Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-100/2025 24.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 barəsində xx.xx.2025-ci il tarixli EQ 25454437 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X3 məhkəməyə müraciət edərək, barəsində DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə 80 (səksən) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh haqqında xx.xx.2025-ci il tarixli EQ 25454437 nömrəli qərara xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 15:12 radələrində idarə etdiyi VAZ 21723 minik markalı **-KC-*** dövlət nömrə nişaniı avtonəqliyyat vasitəsilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində “Qayalı Market” adlanan marketin ambarından ərzaq məhsulu olan un məmulatı alarkən, Xaçmaz RPŞ-nin YPX-nin əməkdaşı ona yaxınlaşaraq soruşdu ki, nəqliyyat vasitəsinin sahibi sizsiniz, arxa yük yerini bağlayaraq sürün buradan çıxın, YPX-nin əməkdaşına demişdir ki, un məmulatını yük yerinə qoyub sürüb gedir. 15:15-də o, oradan uzaqlaşmışdır. Həmin gün gecə saatlarında ona “sms” gəldi ki, siz İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 80 (səksən) manat cərimə edilmisiniz. O avtonəqliyyat vasitəsinin yanında idi və un məmulatı kisəsini yük yerinə qoyaraq oradan uzaqlaşıb, hesab edir ki, elektron qərar qanunsuzdur. Məhkəmə iclasında ərizəsinə uyğun izahat vermiş X3 şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, təqdim etdiyi görüntülərdə də görünür ki, avtomobili saxladığı yer parklanma yeridir. BDYPİ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçininin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 25454437 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXMnin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. Azər İbrahimov tərəfindən təqdim olunmuş fotoşəkillərdən ona məxsus avtomobilin hadisə vaxtı parlkanma yerində və ya yolun hansı cərgəsində dayandığını aydın şəkildə müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. X3 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 25454437 nömrəli elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-100/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-100/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver