Məhkəmə qərarları › İş №3(066)-92/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-92/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-92/2025 13.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, Zərərçəkmiş şəxs3 və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Daşkəsən rayonu, Çovdar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" QSC-də texniki nəzarətçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Yellicə kəndində qeydiyyatda olmaqla, hazırda Daşkəsən rayonu, Çovdar kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o 12 noyabr 2024-cü il tarixdə saat 21 radələrində etibarnamə ilə idarə etdiyi, “Vaz 21074” Minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Üçtəpə kəndi ərazisində hərəkətdə olan zaman həmin yolda olan körpüdə sol istiqamətə dönməyə çalışmağa cəhd edərkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq yolun boş olmasına tam əmin olmadan və qarşıdan gələn nəqliyyat vasitəsinə yol vermədən dərhal dönmə əməliyyatına başlamış, nəticədə həmin vaxt qarşıdan gələn ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 Vasil oğlunun idarə etdiyi “VAZ 21154” Minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qəza nəticəsində “VAZ 21154” Minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi), bel nahiyyəsinin qançırında ibarət sağlamlığa YÜNGÜL dərəcəli, həmin avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs2 alın nahiyyəsinin yarasından ibarət sağlamlığa YÜNGÜL dərəcəli, X4 boyun nahiyyəsinin yumşaq toxumalarının əzniyi, sağ baldır nahiyyəsinin yarasından ibarət sağlamlığa YÜNGÜL dərəcəli, “Vaz 21074” Minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sağ bazu oynağı nahiyyəsinin qançırından ibarət dərəcəsi təyin edilməyən və həmin avtomobildə sərnişin qismində olmuş X3 isə boyun nahiyyəsinin yumşaq toxumalarının əziyindən ibarət sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almışlar. Buna görə də İXM-nin 327.8-ci maddəsinin tələbini pozduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 12 noyabr 2024-cü il tarixdə saat 21 radələrində etibarnamə ilə idarə etdiyi Vaz 21074 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə gedərkən həmin yolun Yeni Qızılca kəndindən keçən hissəsində, körpüyə çatmamış qarşıdan gələn avtomobilin hansı məsafədə olduğuna fikir vermədən dönən zaman Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21154” Minik markalı, **- NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobili etibarnamə əsasında idarə etmiş, nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmamışdır. Yol hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurmuş olduğu zərəri ödəmişdir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahat verərək bildirdi ki, 12 noyabr 2024-cü il tarixdə saat 21 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21154” Minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşmişdir. Hadisə zamanı o yüngül dərəcəli xəsarət almışdır. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir. Şəxs hər hansı şikayəti və ya tələbi yoxdur. Odur ki, inzibati xətanı törətmiş şəxsin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə göndərərək Şəxs ilə barışmalarını, onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini, Şəxs heç bir şikayətlərinin və ya tələblərinin olmamasını bildirmişlər. Məhkəmə zərəçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Göygöl rayonu Yeni Qızılca kəndində olan körpüdə baş vermişdir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, hadisə zamanı yol quru vəziyyətdə olmuş, avtomobil yolunun asfalt örtüyünün səthi hamar olduğundan sürücülərin hərəkəti üçün heç bir maneə olmamışdır. Avtomobil yolu bir tərəfli hərəkət yoludur. Baxış zamanı məlum olunmuş ki, “Vaz 21074” Minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21154” Minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar. Onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Onların barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. İşdə olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onun Şəxs heç bir şikayəti və tələbi yoxdur. İşdə olan MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 689 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), bel nahiyyəsinin qançırı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 686 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər alın nahiyyəsinin yarası-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 673 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər boyun nahiyyələrinin yumşaq toxumalarının əzilməsibərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 678 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər boyun nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, sağ baldır nahiyyəsinin yarası-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs və Zərərçəkmiş şəxs1 əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Göygöl RPŞ-nin DYPB-yə göndərilməsi, qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməsi və onlara qəbul edilmiş qərardan narazı qaldıqları halda Göygöl royon prokurorluğuna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış materialın Göygöl RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar