Məhkəmə qərarları › İş №3(066)-88/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-88/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-88/2025 17.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Göygöl rayonu, Nadel kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Göygöl rayonu, Nadel kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraqməhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Göygöl rayonu, A.Fərzəliyev qəsəbəsində uca səslə nalayiq ifadələr işlətniş, eyni zamanda polisin qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt raport, video-disk və işin digər halları ilə təsdiq edilir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə gecə saat 04 radələrində o əməliyyta-istintaq qurupunun üzvü olarkən DİN-nin 102-xidmətinə müraciət daxil olmuş və onlar müraciət əsasında hadisə olan yerə getmişlər, belə ki X4 DİN-in 102-xidmətinə zəng edərək Natiq adlı şəxsin sərxoş vəziyyətdə bacısı Nərminin işlədiyi “Oba” marketə gələrək mağazanın şüşələrini sındırmasını bildirmişdir. Eyni zamanda E.Əlixanlının bacısı X2 da DİN-nin 102 xidmətinə zəng edərək Natiq adlı şəxsin sərxoş vəziyyətdə onların ünvanına gələrək münaqişə etməsini bildirmişdir. Onlar həmin ünvana getdikdə Şəxs qeyd olunan ünvanda olmasını görüb onunla profilaktiki-izahedici söhbətlər etməyə başlamışlar, həmin vaxt Şəxs hiss oluncaq sərox vəziyyətdə uca səslə küçədə nalayiq ifadələr işlətmişdir. Onu bir neçə dəfə nizam initizama dəvət etsələr də, şəxs sərxoş olduğundan öz qanunsuz əməllərini davam etdirmişdir. Əlavə olaraq bildirdi ki, Marketin şüşələrinin sınıdırılması Quşqara kəndi ərazisində baş vermişdir. Hadisə törədilərkən Şəxs sərxoş vəziyyətdə olmuşdur. Natiqin əməlləri marketə yeni gələn müdirlə bağlı olmuşdur. O, məhkəmədən Şəxs barəsində tərətib edilmiş protokol üzrə İXM-nin hər iki maddəsi üzrə qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Belə ki, o oba marektdə işləmiş, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində və paltarlarını götürərək Rəhman müəllimə işdən çıxmaq istəməsini və işləyə bilməməsini bildirmiş, Rəhman müəllim isə mağazada sayım olmasını onlara kömək etməsini, üç gün onlara kömək etməsini daha sonra isə özünün onu işdən çıxaracağını bildirmişdir. Gecə saat 00:03-də müdiriyyətə zəng edərək evlərinə getmək istəməsini bildirmiş, müdiriyyət getmələrini demişdir. Həmin vaxt Telman dayı onlara hara getmələrini, mağazanı niyə elə qoyub getməsini onun getməyəcəyini, Rəhmana zəng vurub onu işdən çıxaracağını bildirmiş, o isə onsuz onun artıq işdən çıxmış kimi olmasını demiş, həmin vaxt onlar dilləşmiş, bundan sonra o çıxıb getmiş və içib gələrək qeyd olunan hadisəni etmişdir. O içib gəldikdən sonra Telmana zəng vurmuş, ona bayaq onu işdən çıxarmasını bildirməsini, onu nəyə görə işdən çıxarmasını demiş və onu mağazaya çağırmış və iki kəlmə söz deyəcəyini bildirmişdir. Telman isə onu evə çağırmış, o Telmanın evinin yanına getmiş və orada dilləşmişlər. Həmin yerdə o söync söyməmişdir. Əlavə olaraq bildirdi ki, mağazada soyducunun şüşəsini ağacla vuraraq sındırmışdır. Telman mağazanın müdirinin atasıdır. Rəhman məllim onların bölgə müdiridir. O gecə simeni işlədiyi üçün dirənmiş və bu səbəbdən işdən çıxmaq istəmişdir. Təxminən 7 aydır ki, Oba marketdə işləmiş və 400 manat əməkhaqqı almışdır. Davaya səbəb Telmanın dedikləri olmuşdur. Telmanın qızı mağazanın müdiridir. Onlar axşam çıxıb getmək istəyərkən Telman onlara mağazanı belə qoyub getməmələrini bildirmiş o isə onun burada işçi olmamasını qızının bura təzə keçməsini və evində körpə uşağının olmasını bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. O bundan sonra mağazanın yanında olan kafedə yemək yemiş və həmin vaxt balaca ölçülü araq içmiş, bundan sonra kafedən çıxdıqda su almaq üçün marketə girmiş və həmin vaxt Telmana zəng vuraraq, onun Telmana nə etdiyini, müdirdən icazə almasını onu nə səbəb danlamasını soruşmuş və onu mağazaya çağırmış, lakin Telman evinin yanına gəlməsini istəmişdir. O bundan sonra Telmanın evinin yanına getmiş, həmin vaxt Telman səs-küy çıxarmışdır. Polislər onu Telmanın evinin yanından götürmüşdür. O içkili olduğundan etdiklərini bilməmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid hadisə ilə bağlı düz danışdı. Etdiyi əməldən peşimandır. Bir səfdir etmişdir, içkili olduğundan özündə olmamışdır. Məhkəmədən ona cərimə növündə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl rayon polis şöbəsinin TB-nin təhqiqatçısı X5 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-də əməliyyat quruppasında xidmətdə olan zaman, xx.xx.2025-ci il tarixə keçən gecə saat 03 radələrində DİN-dən Natiq adlı şəxsin Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən Oba marketin qarşısında yerləşən soyuducunu sındırması və orada səs-küy yaratması barədə məlumat daxil olmuş, məlumata əsasən əməliyyat qrupu tam tərkibdə qeyd olunan ünvana yaxınlaşılmış, hadisə yerinə gedən zaman Natiq adlı şəxsin orada uca səslə ünvansız nalayiq ifadələr işlədilməsi aşkar edilmiş, dəfələrlə tərəflərindən o nizam-intizama dəvət edilsə də Natiq öz qanunsuz hərəkətlərini davam etdirmiş, bu səbəbdən tərəflərindən saxlanılması üçün Göygöl RPŞ-nə dəvət edilmişdir. Əlavə olaraq bildirdi ki, Natiq onların qanuni tələblərinə tabe olmamışdır. Onlar Natiqi şikayətçi şəxsin evini qarşısında görmüşlər, həmin vaxt Natiq orada ucadan nalayiq ifadələr işlətmiş və söyünc söymüşdür. Natiq həmin vaxt içkili olmuş və Göygöl RPŞ-nin inzibati binasında olarkəndə öz hərəkətlərini davam etdirmişdir. Natiq zorla Göygöl RPŞ-yə gətirilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərdən görünür ki, Şəxs Göygöl RPŞ-nin inzibati binasında olarkən polis əməkdaşlarının ondan özünü təqdim etməsi barədə qanuni tələblərinə riayət etməmiş və narazılıq göstərmiş, həmçinin sərxoşluqla bağlı tibbi yoxlamadan keçirilərkən nalayiq ifadələr işlətməklə narazılıq etmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 06:25-də inzibati qaydada tutulmuş, həmin gün 09:55-də azad edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 586/2025 saylı sərxoşluq vəzyyətinin tibbi müayinəsi haqqında protokoldan görünür ki, Şəxs alkoqol qəbul etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan küçədə işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla, polis əməkdaşının fəaliyyətinə maneçilik yaratmaqla İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hall müəyyən edilməmiş, sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hall kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməməsini, sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hall olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli xx.xx.2025-cü il tаrixdən, saat 12:35-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon X3 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar