Məhkəmə qərarları › İş №3(066)-9/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-9/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-9/2024 17.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X11 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, tələbkar Quliyeva (Mürsəlova) Nişanə Nazir qızının nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Kəlbəcər rayon Yanşaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Kəlbəcər rayon Yanşaq kəndində qeydiyyatda olan və Göygöl rayonu, Bənövşəli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-608/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində almentin cavabdeh Şəxs xx.xx.2020-ci il tarixdən hesablanaraq tutulmaqla X3 ödənilməsi, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək davam etməsi, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-64/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aylıq almentin tutularaq X3 verilməsi, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təyin edilmiş müvəqqəti alimentlə bağlı edilmiş ödənişlərin hazırki qətnamə üzrə ödənişlərin hesablanmasında nəzərə alınması qət edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Protokol tərtib olunan tarixə borclunun 3955 manat borcu yaranmış, borcluya borcunu tam şəkildə ödəməsi üçün vaxt verilməsinə baxmayaraq borcunu tam ödəməmiş, 2024-cü ilin yanvar ayında 100 manat, 2024-cü ilin fevral ayında 100 manat və 2024-cü ilin mart ayında 150 manat ödəniş etmişdir. Hazırda borclunun icra sənədləri üzrə 4375 manat borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində aliment qətnaməsi çıxarılmasından xəbəri var, icra şöbəsində olmuş, aylıq kəsilən aliment həcmi yüksək olduğu üçün ödəyə bilmir. Hazırda heç bir yerdə işləmir və əlavə gəliri yoxdur. Çörək pulu kartı tələbkardadır və ona geri qaytarmamışdır. Hazırda borcundan tam ödəniş etməsi mümkün deyildir, ona borcunun ödənilməsi üçün vaxt verilməsini istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 da Şəxs ilə qeyni məzmunlu izahat verdi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə borcunu ödəməsi üçün əlavə vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Quliyeva (Mürsəlova) Nişanə Nazir qızının nümayəndəsi X10 izahatında bildirdi ki, Şəxs şikayətçidir. Borclu borcunu qərəzli şəkildə ödəmir. O, borcunun tam şəkildə ödənilməsini istəyir, əks təqdirdə borclunun barəsində ağır cəza təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, müdafiəçini və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-608/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində almentin cavabdeh Şəxs xx.xx.2020-ci il tarixdən hesablanaraq tutulmaqla X3 ödənilməsi, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək davam etməsi, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-64/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aylıq almentin tutularaq X3 verilməsi, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təyin edilmiş müvəqqəti alimentlə bağlı edilmiş ödənişlərin hazırki qətnamə üzrə ödənişlərin hesablanmasında nəzərə alınması qət edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş, izahatı alınmışdır. Borclu tərəfindən icra sənədi üzürlü bir səbəb olmadan icra edilməmiş, protokol tərtib olunan tarixə 3955 manat borcu yaranmış, məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq borc tam ödənilməmiş, 2024-cü ilin yanvar ayında 100 manat, 2024-cü ilin fevral ayında 100 manat və 2024-cü ilin mart ayında 150 manat ödəniş etmişdir. Hazırda borclunun icra sənədləri üzrə 4375 manat borcu yaranmışdır. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonraicra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddəticra sənədi üzrə ödənişedilməyərək borcun yaranmasıonu deməyə əsas verir ki, borclununicra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli hüquqlarının faktiki qaydada məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən saat 14:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ-2500 Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Tel: (0222) 5-23-84, Faks: (0222) 5-39-92 www.goygolcourt.gov.az Elektron ünvan İş № 3(066)-9/2024 xx.xx.2024-cü il Göygöl rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən cənab Ruslan Əliyevə Surəti: Şəxs Göygöl rayonu, Bənövşəli kəndi Zərərçəkmiş şəxs Göygöl rayonu, Balçılı kəndi Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, 3(066)-9/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar “ ” səhifə. Hakim: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ-2500Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Tel: (0222) 5-23-84, Faks: (0222) 5-39-92 www.goygolcourt.gov.az Elektron ünvan İş № 3(066)-9/2024 xx.xx.2024-cü il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Şəmşir Kazımova Hörmətli Şəmşir müəllim, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-9/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı Şəxs təqdim edilməsi üçün Sizə göndərilir. Qərar Şəxs təqdim etdikdən sonra məhkəmə qəbzinin Göygöl Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Qoşma: qərar, məhkəmə qəbzi. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar