Məhkəmə qərarları › İş №3(066)-91/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-91/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-91/2025 06.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Vardenis rayonu, Azad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, vətən müharibəsi iştirakçısı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs1 ailə üzvləri Zərərçəkmiş şəxs3 Nuran qızı, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs1 ailə üzvləri Zərərçəkmiş şəxs3 Nuran qızı, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 ilə birlikdə idarə etdiyi VAZ 2107 markalı **-ES-*** d.q.n-lı avtomobil ilə B.Budaqov küçəsi ilə hərəkətdə olan zaman, Ə.Şıxlinski küçəsi ilə hərəkətdə olan Şəxs idarə etdiyi VAZ 210154 markalı **- XJ-*** d.q.n-lı avtomobili ilə gələrək yolayrıcında yəni, Ə.Şıxlinski küçəsi ilə B.Budaqov küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin sol qabaq qapısından vurmuş, nəticədə hər iki avtomobilə maddi zərər dəymişdir. Eyni zamanda Şəxs və sonuncunun oğlu Zərərçəkmiş şəxs2 dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri Zərərçəkmiş şəxs3 Nuran qızı, Zərərçəkmiş şəxs4 ğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa “YÜNGÜL” zərər vurmaya aid edilən bədən xəsarətləri almışlar. Buna görə də İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğundan X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. VAZ 210154 markalı **-XJ-*** d.q.n-lı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.8-ci maddələrinin, yəni yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Vaz 21015 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə Gəncə şəhərindən yaşadığı ünvana doğru hərəkət edən zaman Göygöl şəhəri Əliağa Şıxlinski küçəsində eyni dərəcəli yolların kəsişməsində ehtiyatsızlıqdan yola çıxaraq sağ tərəfdən gələn Vaz 2107 markalı avtomobillə toqquşmuşdur. Avtomobili etibarnamə əsasında idarə etmiş, nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmamışdır. Avtomobilə dəyən zərəri ödəmişdir. Hadisə vaxtı avtomobildə olan 2012-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs2 təhlükəsizlik kəmərini bağlamamış və başı avtomobilin ön şüşəsinə dəyərək yüngül xəsarət almışdır. Həmin qəzada qarşı tərəfdən 5 nəfər xəsarət almışdır. Yol hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurmuş olduğu zərəri ödəmişdir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, evdən çıxıb qayınatası gildən uşaqları götürməyə gedərkən idarə etdiyi “Vaz 2107” minik markalı, **- ES-*** d.q.n-lı nəqliyyat vasitəsi ilə yol kəsişməsinə çatanda Şəxs idarə etdiyi nəqliyyat vasitəsilə onun avtomobilinə vurmuşdur. Yol nəqliyyat hadisəsi dekabr ayının 24-də baş vermişdir. Hadisə olan vaxtı onun avtomobilində yoldaşı, bacısı və uşaqlar olmuşlar. Qəza nəticəsində hər biri yüngül xəsarət almışlar. Avtomobilə dəyən zərər ödənilmiş, səhhətlərinə vurulmuş zərər də ödəniləcəkdir, hazırda inzibati xətanı törətmiş şəxslə bağlı hər hansı şikayəti və ya tələbi yoxdur. Odur ki, inzibati xətanı törətmiş şəxsin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 Nuran qızı izahat verərək bildirdi ki, onlar uşağı götürməyə gedərkən Şəxs yoldaşı idarə etdiyi avtomobili vurmuşdur. Hadisə saat təxmini 8-ə işləmiş baş vermişdir. Səhhətləri ilə bağlı vurulmuş zərər ödənilməmişdir. Hazırda inzibati xətanı törədən şəxslə bağlı hər hansı şikayəti və ya tələbi yoxdur. Odur ki, inzibati xətanı törətmiş şəxsin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 izahat verərək bildirdi ki, o, qardaşı idarə etdiyi avtomobillə uşağı götürməyə gedən zaman Şəxs yan tərəfdən qarşılarına çıxaraq onlar olan avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində yüngül xəsarətlər almışlar. Avtomobildə həmçini qızı Zərərçəkmiş şəxs5 olmuş, qızının başı aynaya dəyərək yüngül xəsarət almışdır. Hazırda inzibati xətanı törətmiş şəxslə bağlı heç bir şikayət və tələbi yoxdur. Odur ki, inzibati xətanı törətmiş şəxsin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş şəxs üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Göygöl rayonu Ə.Şıxlinski küçəsi ilə B.Budaqov küçəsinin kəsişməsində yolayrıcında baş vermişdir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, hadisə zamanı yol quru vəziyyətdə olmuş, avtomobil yolunun asfalt örtüyünün səthi hamar olduğundan sürücülərin hərəkəti üçün heç bir maneə olmamışdır. Avtomobil yolu iki tərəfli hərəkət yoludur. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Baxış zamanı məlum olunmuş ki, sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 2107 markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Budaq Budaqov küçəsi ilə hərəkətdə olan zaman, Əlağa Şıxlinski küçəsi ilə gələn Şəxs idarə etdiyi VAZ 210154 markalı **-XJ-*** d.q.n-lı avtomobili ilə yolayrıcında Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 2107 markalı **-ES- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısından vuraraq yol nəqliyyat hadisəsini törətmişdir. Həmin yol nəqliyyat hadisəsi baş vermiş yolun, yəni Ə.Şıxlinski küçəsində hərəkət hissəsinin eni 9.5 metrdir, B.Budaqov küçəsində olan yolun hərəkət hissəsinin eni 9 metrdir. Avtomobillər yolayrıcında yolun sol hissəsində bardurdan 3 metr məsafədə toqquşaraq nəticədə VAZ 2107 markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında yığılmış sement kisələrinə dəyərək dayanmış, VAZ 210154 markalı **-XJ-*** d.q.n-lı avtomobil isə eyni istiqamətdə VAZ 2107 markalı avtomobilin sol arxa hissəsində dayanmış vəziyyətdədir. Yolda tormoz izi yoxdur. Hər iki avtomobilin qabaq, VAZ 2107 markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sol hissəsi əznik vəziyyətdədir. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz və əşya aşkar edilib götürülməmişdir. Baxış sutkanın qaranlıq vaxtı, suni işıqlandırma şəraitində keçirildi, “Samsung” markalı rəqəmsal fotoaparatla şəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. İşdə olan AA seriyalı ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1985-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş ərizələrdən görünür ki, barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar. O onlara dəymiş zərəri tam olaraq ödəmişdir. Onların barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən inzibati xəta törədənə cəza verilməməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş AC 619954 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək B, C kateqoriaylı nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 731, 732, 735-739 nömrəli ekspert rəylərində qeyd olunmuşdur ki, Şəxs və X4 bıədənləri üzərində mümyən edilmiş xəsarətlər xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 ğlunun, Zərərçəkmiş şəxs5, X2, Zərərçəkmiş şəxs3 Nuran qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər isə müayinə olunuanlarm dedikləri tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa “YÜNGÜL” zərər vurmaya aid edilir və xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 735 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 aldığı xəsarət xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 736 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 aldığı xəsarət xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 737 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ gicgah nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 738 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 aldığı xəsarət xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 739 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ bazu oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 327.8 və 327.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Göygöl RPŞ-nin DYPB-yə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən maraqlı şəxslərə dəymiş maddi ziyanla bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməsi və onlara qəbul edilmiş qərardan narazı qaldıqları halda Göygöl royon prokurorluğuna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış material arxivdə saxlanılması üçün Göygöl RPŞnin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirərək, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar