Məhkəmə qərarları › İş №3(067)-1/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1/2023 19.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, İzzətli Anar İzzət oğlunun katibliyi ilə Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 3(067)-291/2010 saylı qərarının icrasına xitam verilməsi barədə ərizəsinə baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 3(067)-291/2010 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə edilmşdir. Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi Xaçmaz Rayon Məhkəməsinə məktub (ərizə) ilə müraciət edərək 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan X3 (VÖEN **********) barəsində Xaçmaz rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 3(067)-291/2010 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsi ilə təqsirli bilinib barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tətbiq edildiyini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tədbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətinə icra edilməmişdirsə, daha icra edilmədiyini bildirib X2 barəsində olan Xaçmaz rayon məhkəməsinin qeyd olunan qərarının icrasına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə Xaçmaz rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 3(067)- 291/2010 saylı qərarının icrasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 142.2-ci maddəsinə əsasən, bu Məcəllənin 142.1-ci maddəsində göstərilən məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərə baxılmanın yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərə baxılması üçün maneə yaratmır. Həmin Məcəllənin 142.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xilam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 146.1-1, 118, 128,130, 142, 145-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 3(067)-291/2010 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərarın icrasına (qərar üzrə icraata) xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar