Məhkəmə qərarları › İş №3(067)-1/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1/2022 17.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qərarından "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs barəsində tərtib edilmiş 08 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, “Qayo» Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz rayonunun, Çarxı kəndi ərazisində yerləşən tikinti materialları satışı obyektində müvafiq icazə olmadan açıq məkanda reklam yayımı həyata keçirmişdir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə materiallar baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qərarına əsasən (hakim İ.Xəlilov) Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək, 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qərarından "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş və Xaçmaz rayon məhkəməsinin 02.07.2021-ci il tarixli qərarı ləğv edilmiş, material isə yenidən baxılması üçün Xaçmaz rayon məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə iclasında çıxış edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Dövlət X5 Regional İdarəsinin Xaçmaz rayonu Çarxı kəndi ərazisində aşkar olunmuş reklam yayıcısı sahibkarlıq fəaliyyəti subyektinə məxsus mağazada reklam yayımının həyata keçirilməsi ilə bağlı İXM-nin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material qanunsuz və əsassızdır. Belə ki, nümayəndəsi olduğu Şəxs MMC tərəfindən reklam yayılması üçün ölkə ərazisində heç bir hüquqi və ya fiziki şəxsə hüquq verilməmiş, bu barədə sahibkarlıq subyekti ilə müqavilə bağlanmamışdır. Bundan əlavə təmsil etdiyi Şəxs MMC tərəfindən ölkə ərazisində reklamın istehlakçıya çatdırılması və ya hər hansı digər məqsəd üçün təmsil etdiyi şirkətə məxsus reklam daşıyıcısı heç bir fiziki və ya hüquqi şəxsə verilməmişdir. X6 İdarəsi əməkdaşı tərəfindən fotoşəkilləri çəkilmiş reklam daşıyıcısı Şəxs MMC tərəfindən hazırlanmamış və sahibkarlıq fəaliyyəti subyektinə təqdim edilməmişdir. Reklam idarəsi qanunvericiliklə müəyyən edilmiş qaydada reklam daşıyıcısının aşkar olunduğu mağazasının mülkiyyətçisi ilə hətta şifahi söhbət aparmaqla belə sonuncunun həmin reklam daşıyıcısını naməlum mənbədən şəxsi vəsaiti hesabına və şəxsi maraqları naminə əldə edib, reklam yaymasını müəyyən edə bilərdi. Həmçinin keçirilmiş məhkəmə prosesində dəfələrlə həmin reklam daşıyıcısının sahibkarlıq fəaliyyəti subyekti tərəfindən haradan əldə edilməsi barədə məlumatları olmadığını, bununla bağlı heç bir öhdəlikləri olmadığından məsuliyyət daşımadıqlarınıı ifadə etsə də, hakim tərəfindən bu mötəbər hallar ümumiyyətlə araşdırılmamışdır. Qeyd edir ki, reklam haqqında qanunvericiliyin təməl müddəası reklam fəaliyyətinin həyata keçirilməsi üçün mütləq şəkildə reklam subyektləri arasında müqavilənin olmasıdır. "xxxx" MMC ilə heç bir fiziki və ya hüquqi şəxs arasında reklam yayılmasına dair müqavilə imzalanmamışdır. X6 İdarəsi məhkəmə prosesində müvafiq icazə olmadan açıq məkanda reklamın məhz Şəxs MMC tərəfindən və ya təşəbbüsü ilə yerləşdirilməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Şəxs MMC-nin reklam qanunvericiliyinin pozulmasına, reklam sahəsindəki ictimai münasibətlərə qəsd edən hər hansı əməli törətməsinə aidiyyəti müəyyən olunmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, «Reklam haqqında» Azərbaycan Respublikası qanununun 2.0.5-ci bəndi ilə müəyyən edilmiş «reklamın subyekti kimi reklamverici reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxs» anlayışında təsbit olunan əlamətlərin ifadə olunduğu hər hansı əməlin Şəxs MMC tərəfindən törədilməsinə dair hər hansı sübut mövcud deyil. Həmçinin qanunvericilikdə məhz reklam yerləşdirmiş sahibkarlıq subyektləri rəsmi qurumdan xəbərdarlıq aldıqdan sonra qanunsuz əməlini dayandırmalı, reklam daşıyıcısını götürməlidir. Göstərilən faktlar və sübutlar qeyd olunan inzibati xətanın məhz reklam daşıyıcısından qanunsuz istifadə etməklə qanunsuz reklam yayımını həyata keçirmiş Çarxı kəndi ərazisində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti subyektinin yəni X2 inzibati xətanı törətdiyini və inzibati məsuliyyətə cəlb edilməli olduğunu tam təsdiq edir. Ona görə də qeyd olunanları nəzərə alaraq inzibati xəta əməlinin Şəxs MMC tərəfindən törədilməsinə dair hər hansı sübut mövcud olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə1 protokolu müdafiə edərək bildirdi ki, 08 iyun 2021-ci il tarixdə qanunsuz reklam yerləşdirilməsi ilə əlaqədar olaraq Xaçmaz rayonunun, Çarxı kəndi ərazisində yerləşən tikinti materialları satışı obyektində reklam lövhəsi olması aşkar olunmuşdur. Həmin ticarət obyekti fərdi sahibkar Heybət Heybətov tərəfindən idarə olunsa da, reklam Şəxs MMC tərəfindən yerləşdirilmişdir. Bununla bağlı, fərdi sahibkar Heybət Heybətov X6 idarəsinə yazılı izahatında bildirmişdir. Daha sonra X6 idarəsi tərəfindən Şəxs MMC-yə rəsmi Məcburi göstəriş göndərilmiş, lakin Şəxs MMC həmin bildirişləri heç cür cavablandırmamışdır. Hesab edir ki, “susmaq” razılı əlaməti olduğundan Şəxs MMCnin təqsiri sübüuta yetirilir. Bundan başqa, onu da qeyd etmişdir ki, ölkənin digər regionlarından da, eyni tipli reklamlar mövcuddur və bu hal onu təsdiq edir ki, reklamlar konkret fərdi sahibkarlara yox, məhz Şəxs MMC tərəfindən hazırlanıb və qanunsuz yerləşdirilib. Odur ki, Şəxs MMCni inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İş materiallarında olan Xaçmaz rayonu, Çarxı kəndində yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********, ş/v AA0443729) X3 izahatından görünür ki, X1 fəaliyyəti ilə məşğul olduğu Xaçmaz şəhəri, Çarxı kəndi ərazisində yerləşən “Vahidoğlu” mağazasının üzərindəki Şəxs ticarət markasının reklam lövhəsi ona Şəxs MMC-nin əməkdaşları tərəfindən reklam üçün təqdim edilmişdir. O, həmin reklam lövhəsinin istehsalçı və reklamvericisi deyil, onunla adı çəkilən hüquqi şəxs arasında reklamla bağlı heç bir müqavilə mövcud deyil. Məhkəmə inzibati xəta haqqında protokolu, tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 28 iyun 2021-ci il tarixli MN №0304257 saylı protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunsa da, Şəxs MMC-nin nümayəndəsi tərəfindən imzalanmamışdır. Məhkəmə hesab edir ki, iş materialları ilə və tərəflərin izahatları ilə tam olaraq sübuta yetirilir ki, mübahisəli reklam lövhəsi fərdi sahibkar Heybət Heybətovun ticarət obyektində aşkar olunmuş, fərdi sahibkar reklamın ona məxsus olmamasını, reklamın ona Şəxs MMC tərəfindən təqdim olunmasını bildirsə də, bu hal heç bir dəlil ilə sübuta yetirilmir və Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləki, məhkəmə iş materiallarının araşdırarkən müəyyən etmişdir ki, Şəxs məzmunlu reklam Çarxı kəndi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşqul olan X3 ticarət obyektinin üzərində yerləşdirilmişdir. Lakin həmin reklamın yerləşdirilməsi üçün Heybət Heybətovla Şəxs MMC arasında hər hansı bir razılaşma və ya müqavilə olması barədə hər hansı bir sənəd iş materiallarına əlavə edilməmiş və həmin reklamın məhz Şəxs MMC tərəfindən yerləşdirilməsi heç bir sübutlarla təsdiq edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ Düzdür: HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar