Açıq səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, xx.xx.1990-cı ildə Göygöl rayonu, Quşqara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********), Göygöl rayonu Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə4 bildirdi ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 7399,70 manat məbləğində borc və 110 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə, 94 manat məbləğində dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədi 15 mart 2024-cü ildə icraata daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Lakin borclu öhdəliyini tam yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixdə protokol tərtib edilərkən icra sənədi üzrə 6299 manat borc olmuşdur. 13 fevral 2025-ci il tarixdə borcundan 500 manat ödəniş etmiş 5799 manat borc qalmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta ilə bağlı özünü təqsirli bilərək bildirdi ki, barəsində protokol tərtib edildikdən sonra borcundan 500 manat ödəniş etmişdir. Bu günkü tarixdə də 500 manat ödəniş edir. Qalıq borcunu isə 18 aprel 2025-ci il tarixədək ödəməyə söz verərək tələbkarla razılıq əldə etmişdir, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs Açıq səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, hazırda iş üzrə borclu Şəxs ilə aralarında razılığa gəlmişlər, borclu hazırda borcundan 500 manat ödəniş etmiş, qalıq borcunu isə 18 aprel 2025-ci il tarixədək tam şəkildə edəcəyinə dair söz verib. Odur ki, məhkəmədən borclunun barəsində olan hazırkı inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs Açıq səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, hazırda iş üzrə borclu Şəxs ilə aralarında razılığa gəlmişlər, borclu hazırda borcundan 500 manat ödəniş etmiş, qalıq borcunu isə 18 aprel 2025-ci il tarixədək tam şəkildə edəcəyinə dair söz verib. Odur ki, məhkəmədən borclunun barəsində olan hazırkı inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 7399,70 manat məbləğində borc və 110 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə, 94 manat məbləğində dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Tələbkarla borclu öz aralarında borcun ödənilməsi barədə razılığa gələrək inzibati işə xitam verilməsini xahiş etmişlər. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, tələbkarın nümayəndələri ilə aralarında razılığa gəlmişlər. Belə ki, barəsində protokol tərtib edildikdən sonra borcundan 500 manat və bugünkü tarixdədə 500 manat ödəmişdir. Qalıq borcunu isə 18 aprel 2025-ci il tarixədək tam şəkildə ödəyəcəkdir. Odur ki, barəsində olan hazırkı inzibati işə xitam verilməsini xahiş etmişdir. İşdə olan tələbkar Zərərçəkmiş şəxs Açıq səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndələri Nümayəndə3 və Nümayəndə2 tərəfindən verilmiş ərizədən görünür ki, onlar borclu Şəxs ilə razılığa gəlmişlər. Şəxs bu günkü tarixdə borcundan 500 manat ödəniş etmişdir. Qalıq borcunu isə 18 aprel 2025-ci il tarixədək tam şəkildə ödəyəcəyinə söz vermişdir. Odur ki, inzibati işin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, tələbkarın nümayəndələri və borclu öz aralarında borcun ödənilməsi barədə razılıq əldə olunmuş və borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-86/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-86/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver