Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-98/2025 19.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3282785Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ermənistan, Basarkeçər rayonu, Zod kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 20 fevral 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment və 20 fevral 2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olana kimi hər ay 20 (iyirmi) manat olmaqla cəmi 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq, X1 ödənilməsi qərara alınmışdır. İcra sənədi 16 sentyabr 2020-ci il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmçinin Göygöl Rayon Məhkəməsinin 2(066)-1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi dəyəri 2110 (iki min yüz on) manat olan cehiz və geyim əşyaları naturada, cehiz və geyim əşyaları olmadıqda isə onların dəyəri, 2590 (iki min beş yüz doxsan) manat dəyərində olan qızıl-zinət əşyaları naturada, qızılzinət əşyaları olmadıqda isə onların dəyəri alınaraq X1 verilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Qızıl-zinət əşyaları olmadığından 2590 manat dəyərində olan qızıl-zinət əşyaları ilə aliment öhdəlikləri bir icraatda birləşdirilmişdir. Borclu tərəfindən aliment öhdəliyi ilə bağlı 2024-cü ilin sentyabr ayında 120 manat, oktyabr ayında 145 manat, dekabr ayında 120 manat olmaqla ödənişlər edilmişdir. Hazırda aliment öhdəliyi ilə bağlı 630 manat, qızıl-zinət əşyaları ilə bağlı isə 950 manat tələbkara borcu var. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, heç bir yerdə işləmədiyindən və atası xəstə olduğundan maddi imkanı yoxdur borcundan ödəniş edə bilmir. Ona 15 gün vaxt verilərsə borcundan 200 manat ödəniş edə bilər. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borcluya vaxt verilməsini istəmir. Borcundan ödəniş edəcəyini bildirsə də borcundan heç bir ödəniş etmir. Hazırda ona olan borcundan qisməndə olsa ödənilməsini istəyir. Borcun ödənilməyəcəyi təqdirdə borclunun inzibati həbs edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 20 fevral 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment və 20 fevral 2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olana kimi hər ay 20 (iyirmi) manat olmaqla cəmi 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq, X1 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi dəyəri 2110 (iki min yüz on) manat olan cehiz və geyim əşyaları naturada, cehiz və geyim əşyaları olmadıqda isə onların dəyəri, 2590 (iki min beş yüz doxsan) manat dəyərində olan qızıl-zinət əşyaları naturada, qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri alınaraq X1 verilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 20 fevral 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment və 20 fevral 2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olana kimi hər ay 20 (iyirmi) manat olmaqla cəmi 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq, X1 ödənilməsi və Göygöl Rayon Məhkəməsinin 2(066)- 1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi dəyəri 2590 (iki min beş yüz doxsan) manat dəyərində olan qızıl-zinət əşyaları naturada, qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri alınaraq X1 verilməlidir. Şəxs 1580 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraat başlanmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(066)-228/2023 nömrəli qərarından görünür ki, 16 may 2023-cü ildə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 20 fevral 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment və 20 fevral 2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olana kimi hər ay 20 (iyirmi) manat olmaqla cəmi 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq, X1 ödənilməsi və Göygöl Rayon Məhkəməsinin 2(066)- 1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi dəyəri 2590 (iki min beş yüz doxsan) manat dəyərində olan qızıl-zinət əşyaları naturada, qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri alınaraq X1 verilməsi qət edilmişdir. Sözügedən icra sənədləri Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Şəxs icra sənələri üzrə hazırda 1580 manat borcu vardır. Borclunun izahatı alınarkən o, hazırda işləmədiyini bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, borcun ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:40-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-98/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-98/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver