Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-100/2021 01.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 oğlunun, Zərərçəkmiş şəxs Qəribova Raidə Rövşənovnanın, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri Vaqif küçəsi 17 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-265/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 70 manat miqdarında aliment və Qusar rayon məhkəməsinin 2(029)-481/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat miqdarında aliment alınaraq Qəribova Raidə Rövşənovna verilməsi təmin olunmalıdır. Qərarlar müvafiq qaydada icraya yönəldilmiş və tələblərin könüllü icrasını təmin etmək üçün borcluya bildirişlər göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 4200 manat aliment borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-265/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 70 manat miqdarında aliment və Qusar rayon məhkəməsinin 2(029)-481/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat miqdarında aliment alınaraq Qəribova Raidə Rövşənovna verilməsi təmin olunmalıdır. Qərarlar müvafiq qaydada icraya yönəldilmiş və tələblərin könüllü icrasını təmin etmək üçün borcluya bildirişlər göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 4200 manat aliment borcu var. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Qusar rayon məhkəməsinin 2(029)-265/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 70 manat miqdarında aliment və Qusar rayon məhkəməsinin 2(029)-481/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat miqdarında aliment alınaraq Qəribova Raidə Rövşənovna verilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. Heç yerdə işləmir. Hazırda isə ödəniş etməyə maddi imkanı yoxdur. Son dəfə 2016-cı ilin sonunda 60 manat ödəniş edib. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Qusar rayon məhkəməsinin 2(029)-265/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 70 manat miqdarında aliment və Qusar rayon məhkəməsinin 2(029)-481/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat miqdarında aliment pulu ödəməlidir. Aliment borcunun ödənilməsini tələb edir. Hazırda borclunun ona 4200 manat aliment borcu var. Son dəfə 2016-cı ilin sonunda 60 manat ödəniş edilib. İş materiallarından görünür ki, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-265/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 70 manat miqdarında aliment və Qusar rayon məhkəməsinin 2(029)-481/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat miqdarında aliment alınaraq Qəribova Raidə Rövşənovna verilməsi təmin olunmalıdır. Hazırda borclunun 4200 manat aliment borcu var. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 16:10-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-100/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-100/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver