Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-96/2024 27.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi X6, şikayətçinin vəkili Vəkil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin baş əmək müfəttişi X10 iştirakı ilə, X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqıında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X11 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə regional ərazi şöbəsinin 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5000 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X11 məhkəməyə şikayət verərək, X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 28 fevral 2024-cü il tarixli, ******* saylı qərarın ləğv edilməsinə və barəsində başladılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 28 fevral 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Göygöl rayonu, Quşqara kəndində yerləşən “Sərin” restoranının sahibkarı X11 tərəfindən guya X5 Göygöl rayonu, Quşqara kəndində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən restoranda aşpaz işinin yerinə yetirilməsinə cəl edilməsi əsas götürülərək o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 5000 manat məbləğində cərimə edilmişdir. Halbuki o, X5 əmək müqaviləsi qüvvəsini almadan işlətməmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış olsa da X7 xx.xx.2023-cü il tarixə qədər işə gəlmədiyindən onunla bağlanmış əmək müqaviləsi sistemə salınmamışdır. "Sərin" restoranının işçiləri və ya X7 məhkəməyə çağırılıb dindirilərsə, Aygün Quliyevanın xx.xx.2023-cü il tarixə qədər restoranda işə gəlmədiyi tam müəyyən olunar. Qərarın verilməsinə səbəb olmuş sənədlərə baxdıqda da X3 orada işləməsi ilə bağlı hər hansı dəlilin təqdim edilməməsi və icraatda da bununla bağlı hər hansı sübutun araşdırılmaması müəyyən olunur. Odur ki, məhkəmədən X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında X14 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsinə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə və onun inzibati məsuliyyətdən azad edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayətçi X11 şikayətə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, Aygün Quliyeva onun restoranında yanıq xəsarətləri almamışdır. O, son bir ildə onun yanında işləməmişdir. Polis şöbəsində ona təzyiq etdikdən sonra o, Aygün Quliyevanı xx.xx.2023-cü il tarixdə formal olaraq qeydiyyata almışdır. Ümumiyyətlə xx.xx.2023-cü il tarixdə restoranda heç bir tədbir olmamışdır. Sistemə bildirişi özü daxil edir. Odur ki, şikayətin təmin edilməsi, X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında şikayətçinin vəkili Vəkil şikayətçi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi, X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və X6 inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə regional ərazi şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi X15 izahatında göstərdi ki, onlar zərərçəkmiş şəxs X5 çağırsalar da o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə regional ərazi şöbəsinə gəlməmişdir. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə evdə peraşki qızardan zaman sol ayağı yandığına görə qohumlarından bibisi oğlu Cabirə və Sevincə zəng etmiş və onlar da onu Göygöl rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlərə də ayağının evdə yandığını demişdir. Ayağı “Sərin” restoranında yanmamışdır. Həmin restoranda bir neçə il əvvəl işləmişdir. Evdə ayağı yananda gəlini Pərvanə də evdə olmuşdur. Ümumiyyətlə 2023-cü ilin noyabr ayında “Sərin” restoranında işləməmişdir. Onu xəstəxanaya restoranın işçiləri aparmamışlar. Məhkəmə iclаsındа şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, təxminən 1 ildir “Sərin” restoranında ofisant işləyir. Aygünü bu müddət ərzində restoranda görməmişdir. xx.xx.2023-cü il tarixdə restoranda heç bir hadisə olmamışdır. Məhkəmə iclаsındа şahid qismində dindirilən X18 ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxındır “Sərin” restoranında ofisant işləyir və restoranda yemək bişirənləri tanıyır. O, məhkəmə iclas zalında olan zərərçəkmişi tanımır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, şikayəti iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X12 tərəfindən tərtib edilmiş 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində xx.xx.2023-cü il tarixədək X11 tərəfindən X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Sərin” restoranında aşpaz işinin yerinə yetirilməsinə cəl edilməsi halına yol verməsi müəyyən edilmişdir. X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 5000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Göygöl rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən İ dərəcəli hüquqşünas X2 xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X7 29 noyabr 2023-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən X9 məxsus olmaqla, Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən "Sərin" restoranından aşpaz olaraq işləyərkən, qaynar yağın ayağının üzərinə tökülməsi nəticəsində sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən "sağ dizin və hər iki ayaq pəncəsinin kiçik ölçülü termiki yanıq yaraları" xəsarətini almışdır. Lakin araşdırma zamanı X3 izahatının alınması mümkün olmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5000 manat məbləğində inzibati cərimə növündə inzibati qaydada tənbeh edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 məhkəməyə şikayət verərək barəsində olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsinə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə və onun inzibati məsuliyyətdən azad edilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir. İXM-nin 192.1-cimaddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırır. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.1.5-ci maddəsinə əsasən, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdən isə müəyyən edilir ki, 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X11 tərəfindən Göygöl rayonu, Quşqara kəndində xx.xx.2023-cü il tarixədək X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Sərin” restoranında aşpaz işinin yerinə yetirilməsinə cəl edilməsi halına yol verməsi barədə məhkəməyə qərar tərtib etmiş orqan tərəfindən heç bir dəlil və ya sübut təqdim edilməmişdir. Bundan başqa, məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X11 bildirmişdir ki, Aygün Quliyeva onun restoranında yanıq xəsarətləri almamışdır. O, son bir ildə onun yanında işləməmişdir. Polis şöbəsində ona təzyiq etdikdən sonra o, Aygün Quliyevanı xx.xx.2023-cü il tarixdə formal olaraq qeydiyyata almışdır. Ümumiyyətlə xx.xx.2023-cü il tarixdə restoranda heç bir tədbir olmamışdır. Həmçinin məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 ifadəsində yanıq xəsarətini evdə aldığını, “Sərin” restoranında ofisant işləyən digər şahidlər X18 və X8 da ifadələrində X1 bir il ərzində “Sərin” restoranında işləmədiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, yenidən araşdırma zamanı zərərçəkmiş şəxs X7 və şahidlər dindirilməli, hadisə vaxtı X3 “Sərin” restoranında işləyib-işləməməsi və restoranda olan müşahidə kameraları araşdırılmalıdır. Odur ki, işə yenidən baxılan zaman zərərçəkmiş şəxs və barəsində qərar qəbul edilmiş şəxs işin baxılması vaxtı və yeri barədə qanunamüvafiq olaraq məlumatlandırılmalı, eyni zamanda məhkəmə tərəfindən yuxarıda göstərilmiş hallar araşdırılaraq qərar qəbul edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X6 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X6 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə göndərilməlidir. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayəti qismən təmin edilsin. X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin X11 barəsində 28 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-96/2024 «27» mart 2024-cü il Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinə ünvan: Gəncə şəhəri, Atatürk prospekti, bina 269/509A Surəti: X9 ünvan: ünvan 3əsinin 3(066)-96/2024 saylı, 27 mart 2024-cü il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-96/2024 «08» aprel 2024-cü il Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinə ünvan: Gəncə şəhəri, Atatürk prospekti, bina 269/509A Göygöl Rayon Məhkəməsinin 3(066)-96/2024 saylı, 27 mart 2024-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-96/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-96/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver