Məhkəmə qərarları › İş №3(067)-1006/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1006/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1006/2025 30.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz rayon İcra və X7 Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz RİPŞ-də Xaçmaz rayon məhkəməsinin 2(067)-2528/2019 saylı icra sənədi üzrə tələbkar X1 xeyrinə yaranmış 10800 manat pulu qərəzli olaraq ödəniş etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və probasiya şöbəsinin icraatına 2020-ci ilin fevral ayında daxil olmuşdur. İcra sənədi üzrə Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bocluya onun tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Borclu hissə-hissə olmaqla ödənişlər etdikdən sonra 2025-ci ilin may ayında isə tələbkarın xeyrinə ümumiyyətlə ödənişlər edilmədiyi üçün tələbkar tərəfindən Xaçmaz rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, 2022-ci ildə tərəflər arasında razılaşma olmuş, tələbkar alimentə dair məcburi icra tədbirlərinin görülməməsi barədə ərizə ilə İcra və probasiya şöbəsinə müraciət etmişdir. Sonradan isə tələbkarın tələbi ilə icra tədbirləri davam etdirilir. Borclunun telefon nömrəsinə SMS bildirşi göndərilmiş, lakin çağırışlara gəlməmişdir. Buna görə borclunun məcburi qaydada gətirilməsi ilə bağlı Polis Şöbəsinə müraciət etdik, lakin borclu gətirilmədiyi üçün barəsində 2025-ci ilin mart ayında axtarış elan edilmişdir. Tərəflər arasında razılaşma olduqdan sonra aliment borcunun hesablanması davam etmişdir. Borclu inzibati məsuliyyətə cəlb olunmuşdur. Borclunun cinayət məsuliyyətinə cəlb olunmaması üçün tələbkar 2022-ci ildə ərizə verərək borclu ilə aralarında razılaşma əldə etdiklərini, hər ay alimenti ödəyəcəyini bildirmişdir. Borlcunun hazırda bu günə kimi ödənilməmiş 10800 manat aliment borcu vardır. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan maddə ilə özünü təqsirli bilir. Belə ki, iş yeri olmadığı üçün ödəniş edə bilməmişdir. İşlə bağlı Məşğulluq Mərkəzində də qeydiyyata alınmışdır. O, fəhlə işləyir, qazandığı məbləği özünün dolanışığına güclə çatdırır. O, 5-6 gün müddətində hər ay ödəməli olduğu 200 manat və borc məbləğindən çıxmaq üçün əlavə 100 manat olmaqla ümumilikdə 300 manat ödəyə bilər. Lakin hazırda ödəniş etmək üçün maddi imkanı yoxdur. O, maddi imkanı aşağı olduğu üçün bu vaxta kimi ödəniş edə bilməmiş və heç vaxt çağırışdan yayınmamışdır. Telefonu yoxdur. Lakin yaşayış ünvanı vardır. Adına hər hansı bir əmlak yoxdur. Əlilliyi yoxdur, nevroz xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, borclunun sonuncu dəfə nə vaxt ödəniş etdiyini xatırlamır, mütəmadi olaraq ödəniş etmir. Yalnız o, borcluya zəng edərək ödəniş etməsini bildirdikdən sonra ödəniş etmişdir. Borclu ilə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlayaraq alimenti ödəməsini bildirmiş, hər dəfə işləyib ödəyəcəyini bildirərək vaxtı uzatmış, lakin heç bir ödəniş etməmişdir. O, kirayədə yaşayır, işləyərək iki uşağı özü saxlayır. Uşaqları saxlamaqda maddi çətinlik çəkir. Borclunun həbs olunmamasını, barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-2528/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs və X3 arasındakı xx.xx.2007-ci ildə qeydə alınmış nikah pozulmuşdur. xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X11 anaları X1 himayəsində saxlanılmışdır. xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment alınaraq X2 verilməlidir. - xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən 2(067)-2528/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - xx.xx.2025-ci il məktubdan müəyyən edilir ki, Şəxs barəsində Xaçmaz RPŞ-nin tərəfindən xx.xx.2025-ci il tarixdə 780084/25 nömrəli axtarış elan edilmişdir. - xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, borclu Şəxs vaxtı-vaxtında aliment ödəmir və hazırda onun bu ayda daxil olmaqla 10600 manat borcu yaranmışdır. Borclu yaranmış aliment borcunun ödənilməsində köməklik göstərilməsini Xaçmaz rayon İcra və probasiya şöbəsindən xahiş etmişdir. - xx.xx.2025-ci il tarixdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, qeyd olunan icra sənədi üzrə bu günədək tələbkarın xeyrinə ödənişlər etmiş və hazırda onun ödənilməmiş 10800 manat aliment borcu yaranmışdır. Lakin o, yaranmış aliment borcundan heç bir ödəniş edə bilmir. O, fərdi əməklə məşğuldur və iş olduğu zaman aylıq qazancı 500 manat təşkil edir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü, həmçinin tələbkarın borclu barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxx 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar