Məhkəmə qərarları › İş №3(066)-96/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-96/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-96/2025 27.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi ilə, X1 məhkəmə iclas katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 26060915 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytinantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025–ci il tarixli EQ 26060915 inzibati xəta haqqında qərarla, X2 MERCEDES BENZ C280 MİNİK markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu A.Kazımov küçəsində xx.xx.2025–ci il tarixdə saat 18:09-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 DİN-nin BDYPİ-nin xx.xx.2025–ci il tarixli EQ 26060915 nömrəli inizbati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025 tarixdə **-BG-*** nömrəli avtomobili idarə edərkən Göygöl şəhəri A.Kazımov küçəsi saat 10:53 də qarşısında olan digər nəqliyyat vasitəsinin təyin olunmuş surət həddindən aşağı getməsi ilə əlaqədar ona getdiyi yerə gec çatmasına səbəb olaraq bundan əlavə avtomobilində xəstə olması ilə əlaqədar olaraq maddə 46.3 tələblərini yerinə yetirərək 1.1 üfüqi nişanlanma xəttinin əgər qarşıda maneyə varsa 1.1 üfüqi nişanlanma xətti üstünlüyünü qüvvədən düşür. Qarşıdakı nəqliyyat vasitəsinin nasaz istismara yararsız foto şəkildən də göründüyü kimi saatda təyin olunmamış sürətlə hərəkət etmiyərək və arxadan gələn nəqliyyat vasitəsinə yol verməməsi. Burada onun idarə etdiyi **-BG-*** surətini azaldır maddə 46.3-ün tələblərini yerinə yetirir və surət həddini aşmayaraq qarşıdan da heç bir nəqliyyat vasitəsinin gəlmədiyini görüb hərəkətə davam edir. O, vətən müharibəsi veteranı kimi ölkəsinin qanunlarına zidd hərəkətlər heç vaxt etməmişdir. Halhazırda Kəlbəcər rayonunda N-saylı hərbi hissədə leytenant rütbəsində ön xətdə xidmət edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində qərar çıxarılmış fiziki şəxs X3 və qərar qəbul etmiş orqanın nümayəndəsi səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə barəsində qərar çıxarılmış fiziki şəxsin və qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025–ci il tarixli EQ 26060915 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2– ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarda olan foto görüntülərdən görünür ki, X3 idarə etdiyi MERCEDES BENZ C280 MİNİK markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu A.Kazımov küçəsində xx.xx.2025–ci il tarixdə saat 18:09-da 1.1 üfiqi nişanlama xətinin xüsusiyyətini pozaraq ötmə əməliyyatı etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 327.2–ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Qanunun 36-cı maddəsinə əsasən: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; Yol hərəkəti haqqında Qanunun 51-ci maddəsinə əsasən: V. Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. Yol hərəkəti haqqında Qanunun 69-cu maddəsinə əsasən: Vİİ. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 2) nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir; 3) 1.5—1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir; 4) qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır; 5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənaları birbirinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar;[270] 6) 1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin İİ hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir.[271] Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X3 idarə etdiyi MERCEDES BENZ C280 MİNİK markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu A.Kazımov küçəsində xx.xx.2025–ci il tarixdə saat 18:09-da 1.1 üfiqi nişanlama xətinin xüsusiyyətini pozaraq ötmə əməliyyatı etmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 327.2–ci maddəsində göstərilən inzibati xətanı törətmiş, xx.xx.2025–ci il tarixli EQ 26060915 saylı inzibati xəta haqqında iş üzrə qərarla 100 manat inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar xüsusi texniki vasitələrin köməyi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-in 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli və DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytinantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025–ci il tarixli EQ 26060915 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytinantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025–ci il tarixli EQ 26060915 saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar