Məhkəmə qərarları › İş №3(067)-100/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-100/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-100/2024 22.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X2 və X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* və MN ******* saylı, 16 oktyabr 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarlarından şikayəti nəzərdən keçirərək müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* və MN ******* saylı, 16 oktyabr 2023-cü il tarixli qərarları ilə X4 və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, hər iki şəxs ayrı-ayrılıqda 1000 (min) manat məbləğində inzibati cərimə edilmişlər. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, şikayət ərizəsində qoşma 2 vərəq qərar göstərilsə də, inzibati tənbeh vermə haqqında qərarlar əlavə olunmamış və Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ayrı-ayrılıqda şikayət vermiş şəxslər barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul olunmuş, lakin onlar iki nəfər olmaqla eyni şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Halbuki, Azərbaycan Respublikası İXM-nin: 34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində eyni vaxtda baxılmalı olan işlər və onların baxılma qaydası qeyd olunmuşdur, digər hallarda isə ayrı-ayrı şəxslər barədə tərtib olunmuş qərarlardan ayrılıqda şikayət verilməli və həmin şikayətlərə ayrılıqda baxılmalıdır. Qeyd olunalar nəzərə alınaraq, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in132-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 və X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* və MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarlarından verdikləri şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar